SJ News - шаблон joomla Авто

“Bir şeyi (yaratmaq) istədiyi zaman (Allahın) ona buyurduğu ancaq: 'Ol!' deməkdir. O da dərhal olar”. ( Yasin, 82)

Tələbə vaxtından tanıdığım Hüseyin adında bir oğlan var. Onu Ramazanın ilk günlərində şəhər məscidlərinin birində təravih namazında gördüm. Gördüyüm ilk anda “gözüm kəlləmə çıxdı”. O olduğuna inana bilmədim, istədim yaxınlaşım, amma cəsarət göstərib yanına yaxınlaşa bilmədim  ki, birdən başqası olar. Evimiz uzaq olduğu üçün təravihin səkkizinci rükətindən çıxdım. Evə getmək üçün məscidin qapısı istiqamətinə gedəndə arxadan kimsə qolumu tutdu. Arxaya çevriləndə gördüm ki, elə həmin Hüseyindir. Salamlaşıb görüşdük. Üzündəki qısa saqqal sanki onun üzünə bir nur verirdi. Çölə çıxanda məni bərk-bərk qucaqladı və haqqımı halal etməyimi söylədi. Duruxsunub qaldım və keçmiş xatirələr bir anda canlanıb gözümün önünə gəldi.

Hüseyingilin evi bizdən iki məhəllə aşağıda idi. Onunla tanış olmağımız universitet illərinə təsadüf edirdi. Çünki hər ikimiz eyni universitetdə oxumuşduq. Açığı elə tələbəlikdən sonra onu bir daha görməmişdim. Hüseyinin ailəsi çox imanlı bir ailə idi. Özündən bir yaş kiçik qardaşı da vardı. Maşallah, o da çox imanlı insan idi. Lakin Hüseyin məktəbi bitirdikdən sonra hansısa bir qrupa qoşulmuşdu, deyəsən, nə din vardı, nə də iman. Tələbə vaxtı da onunla çox mübahisələrimiz olub, dəfələrlə! Qısacası, Hüseyin ateist idi. Müsəlmanlara, dinimizə lağ edər, ürəyi istədiyi kimi, belə desək “ağzına gələni” danışardı.

Fakültələrimiz də yan-yana olduğuna görə onunla tez-tez qarşılaşardıq. Din mövzusunda digər yoldaşlarımdan bir balaca daha çox məlumatlı olduğuma görə, bu barədə kiçik bir mübahisə düşən kimi məni çağırardılar. Hələ bir dəfəsində çox böyük bir mübahisəmiz oldu. Mən sakit bir tərzdə ona izah etməyə çalışanda, mənim sakit olduğumu görüb həddən artıq özündən çıxmışdı. Mövzunun məğzini hələ də xatırlayıram – dünyanın yaranma prosesinin Qurani-Kərimdən əvvəl araşdırılıb ortaya qoyulduğunu və elə həmin araşdırmadan Qurani-Kərimdə istifadə edildiyini iddia edirdi. Uzun-uzadı mübahisədən sonra o dövrdə dünyanın yaranmasını araşdırmaq üçün elə bir texnikanın olmamasını və elmdə də bu barədə Qurani-Kərimə istinadların olduğunu ona bildirdim. Bu sözlərim qarşısında aciz qalaraq həmin yeri tərk etdi. Daim mütaliə edərdi, lakin oxuduqları yanlış, səhv mənbələr idi. Bu kitablar onun beynini elə bil yeyirdi. 

Bu hadisədən sonra axırıncı kursda bir dəfə də onunla üz-üzə gəldik. Nə isə iddia etməyə çalışdı, ancaq istəyinə nail ola bilmədi. Çox hirsli, qəzəbli insan idi, üzünə baxanda qaşqabağından mərhəmətsizlik hiss olunurdu. Bəlkə də, o dövrlərdə mənə belə görünürdü. Universiteti bitirdikdən sonra, onsuz da, onunla bir daha qarşılaşmadıq. Olan-keçən də, açığı, yadımdan çıxıb getmişdi.

İndi neçə ildən sonra onu məsciddə görməyim məni çox təəccübləndirmişdi. Ayaqüstü beş dəqiqə söhbət etdik. Ona ilk və tək sualım: “Hüseyin, səni haqqa qovuşduran nə oldu?- şəklində oldu. Cavabında izah etməyə, açıqlamağa başladı:

- Hərbi xidmətdən gələndən sonra içimdə bir boşluq hiss elədim, elə bil depressiyada idim. Kitablarla daha çox vaxt keçirməyə başladım. Lakin bu da bəs eləmədi, içimdəki boşluğu doldura bilmirdim. Hiss edirdim ki, nəsə bir dəyişiklik var. Az qala intihara belə gedirdim. O qədər fikir edirdim ki, əsəbdən bilmirdim neyniyim, artıq ailədə də üz-göz olmuşdum. Bir gün də özümü bax burada, bu haqq dərgahında, Allahın evində tapdım. Necə olduğunu xatırlamıram, bir də gördüm ki, buradayam. Haqqı bildim. Yaradanımızı tanıdım, dərk elədim. Burada mənə kömək etdilər. İçimdəki boşluğu doldura bildim. Sən də haqqını halal et, qardaşım, sənə qarşı çox haqsızlıq eləmişəm, haqqında  səhv düşünmüşəm.

Halallaşdıq, qucaqlaşdıq və məscidin həyətində evə getmək üçün ayrıldıq. O, dostları ilə getdiyinə görə, çox da uzun-uzadı söhbət edə bilmədik. Düşünə-düşünə üzümdə bir təbəssüm yarandı və şükür etməyə başladım. Bir daha şahidi oldum ki, dünənə kimi olmaz dediyimiz işlər Yaradanın “OL!” deməsi ilə bir anda olurmuş.

Rəbbimizə sonsuz şükürlər olsun, o nə gözəl Yaradandır!

Mənbə: Firdovsi HƏSƏNOV (İrfan İctimai Fikir Jurnalı)

 

 

ÖNƏ ÇIXAN MƏQALƏLƏR

Sual-Cavab

Sual: Xalqın ...

Sual/Cavab

Sual: Diş dolğusu etdirmək ...

SUAL CAVAB

Sual: İslamda içki ...

Sual-Cavab

Sual: Şəfaət nə deməkdir? ...

Sual və Cavablar

Sual: Ana dildə namaz ...

Saytda Olanlar

İndi saytda 66 qonaq var və üzv yoxdur

Template Settings

Color

For each color, the params below will be given default values
Blue Oranges Red

Body

Background Color
Text Color

Header

Background Color

Spotlight3

Background Color

Spotlight4

Background Color

Spotlight5

Background Color

Footer

Select menu
Google Font
Body Font-size
Body Font-family
Direction