SJ News - шаблон joomla Авто

Sual: Xalqın mənimsədiyi adət-ərin dinimizdəki yeri necə olmalıdır?

Cavab: Dinimizdə adət-ənənələr ümumi olaraq qəbul və ya rədd edilmək əvəzinə dinin təməl əsaslarına müvafiq olub-olmaması baxımından qiymətləndirilmiş və bu əsaslara müvafiq olanlar qəbul edilmiş, olmayanlar isə rədd edilmişdir. Bu baxımdan bəzi adət-ənənələr dinimizdə hüququn (fiqhi məsələlərin) mənbəyi kimi qəbul edilmişdir. Hz. Peyğəmbərimiz (s.ə.s) İslamdan əvvəl üzv olduğu hilfül-füzul cəmiyyəti haqqında belə buyurmuşdur: “Abdullah ibn Cüdanın evində dünyalara dəyişməyəcəyim bir müqavilədə iştirak etmişdim. İslamdan sonra da belə bir müqaviləyə dəvət olunsam, dərhal qəbul edərəm”. Buradan aydın olur ki, Hz. Peyğəmbər (s.ə.s) adət-ənənələri bütövlüklə rədd etməmiş, məqsədəuyğun olanları qəbul etmişdir. Bundan başqa, Hz. Peyğəmbərin (s.ə.s) İslamdan əvvəl də mövcud olan müxtəlif müqavilə növləri və digər hərəkətləri müsbət qarşılaması adət-ənənənin dini-hüquqi məsələlərin ən mühüm mənbələrindən sayıldığına dəlalət edir.

İslam dininin adət-ənənələr qarşısındakı mövqeyi bunların dinin ümumi prinsiplərinə uyğunluğuna, əxlaqi və insani baxımdan daşıdığı dəyərə bağlı olmuşdur. Odur ki, İslam əqidəsini zədələməmək, əxlaq normalarına zidd olmamaq şərti ilə insanların xeyrinə olan tətbiqatın, davranışların, hərəkətlərin cəmiyyətdə yayılaraq adət-ənənəyə çevrilməsində hər hansı bir qəbahət yoxdur.

 

Sual: Müxtəlif yerlərdə evi olan bir insan həmin yerlə gedəndəri sayılırmı?

Cavab: İnsanın doğulub böyüdüyü yerə və ya işləyib dolanışığını təmin etdiyi, ailəsi ilə yerləşdiyi və daimi qalmağa niyyət etdiyi yerə “vətəni-əsli” deyilir. Vətəni-əslidə olan şəxsə müqim deyilir. Vətəni-əsli yalnız başqa bir vətəni-əsli ilə aradan qalxar. Yəni insanın əvvəlki vətənini tərk edib başqa bir yerə yerləşməsi ilə onun vətəni-əslisi dəyişmiş olar. Odur ki, sözügedən şəxs əvvəlki yerinə müvəqqəti olaraq gedəndə on beş gündən az qalarsa, orada səfəri sayıldığı üçün dinin səfəriliklə bağlı güzəştlərindən istifadə edə bilər. İş ilə bağlı və ya təyinat nəticəsində başqa yerə gedib yaşayan, lakin ora yerləşib qalmaq istəməyən, nəticədə öz yurduna qayıtmaq niyyətində olanın əsil məmləkəti onun vətəni-əslisi olmağa davam edir.

Bir insanın öz yurdundan başqa bir yerə gedib on beş gün və ya daha çox qalmağa niyyət etdiyi yer vətəni-iqamədir. Dini vəzifələri yerinə yetirmək baxımından vətəni-iqamə ilə vətəni-əsli arasında hər hansı bir fərq yoxdur. Yəni vətəni-iqamədə olan müsəlman da səfəriliklə əlaqədar olan dini güzəştlərdən istifadə edə bilməz.

Nəticə etibarı ilə insanın başqa bir evinin olduğu yer onun vətəni-əslisi kimi qəbul edilir. Məhz bu səbəbdən müxtəlif yerlərdə, şəhərlərdə və ölkələrdə olan evinə getdikdən sonra həmin yerdə namazlarını tam qılmalıdır.

