SJ News - шаблон joomla Авто

Allah islam əxlaqı ilə insanların həm ictimai, həm də fərdi mənada bütün hüquqlarını  zəmanət altına almış və onlara ən rahat, ən dinc və ən xoşbəxt şəkildə yaşayacaqları yolu göstərmişdir.

Quran əxlaqı qadın-kişi, gənc-yaşlı, zəngin-kasıb ayrıseçkiliyi etmədən bütün insanlara qarşı ədalətli, xeyirxah, mərhəmətli və səmimi olmağı tələb edir. Mömin qarşısında kim olursa olsun, həyatının sonuna qədər bu əxlaqı gücünün çatdığı ən gözəl şəkildə göstərməklə məsuldur. Çünki iman edən insan bütün gözəl əxlaq xüsusiyyətlərini Allah özünə əmr etdiyi üçün yaşayır. Buna görə də qarşısındakı adamın ictimai mövqeyi, cinsiyyəti, yaşı kimi faktorlar onun göstərəcəyi münasibət və davranışlarına təsir etmir.

Allah Quranda həm qadına qarşı, həm də ‘anaya’ qarşı olan münasibətdə gözəl əxlaqın əhəmiyyətinə diqqət çəkmişdir.

İnsanın ana və atası uşaqlarının yaxşı təhsil alıb gözəl əxlaq qazanması, həm özünə, həm də ətrafındakı insanlara fayda verən xeyirli insan olması üçün böyük səy göstərirlər. İllər boyu bu məqsədlə maddi-mənəvi bir çox fədakarlığı boyunlarına götürürlər. İnsanın özünə verilən bu əməyi təqdir etməsi və bu fədakar əxlaqa hörmət və ehtiramla cavab verməsi lazımdır. Allah Quranda möminin bu məsuliyyətini belə bildirir:

“Biz insana valideynləri ilə gözəl davranmağı buyurduq.”   (Ənkəbut Surəsi, 8)

“Biz insana ata-anasının qayğısına qalmağı tövsiyə etdik…” (Əhqaf Surəsi, 15)

 De: “Gəlin, Rəbbinizin sizə nələri haram etdiyini oxuyum: Ona heç nəyi şərik qoşmayın, valideynlərə yaxşılıq edin və yoxsulluq ucbatından uşaqlarınızı öldürməyin. Sizin də, onların da ruzisini Biz veririk. Murdar əməllərin aşkarına da, gizlisinə də yaxınlaşmayın. Allahın, (öldürülməsini) haram buyurduğu şəxsi haqsız yerə öldürməyin. Allah bunları sizə tövsiyə etmişdir ki, bəlkə anlayasınız.” (Ənam Surəsi, 151)

Quranın başqa bir ayəsində isə Allah insana ana-ataya qarşı gözəlliklə davranmasını, böyüklənib lovğalanmaqdan çəkinməsini belə bildirir:

“Allaha ibadət edin və heç bir şeyi Ona şərik qoşmayın! Valideynlərə, qohum-əqrəbaya, yetimlərə, kasıblara, yaxın və uzaq qonum-qonşuya, yol yoldaşına, müsafirə və sahib olduğunuz (kölə və kənizlərə) yaxşılıq edin! Həqiqətən, Allah özünü öyənləri və lovğalıq edənləri sevmir.” (Nisa Surəsi, 36)

Bütün bu ayələrdən aydın olduğu kimi Allah insanlara ana-ataya qarşı daim anlayış, şəfqət və hörmət göstərmələrini  nəsihət edir. Bununla yanaşı ananın uşağı dünyaya gətirmək və böyütmək üçün böyük çətinliklərə sinə gərdiyini xatırladaraq onun üzərindəki əməyinə də diqqət çəkir:

“Biz insana ata-anasının qayğısına qalmağı əmr etdik. Anası onu (bətnində) gündən-günə zəiflədiyinə baxmayaraq daşımışdır. Onun süddən kəsilməsi isə iki il ərzində olur. Mənə və valideynlərinə şükür et! Axır dönüş Mənədir.” (Loğman Surəsi, 14)

