SJ News - шаблон joomla Авто

Ömür hüzn dolu nəğmələri ilə könüllərdə ağrılı bir dad buraxan acı bir təbəssümdür...

 Xəyallar kimi şirin, uzaqlara axıb gedən... Üzərindəki süvarisini hara apardığını bilməyən bir köhlən atın gah qaçaraq, gah da dayanaraq çapdığı bir yol... Bütün axşamlarda günəşin buğlu gözlərində cansızlaşan ömür, vaxt sona çatdanda etiraz zamanının belə olmadığı kor bir andır, anlardan da uzaq... Bir səfərdir sonsuzluğa açılan. Ömür, köhnə bir nağılın qədim qəhrəmanı. Cansız bir şam işığının titrəməsi kimi, varlıq ilə yoxluq arasında... Hüznlü bir mahnının nəqarətlərindən sızan gözyaşlarının pıçıldadığıdır, insana...

İnsan bihudə yerə yorulduğu arzular yumağı olan həyat macərasında, ömür kimi; varmı, yoxmu, gerçəkmi, xəyalmı, heç cür aydın olmayan, həqiqətində sirlər olan həyatın tək həmsöhbətidir. Bu həmsöhbətliyin nəticəsində sözümüz ömrün özünə verildiyi insana, ömrün əmanətçisinədir:

İncə bir sızıltı ilişər ürəyinə. Axan günlər ömründən gedən qızıl sərmayəndir. Ömrün həmişə belə keçəcək sanarsan; həmişə belə diri, həmişə belə canlı və şən. Həmişə günlərin parlaq günəşlərlə işıqlanacaq. Həmişə ulduzların göz oxşayacaq və gümüş rəngində olacaq, ay həmişə belə parlaq qalacaq sanarsan.

Dünya elə şirin, elə cazibədardır ki! Sənə elə şeylər vəd edər ki, başın dönər; dövran budur zənn edərsən. Dövr mənim dövrüm, an mənim hökmranlığımdadır zənn edərsən. Güclüsən. Hətta güclüdür bədənin. Gözlərin iti, hisslərin oyaq, gücün yerində. Dağ demədən, təpə demədən qaçarsan, enərsən, çıxarsan. Kim durdurar ki, səni?!..

Kim dayanar dəli fırtınaların qarşısında? Kim dayandıra bilər bu coşqunu? Hələ toxumundan pırtlayan tumurcuq kimi, qabığını qırmış bir quş ya da gözlərini dünyaya yenicə açmış bir körpə kimi, hər şeyin özü kimi; qiymətlisən...

Həyat necə də şirindir, elə deyilmi?

Nə qədər həyəcan verər sənə sabahlara dair qurduğun xəyallar. Yoldaşın, uşaqların; gözlərinin işığıdır hər biri. Ömrünə ömür qatar sevinclərin. Aldıqların, verdiklərin, ümidlərin və hətta ümidsizliklərin. Hamısı cilvəsidir ömrünün. Hamısı həyatın işıqlı atmosferində imtina edilməzdir sanki.

Hansı mənanı verirsən dünyaya ki, imtina edə bilmədiyin bir cazibə ilə könlünü işğal edər! Necə bir duyğu ilə bağlanarsan həyata ki, bitəcəyi ağlına da gəlməz! Hər dəfə önünü kəsən sarsılmaz qalalar kimi əməllərin, ehtirasların, sevdaların, yüksəldikcə yüksələr axirət üfüqünün önündə. Dünya həyatı aşılmaz bir qala divarı kimi, yaxşı müdafiə olunan bürcləri ilə dayanar qarşında.

Zaman axar, sular quruyar, çiçəklər solar. Bahar xəzan mövsümünə dönər. Saralmış yarpaqların fəryadı sancı ilə qarışar küləyin uğultusuna. Bir gün gələr qar yağar dağlarına; qar yağar sevinclərinə. Bitməz sandığın günlər solğun bir üzlə çıxar qarşına. Qüruba yaxınlaşan günəş dəxi hüznlü və çarəsizdir.

Bu hüznü görmədən dəli çağlarında, ömrünün ömür olduğu zamanlarda ayrılıq yaşayarsan, yoxluq yaşayarsan. Alışarsan sevdiklərinin yoxluğuna. Çox vaxt elə ancaq özünə yetərsən. Təptəzəsən, yenicə yağmış qar kimi; təzə və dümağ.

Karvan köçmüş, dostlar bir-bir yola düşmüş, yeniyetmə çağlarının fırtınalı məkanlarına bayquşlar qonmuşdur. Bir hüzn buludu gəzər tünd rəngə boyanmış göy qübbəsində. Günəşdən əsər-əlamət yoxdur, bahar bir xəyal olub.

Dərdlər min bir dənə; qucaqlayıb hər tərəfini, kor düyün kimi. Həll edə bilməzsən, dərdinə alışa bilməzsən, meydan oxuduğun dünyanı danlaya bilməzsən!.. Bağlayar qollarını, lal edər dillərini. Pərdələr enər gözlərinə. Boşluq olar hər yanın; dərin bir boşluq. Sən dayanarsan dünya dönər ətrafında. Elə qaynayan, elə dəli-dolu idin bir zamanlar... Bircə ömürdür sənə verilən; başı və sonu müəyyən, saylı günlərdən ibarət bir ömür.

 “Bir dayan görək! Dayan, ayaq saxla! Dayan və bir an özünə bax! deyər bir səs içindən. Bu ağzı-dili bağlı məzar daşlarına bax! Dayan, gəlib-keçənlərin nə söylədiklərinə, nə xəbər verdiklərinə bax! Aynadakı üzünə bax! Nələr söyləyir sənə. Bir-bir cırılan təqvim yarpaqlarına bax! Ağaran saçlarına, titrəyən əllərinə bax! Nə söyləyirlər sənə bu ömrün mənasını izah edən?!

Dostun bağçasına bir həyat gəlmiş,

Gülünü dərərkən budaq qırarsan.

Quruyar yarpağın, tər çiçəklərin,

Keçən günlərini hər an ararsan.

Son söz olaraq deyərik ki, insan öz ömrünü müqəddəs gələcəyin axirətə aparan rüzgarına təslim etməlidir. Şirin bir həvəslə qaçmalıdır insan ömrün şəfəqlərində. Elə bir həyat yaşamalıdır ki, sevinsin qürub vaxtında. Vüslət atəşi ilə yanan o hüznlü ürəklər: “bir gün daha bitdi” deməlidir. Gerçək mənzilə çatmaq zamanı gələndə düşməlidir yollara, başaçıq, ayaqyalın... Ömür tuluğu mərhəmət, sevgi və söhbət yağışlarıyla dolmalıdır. Ona görə də fani aləmdə payımıza düşən bu ömür hesablı xərclənib, hesablı yaşanmalıdır.

 

Salih Zeki MERİÇ

 

 

ÖNƏ ÇIXAN MƏQALƏLƏR

Sual-Cavab

Sual: Xalqın ...

Sual/Cavab

Sual: Diş dolğusu etdirmək ...

SUAL CAVAB

Sual: İslamda içki ...

Sual-Cavab

Sual: Şəfaət nə deməkdir? ...

Sual və Cavablar

Sual: Ana dildə namaz ...

Saytda Olanlar

İndi saytda 34 qonaq var və üzv yoxdur

Template Settings

Color

For each color, the params below will be given default values
Blue Oranges Red

Body

Background Color
Text Color

Header

Background Color

Spotlight3

Background Color

Spotlight4

Background Color

Spotlight5

Background Color

Footer

Select menu
Google Font
Body Font-size
Body Font-family
Direction