Bundan başqa, yetkinlik yaşına çatan bir şəxs yaşadığı yeri tərk edib daimi yaşamaq məqsədilə başqa bir yerə köçərsə, həmin yer onun vətəni-əslisi olar və artıq əvvəlki yer onun üçün vətəni-əsli olmaz. Əvvəlki yerdə onun ata-anası və ya həddi-büluğa çatmış uşaqlarının yaşaması nəticəni dəyişdirmir. Odur ki, bir müsəlman daimi yaşadığı yerdən ziyarət etmək üçün 90 km və daha uzaq yerdə yaşayan ata-anasının yanına gedərsə, səfərilik hökmlərinə tabe olar. Yəni getdiyi yerdə on beş gündən az qalmağa niyyət edərsə, səfəri olar.

 

Sual: nazə namazı məkruh vaxtlarda qılına bilərmi?

Cavab: Gün ərzində namaz qılınması təhrimən məkruh olan üç vaxt var:

1) Günəşin doğmağa başlamasından etibarən təqribən 45 dəqiqəlik bir müddət keçənədək namaz qılmaq olmaz.

2) Günəş zenit nöqtəsində ikən, yəni istiva vaxtından zaval vaxtına, günorta namazının vaxtı girənədək keçən yarım saatlıq müddət ərzində namaz qılmaq olmaz.

3) Günəşin batmasına təqribən 45 dəqiqə qaldıqdan sonra batanadək namaz qılmaq olmaz.

Qeyd edilən bu üç vaxtda fərz, vacib və nafilə namaz qılınmamaqla yanaşı, keçmiş namazların qəzalarını da qılmaq olmaz. Məhz cənazə namazı da bir namaz olduğu üçün məkruh vaxt anlayışı cənazə namazına da şamil edilir. Bir hədisi-şərifdə belə nəql olunur: “Üç vaxt vardır ki, Hz. Peyğəmbər (s.ə.s) bu vaxtlarda bizə namaz qılmağımızı və ölürimizi dəfn etməyimizi qadağan etdi: Güş doğub yüksər, Güş zenit nöqtəsinəlib zavalına qər, Güş batmağa doğru meyl etdiyi zaman. (Müslim, Müsafirun, 293). Ancaq qeyd edək ki, ikindi namazının fərzi zəruri bir iş çıxdığı üçün vaxtında qılına bilməmişsə, gün batana qədər qılınmalıdır. Yenə də, ikindi namazını bu vaxta qədər gecikdirməmək lazımdır. Hz. Peyğəmbər (s.ə.s) belə buyurmuşdur: “Bu vaxtda qılınan namaz münafiqlərin namazıdır. Münafiq oturub Güşi gözlər. Güş batmağa üz tutduğu zaman təm-təsik ikindi namazını dörd rüt qılar. Allahı çox az xatırlayar. (Malik, “Müvəttə”, Quran 46).

 

Sual: Doğulduqdan sonra ölən körpənin cənazə namazı qılınmalıdır?

Cavab: Sağ doğulub ölən körpənin adı qoyular, yuyulub kəfənlənər və cənazə namazı da qılınar. Ölü doğulan körpənin isə adı qoyular, yuyulub bir parçaya qoyular, lakin cənazə namazı qılınmadan dəfn edilər. Üzvləri tam formalaşmamış rüşeym halında olarsa nə adı qoyular, nə yuyular, nə də cənazə namazı qılınar. Sadəcə olaraq bir parçaya qoyularaq dəfn edilər.

 

Anar QURBANOV

 

Saytda Olanlar

İndi saytda 26 qonaq var və üzv yoxdur

Template Settings

Color

For each color, the params below will be given default values
Blue Oranges Red

Body

Background Color
Text Color

Header

Background Color

Spotlight3

Background Color

Spotlight4

Background Color

Spotlight5

Background Color

Footer

Select menu
Google Font
Body Font-size
Body Font-family
Direction