“Biz insana ata-anasının qayğısına qalmağı tövsiyə etdik. Anası onu (bətnində) əziyyətlə daşımış və əziyyətlə doğmuşdur. Onun (bətndə) daşınma və süddən kəsilmə müddəti otuz ay çəkir. Nəhayət, o, yetkinlik çağına yetişib qırx yaşa çatdıqda deyər: “Ey Rəbbim! Mənə, mənim özümə və valideynlərimə bəxş etdiyin nemətə şükür etmək və Sənin razı qalacağın yaxşı işlər görmək üçün ilham ver, nəslimi də mənim üçün əməlisaleh et. Mən Sənə tövbə etdim. Həqiqətən, mən müsəlmanlardanam!” (Əhqaf Surəsi, 15)

Həqiqətən də hər ana uşağını dünyaya gətirmək üçün aylarla böyük əziyyətlərə dözür. Allahın ayədə bildirdiyi kimi anası onu əziyyətlə daşımış və yenə də əziyyətlə dünyaya gətirmişdir. Sonra yenə böyük fədakarlıqla uşağın bəslənməsini də boynuna götürmüşdür. Allah bu gerçəkləri insana xatırladır və ananın çox qiymətli varlıq olduğuna diqqət çəkir.

Allah insanın ana və atasının göstərdiyi bu fədakarlıqları unutmamağını, onlar möhtac hala gəldiklərində də eyni gözəl əxlaqla davranmasını nəsihət edir:

“Rəbbin yalnız Ona ibadət etməyi və ata-ana ilə yaxşı davranmağı buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında qocalıq yaşına dolarsa, onlara: “Uf!” belə demə, üstlərinə qışqırma və onlara xoş söz söylə! Onların hər ikisinə rəhm edərək təvazökarlıq qanadının altına al və: “Ey Rəbbim! Onlar məni körpəliyimdən tərbiyə edib böyütdükləri kimi, Sən də onlara rəhm et!”– de.” (İsra Surəsi, 23-24)

Bilindiyi kimi yaşlılıq insanın bir çox cəhətdən zəifləməsinə səbəb olur. İnsan gənclik illərindəki güclü, dinamik, sağlam və enerji dolu halının əksinə, qorunmağa, başqalarının baxımına və köməyinə möhtac hala gəlir. Möminlər Allahın əmri ilə yaşlandıqlarında da ana və atalarına qarşı son dərəcə şəfqətli, anlayışlı, hörmətli və xoş münasibətdə olurlar.

Allah Quranda möminlərin ana-ataya qarşı göstərəcəkləri bu xoş münasibətin ölçüsünü də təyin etmiş və“…Onlara uf belə demə, onları danlama, gözəl söz söylə” (İsra Surəsi, 23) şəklində buyurmuşdur. Allah bu ayə ilə ana-ataya qarşı ediləcək ən kiçik bir şəfqətsizliyi, ya da hörmətə uyğun olmayacaq bir rəftarı belə qadağan etmişdir. Allah onlara qarşı daim gözəl söz deməyi və ‘uf’ belə deməyəcək qədər hörmətlə davranmağı əmr etmişdir. Buna görə də möminlər yaşlanaraq qüvvədən düşən ana və atalarına qarşı son dərəcə etinalı, incə düşüncəli və anlayışlı olurlar. Onları rahatlatdırmaq üçün əllərindən gələni edir, hörmət və sevgi göstərirlər. Yaşlılığın gətirdiyi çətinlik və sıxıntıları göz önündə saxlayaraq onlar daha dilə gətirmədən, bütün ehtiyaclarını hiss etdirmədən aradan qaldırmağa cəhd göstərirlər. Hər nə olursa-olsun xoş üslubdan istifadə edirlər.

Möminlər ana-atalarının mənəvi cəhətdən olduğu qədər maddi cəhətdən də hər hansı bir əskiklik hiss etməməkləri və çətinlik çəkməməkləri üçün əllərindəki imkanları səfərbər edirlər. Allah “Səndən (Allah yolunda) nə verəcəklərini soruşurlar. De: “Verəcəyiniz hər bir xeyir valideynlərə, qohum-əqrəbaya, yetimlərə, kasıblara və müsafirlərə aiddir. Siz nə yaxşılıq edirsinizsə, şübhəsiz ki, Allah onu bilir”. (Bəqərə Surəsi, 215) ayəsiylə möminlərin xeyir olaraq infaq edəcəkləri mallarında ana-atanın da haqqı olduğunu bildirmişdir. İman sahibləri Allahın bu ayəsinə əsasən ehtiyac içərisində olduqları təqdirdə ana-atalarının bu cəhətdəki ehtiyaclarını da ən gözəl şəkildə həll etməyə və onları bu yöndə də zəmanət altına almağa çalışırlar.

