SJ News - шаблон joomla Авто

İnsanlar işlərin hasil olmasında əsasən tələskənlik və səbirsizlik nümayiş etdirirlər.

 Çünki insan təbiətən tələskən və səbirsizdir. Hərçənd ki, Həzrət Peyğəmbər (s.ə.s): “tələskənliyin şeytandan; tələsmədən, düşünülmüş və ehtiyatlı davranışın Allahdan olduğunu, eləcə də  “tövbədə, evlənməkdə və borcu qaytararkən…” tələsməli olduğumuzu buyurmuşdur. Bununla belə bəziləri istəklərinə nail olmaq məsələsində hər dilədiyinin elə o andaca gerçəkləşəcəyi cənnəti sanki bu dünyada yaşamaq istəyirlər. Amma unutmayaq ki, bu dünya cənnət deyil. Bu dilemma insanları adətən xəyalpərəstliyə sürükləyir. Xəyalpərəstlik bu dünyada qarşılığı olmayan, hərəkətsizliyə, səbirsizliyə və nəhayət də müvəffəqiyyətsizliyə səbəb olan dərmansız bir dərd və xəstəlikdir ki, ona tutulanın -Allah qorusun- həyatı xüsran olar.     

Sağlam şəxsiyyətin yetişdirilməsinin açarı: əlindən gələni etmək, çalışmaq, səbir, israr, təmkinli davranmaq və dua etməkdir. Yalnız bu yolla hədəfə varmaq olar. Bunlarla təchiz olmayanlar yolun yarısına belə gəlmədən yorulub bitab düşərlər. Hələ bir də yolun mənzili uzundursa…

Xeyli uzun yolu olan hədəflərdən biri də insan yetişdirməkdir. Bir valideyn kimi, bəzən də müəllim kimi hamımız həyatın verdiyi  bu tapşırıq  üzərində baş sındırmalıyıq. Şübhə yoxdur ki, insan təlim-tərbiyəsi və yetişdirilməsi eynilə onun quruluşundakı mürəkkəblik kimidir. Yetişdirənin bilikli, savadlı olması kifayət etmir, bir o qədər də qayğıkeş, səbir və hikmət sahibi olması lazımdır ki, istənilən nəticə əldə olunsun.

İnsana ötürülmüş bilginin birbaşa davranışlara yansımasını gözləmək onu tanımamaq və insan yetişdirməyi bilməməkdir. Biliklərin davranışlara sirayət etməsi zaman tələb edir.

Əslində insan yetişdirməklə ağaç yetişdirmək arasında güclü bir analogiya var. Tingə əkildiyi gündən səbirlə qulluq göstərilməsi onu ağac edir.

    Necə ki ağacların həmişə günəşə ehtiyacı var, insanların günəşi də sevgidir və ona həmişə möhtacdır. Valideynin diqqəti, qayğısı və sevgisi olmazsa, uşağın emosional zəkası lazımi səviyyədə inkişaf etməz. Sevgi uşaqlarımız üçün günəş qədər dəyərli və vacibdir.

  Ağaclar işıqla böyüyür, insanların işığı isə bilikləri və bu biliklərin qazandırdığı bacarıqlarıdır. Bu bacarıqlar uşaqları, gübrənin ağacı bəsləyib böyütdüyü kimi böyüdər.

   Ağaclar üçün olduğu kimi uşaqlar üçün də kök vacibdir, hər ikisi də harada olduğunu, durduğu yerin möhkəm olub-olmadığını, torpağını tanımaq istəyər. Fikrimizcə, insan yetişdirməyə tam bu nöqtədən, yəni əxlaq, inanc və dəyərlər sisteminin formalaşdırılmasından başlamaq lazımdır. Uşağa dilini, dinini, mədəniyyətini, tarixini, xalqa və vətənə məhəbbəti aşlamadan ondan sağlam bir vətəndaş çıxarmaq mümkünsüzdür.

    Ağacların dik durmaq üçün suya və nəmə ehtiyacı varsa, insanların da mənəvi dəstəyə, təşviqə ehtiyacı vardır.

   Ağacların qol-budaq atması üçün açıq hava, geniş ətraf vacib amildir, eləcə də insanın yetişməsi üçün ailəsi və ətraf mühit xüsusi rol oynayır.

    Ataların gözəl bir məsəli var və adətən insan tərbiyəsində gecikməni ifadə etmək üçün çəkilir:“Ağac yaş ikən əyilər. Yəni fidanlar küləkdən, fırtınadan necə qorunursa, uşaq da elə qorunmalıdır. Yaxud yaş ikən ağaca forma vermək necə mümkündürsə, insanı da gələcək üçün formalaşdırmaq uşaq ikən daha asandır.

    Hər ting gələcəkdə müvafiq bir ağac olaraq qollanıb-budaqlandığı kimi hər uşağın daxilində də ona aid istedad, qabiliyyət, bacarıq və həvəs olur. Hər ağac hər iqlimdə yetişmədiyi kimi, hər uşağın da daxilindəkilərin təzahürü üçün münbit şərait lazımdır.

   Eləcə də bir ulu çinarın böyüməsi üçün illərin ötməsi lazım olduğu kimi, kamil bir insanın yetişməsi üçün də illərə, səbrə ehtiyac var.   

Analogiyanı daha da dərinləşdirək: çinlilər bambuq toxumunu əkib suvarar və qulluq edərlər. İlk ildə toxumda hər hansı dəyişiklik baş vermədiyi kimi, növbəti illərdə də qulluq olunmasına baxmayaraq toxum cücərməməkdə inad edər. Bu minvalla illər ötər və nəhayət  beşinci ilin sonunda toxum cücərər. Bayaqdan cücərmək istəməyən bu toxum sürətlə böyüməyə başlayar və cəmi altı həftədə 27 metr boy atar. Beləcə, bambuq ağacı beş illik səbrin, əməyin və qulluğun nəticəsi olar.   

İnsan yetişdirmək, onu təlim-tərbiyə etmək bambuq ağacını yetişdirmək kimi səbir, təmkin və israrla mümkün ola bilər. Tarix sübut etmişdir ki, böyük şəxsiyyətlər çətinliklərin, bərk-boşun, səbir və təmkinin nəticəsidir. Bu, həqiqətən də, uzun və incə bir yoldur. Bu yolu qət etmək və mənzilə varmaq üçün yol çantasında: əlindən gələni etmək, çalışmaq, səbir, israr, təmkinli davranmaq və dua kimi vacib azuqələr mütləq olmalıdır. 

 

Mənbə: Rövşən QƏNİYEV (İrfan İctimai Fikir Jurnalı)

 

ÖNƏ ÇIXAN MƏQALƏLƏR

Sual-Cavab

Sual: Xalqın ...

Sual/Cavab

Sual: Diş dolğusu etdirmək ...

SUAL CAVAB

Sual: İslamda içki ...

Sual-Cavab

Sual: Şəfaət nə deməkdir? ...

Sual və Cavablar

Sual: Ana dildə namaz ...

Saytda Olanlar

İndi saytda 99 qonaq var və üzv yoxdur

Template Settings

Color

For each color, the params below will be given default values
Blue Oranges Red

Body

Background Color
Text Color

Header

Background Color

Spotlight3

Background Color

Spotlight4

Background Color

Spotlight5

Background Color

Footer

Select menu
Google Font
Body Font-size
Body Font-family
Direction