SJ News - шаблон joomla Авто

Sual: 
Salam mənə Allahın mərhəmətinin genişliyi barədə hədis və rəvayətlər yaza bilərsiz?

Cavab: 
Aleykum salam. Uca Allah buyurur: "(Qullarıma mənim bu sözümü) de: “Ey Mənim özlərinə qarşı həddi aşmış qullarım! Allahın rəhmindən ümidinizi üzməyin. Şübhəsiz ki, Allah bütün günahları bağışlayır. O, həqiqətən, Bağışlayandır, Rəhmlidir!" (əz-Zumər, 53).
"Rəbbin Bağışlayandır, (geniş) mərhəmət sahibidir. Əgər (Allah) onları qazandıqları (günahlara) görə cəzalandırsaydı, onların əzabını tezləşdirərdi. Lakin onların öz vaxtı vardır. (Əzab gələcəyi vaxt) onlar heç bir sığınacaq tapa bilməyəcəklər". (əl-Kəhf, 58).
Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: "Uca Allah buyurdu: "Ey Adəm oğlu! Nə qədər ki, sən mənə dua edib məndən bağışlanma diləsən, mən sənin nələr etdiyinə baxmadan səni bağışlayaram. Ey Adəm oğlu! Əğər sənin günahların göylərə qədər çatsa və sonra sən məndən bağışlanma diləsən, mən sənin günahlarını bağışlayaram. Ey Adəm oğlu! Əğər sən mənim hüzuruma yerüzü dolusu qədər günahlarla gəlsən və mənə heç bir şeyi şərik qoşmasan mən də sənə yerüzu qədər bağışlanma verərəm". (Tirmizi 3540)
"Rəbbiniz həqiqətən çox mərhəmətlidir. Kim içindən bir yaxşılıq etməyi keçirər, onu etməzsə, ona bir yaxşılıq savabı yazılar. Əgər onu etsə, on qatından yeddi yüz qatına hətta qat qat çoxuna qədər yaxşılıq savabı yazılar. Kim də içindən bir pislik etməyi keçirər və onu etməzsə, ona bir yaxşılıq savabı yazılar. Əgər onu etsə, bir pislik günahı yazılar və ya Allah onu silər". (Dərimi, Riqaq, 70).
"Allah məxluqatı yaratdığı vaxt, öz nəzdində ərşin üstündə olan kitabına "Rəhmətim qəzəbimə üstün gəldi" deyə yazdı". (Buxari, Tovhid 15, 22, 28 55; Muslim, Tovbə, 14-16).
"Allahın rəhməti yüzdür. Bunlardan birini insanlar, cinlər, heyvanlar və böcəklər arasına endirmişdir. Onlar bu səbəblə bir-birlərini sevər və bir-birlərinin hallarına acıyarlar. Vəhşi heyvan balasına bu səbəblə şəfqət göstərər. Allah geri qalan doxsan doqquz rəhmətni isə qiyamət günü qullarına mərhəmət etmək üçün öz qatında saxlamışdır". (Buxari, Ədəb 19; Muslim, Tovbə, 17).

Bunlar o demək deyil ki, Allahın mərhəmətinə ümid edib günah işlər görmək olar. Uca Allah buyurur: "Ey insanlar! Rəbbinizdən qorxun. Atanın oğula, oğulun da ataya heç bir şeylə kara gələ bilməyəcəyi bir gündən həzər edin. Allahın vədi, şübhəsiz ki, haqdır. Ehtiyatlı olun ki, dünya həyatı sizi aldatmasın. Şeytan sizi Allaha arxayın edib Allah Öz bəndələrinə mehribandır, onların hamısını bağışlayacaq, günahlarından keçəcək deyə arxayınlaşdırıb tovlamasın!" (Loğman, 33)

Cavablandıran: Səid Tahirov

Saytda Olanlar

İndi saytda 72 qonaq var və üzv yoxdur

Template Settings

Color

For each color, the params below will be given default values
Blue Oranges Red

Body

Background Color
Text Color

Header

Background Color

Spotlight3

Background Color

Spotlight4

Background Color

Spotlight5

Background Color

Footer

Select menu
Google Font
Body Font-size
Body Font-family
Direction