Hz. Yusufun ana-atasına qarşı göstərdiyi gözəl əxlaq bu mövzuda bütün insanlar üçün gözəl nümunə olmuşdur. Hz. Yusuf Misir xəzinələrinin başına keçməsinin ardından ana-atasını ən gözəl şəkildə qarşılamış, hörmətini ifadə etmək məqsədiylə onları taxta çıxarıb oturtmuşdur. Allah Quranda Yusuf Peyğəmbərin bu davranışını belə bildirir:

“Onlar Yusufun yanına gəldikdə o, ata-anasını bağrına basıb dedi: “Əmin-amanlıqla Allahın istəyi ilə Misirə daxil olun!” O, ata-anasını taxtın üstündə əyləşdirdi. Onlar (hamısı) onun qarşısında səcdə etdilər. O dedi: “Atacan! Bu, çoxdankı yuxumun yozumudur. Rəbbim onu gerçəkləşdirdi. O mənə lütf etdi. O məni zindandan çıxartdı və şeytan mənimlə qardaşlarımın arasına ədavət saldıqdan sonra sizi səhradan (yanıma) gətirdi. Şübhəsiz ki, Rəbbim istədiyinə qarşı lütfkardır. Həqiqətən, O, Biləndir, Müdrikdir.” (Yusuf Surəsi, 99-100)

Quranda iman edənlərin dualarında da ana-atalarını unutmadıqları, onlar üçün Allahdan bağışlanma və rəhmət dilədikləri xəbər verilmişdir. Bundan başqa Qurandakı ayələrdən peyğəmbərlərin də Allaha bu mövzuda dua etdikləri aydın olur. Allah Hz. Nuhun:

“Ey Rəbbim! Məni, valideynlərimi, evimə mömin kimi daxil olanları və (bütün) mömin kişi və qadınları bağışla! Zülmkarların isə ancaq həlakını artır.” (Nuh Surəsi, 28) sözləriylə ana-atası üçün bu istiqamətdə dua etdiyini bildirmişdir.

Allahın Quranda bildirdiyi bütün bu ayələrdən aydın olduğu kimi İslam əxlaqı, ana-ataya böyük əhəmiyyət və dəyər verir. Gəncliyində də, yaşlılığında da Allah anaya qarşı göstərilməli hörmətin və gözəl əxlaqın əhəmiyyətli mömin xüsusiyyəti olduğuna diqqət çəkmişdir. Ancaq Allah “Əgər onlar bilmədiyin bir şeyi Mənə şərik qoşmağın üçün (səni məcbur etməyə) cəhd göstərsələr, onlara güzəştə getmə! Dünyada onlarla gözəl davran. Mənə üz tutanların yolu ilə get! Sonra isə dönüşünüz Mənə olacaq, Mən də nə etdikləriniz barədə sizə xəbər verəcəyəm.” (Loğman Surəsi, 15)ayəsiylə Özünə qarşı üsyan yolunu seçdikləri və övladını da bu istiqamətdə hərəkət etməyə təşviq etdikləri təqdirdə ana-ataya itaət edilməməyini nəsihət etmişdir. Ancaq İslam əxlaqının tələbi olduğundan, Allah bu vəziyyətdə də yenə onlara qarşı hörmətsizlik etmədən dünya həyatına aid mövzularda onlara yaxşı rəftar etməyi əmr etmişdir.

 

Mənbə: qurandaqadin.com

 

ÖNƏ ÇIXAN MƏQALƏLƏR

Sual-Cavab

Sual: Xalqın ...

Sual/Cavab

Sual: Diş dolğusu etdirmək ...

SUAL CAVAB

Sual: İslamda içki ...

Sual-Cavab

Sual: Şəfaət nə deməkdir? ...

Sual və Cavablar

Sual: Ana dildə namaz ...

Saytda Olanlar

İndi saytda 116 qonaq var və üzv yoxdur

Template Settings

Color

For each color, the params below will be given default values
Blue Oranges Red

Body

Background Color
Text Color

Header

Background Color

Spotlight3

Background Color

Spotlight4

Background Color

Spotlight5

Background Color

Footer

Select menu
Google Font
Body Font-size
Body Font-family
Direction