SJ News - шаблон joomla Авто

Cənabı-Haqq biz qullarının üzünə müxtəlif əfv qapıları açaraq bağışlanmamız və hüzura qovuşmağımız üçün çeşidli vəsilələr xəlq etmişdir.

Bu vəsilələrdən biri də rəhməti, feyz və bərəkəti çox olan aylar və günlərdir. Həftənin günləri arasında Cümə günü fəzilətli bir gün olduğu kimi, “üç aylar” olaraq bilinən Rəcəb, Şaban və Ramazan ayları da fəziləti çox olan mübarək aylardır. Bu aylar imanımızdan gələn bir həyəcanla ibadət həyatımızın daha canlı tutulduğu rəhməti bol, bərəkətli bir mövsümdür. Bu səbəblədir ki, Peyğəmbərimiz (s.ə.s.) bu aylarda hər zaman olduğundan daha çox ibadət edər və Rəcəb ayı girdiyində belə dua edərdi: “Allahım, Rəcəb və Şabanı bizə mübarək qıl. Bizi Ramazana qovuşdur” (Əhməd b.Hənbəl, Müsnəd 1.259).

Bu ayların İslam dünyasında fəzilətli olma səbəbi Allahın Elçisinin (s.ə.s.) bu aylar haqqında verdiyi xəbərlərdir. Bir hədisi-şərifdə Peyğəmbərimiz (s.ə.s.) buyurmuşdur:

“Rəcəb Allahın ayı, Şaban mənim ayım və Ramazan ümmətimin ayıdır” (Ğünyətüt-Talibin, səh 271).

Eyni zamanda unutmayaq ki, Rəcəb ayı toxum əkmə, Şaban ayı sulama, Ramazan ayı isə məhsul toplama ayıdır. İl ağac kimidir. Rəcəb bu ağacın yarpaqları, Şaban meyvələrin yetişməsi, Ramazan isə yetişmiş meyvələrin toplanmasıdır.

“Üç aylar”ı fəzilətli qılan digər bir xüsusiyyət isə beş mübarək qəndil gecəsindən üçünün bu aylar içərisində yer almasıdır.Tövbə etmənin, əfvin, mənəvi təmizlənmənin xəbərçisi olan ilk qəndilimiz Rəcəb ayının ilk cümə gecəsinə təvafüq edən Rəqaib qəndilidir. Rəqaib “rəğbət edilən, arzulanan, tələb edilən” deməkdir. İstək, arzu, bəyənmədir rəğbət... İnsan bu həyatda rəğbət etdiyi dəyərlərə görə müəyyən səviyyə qət edir. Rəqaib qəndili isə istək və əməllərimizi doğruya, gözələ, faydalı olana, haqqa və həqiqətə yönəltməkdir. Rəqaib qəndili bir gecə timsalında bir ömür boyu rəhməti cəlb etmənin ön hazırlığıdır. Peyğəmbərimiz (s.ə.s.)in Rəcəb ayının ilk cümə axşamı gününü orucla keçirdiyi və cümə gecəsində bu qəndil gecəsinə məxsus olaraq on iki rükət namaz qıldığı qəbul edilir. İslam alimləri bu gecəni dəyərləndirmək üçün qəza namazı olanların namaz borcunu ödəməsini, çox salavati-şərifə gətirməyi, gecəni həmd, şükür, Quran tilavəti, zikir və təfəkkürlə keçirməyi tövsiyə etmişdilər. Peyğəmbərimiz (s.ə.s.) bu gecədə edilən duaların qəbul olunacağına işarət edərək demişdir: “Beş gecə vardır ki, onlarda edilən dualar geri çevrilməz. Bunlar Rəcəbin ilk (Cümə) gecəsi, Şabanın ortasındakı gecə, Cümə gecəsi, Ramazan bayramı və Qurban bayramı gecələridir” (Beyhaki ,Sünən, Şuabül-İman,3.342).

Bu gecə dua və yalvarışların Allaha ərz edilməsi, peşmanlıq göz yaşları ilə günahların yuyulması və edilən ibadət və taətlərə verilən savabın artıqlaması ilə olması baxımından qaçırılmayacaq bir fürsətdir. Bu gecə nəfslərimiz hesaba çəkilməli, ana sərmayəmiz olan ömrümüzün harada və necə istifadə edildiyi gözdən keçirilməli, əməl dəftərimizə nələr yazıldığı, Məhşər günü qurulacaq böyük məhkəmənin tək Hakimi uca Allahın haqqımızda necə bir hökm verəcəyini düşünərək qorxu və ümidin zirvədə yaşandığı bir gecə olmalıdır. İnsan xətasız deyildir. Həyatı boyu qüsur işlər, peşman olar, təkrar günaha dönər və günahların ağırlığından çökdüyü bir anda Allahın Elçisinin (s.ə.s.) sözü qəlblərə rəhmət olaraq gələr: “İnsanların hamısı xəta edər və günah işləyər. Günah işləyənlərin ən xeyirlisi isə xətasını bilib tövbə edənlərdir” (Tirmizi Qiyamə 49).

Qısaca ifadə etsək, Rəqaib gecəsi “Hesaba çəkilmədən öncə özünüzü hesaba çəkin” (Müstədrək, 4.306) hədisi-şərifinin bütün hüceyrələrimizə qədər hiss edərək yaşayacağımız bir gecədir.

Eyni zamanda Rəqaib ardından gələcək olan Merac, Berat və Qədir gecəsinin də müjdəçisidir. Bu gecəni gözəl qarşılamaq üç ayları gözəl qarşılamaq deməkdir. Rəcəb ayında idrak etdiyimiz ilk qəndil olan Rəqaib qəndilində işlədiyimiz gözəl əməllərə qəndil sonrasında da davam etməliyik. Bununla əlaqəli olaraq Məsruqun (r.a.) rəvayət etdiyinə görə:

“Hz. Ayşədən (r.a.) soruşdum: “Rəsulullaha (s.ə.s) görə hansı əməl daha fəzilətlidir?” Mənə:

“Az da olsa davamlı olan” - deyə cavab verdi” (Buxari Riqaq 18). Təbii ki, müsəlman ilin hər günündə, hər ayında, hər saatında, hər dəqiqəsində, hər saniyəsində Rəbbi ilə bərabər olmalıdır. Amma bəzi günlər də vardır ki, ilin rəhmət mövsümləri olduğu üçün bir qul olaraq daha həssas davranmalıyıq. Rəbbim bu mübarək gecələri ən gözəl şəkildə dəyərləndirməyi nəsib etsin. İnanırıq ki, imanla yaşayıb imanla axirətə səfər edənlər əsla hüzünlənməyəcəkdir. Cənabı-Haqq bu mübarək ayları və içərisində yer alan qəndillərimizi xeyirlərə, gözəlliklərə vəsilə etsin. Feyzindən, bərəkətindən cümləmizi hissədar etsin. Amin.


Rahilə Rəhimli

ÖNƏ ÇIXAN MƏQALƏLƏR

Sual-Cavab

Sual: Xalqın ...

Sual/Cavab

Sual: Diş dolğusu etdirmək ...

SUAL CAVAB

Sual: İslamda içki ...

Sual-Cavab

Sual: Şəfaət nə deməkdir? ...

Sual və Cavablar

Sual: Ana dildə namaz ...

Saytda Olanlar

İndi saytda 106 qonaq var və üzv yoxdur

Template Settings

Color

For each color, the params below will be given default values
Blue Oranges Red

Body

Background Color
Text Color

Header

Background Color

Spotlight3

Background Color

Spotlight4

Background Color

Spotlight5

Background Color

Footer

Select menu
Google Font
Body Font-size
Body Font-family
Direction