SJ News - шаблон joomla Авто

"Mal və övlad dünya həyatının zinətləridir" (Kəhf 18/46) ayəyi kəriməsi işığında, bu dünyada yaşadığımız hər an imtahanda olduğumuzu unutmamalıyıq.

Sanki bir imtahan otağındayıq. Müəllim və ya işə qəbul edən bizə müxtəlif əşyalar verir. İmtahan üçün, "bunlar sizə əmanətdir, alacağınız qiymət və qazanacağınız məkan, sizə verdiyimiz bu əşyaları içində yazılmış istifadə qaydalarına uyğun olaraq necə dəyərləndirəcəyinizdən asılıdır" deyir və imtahanı başladır. İmtahanda olduğumuzu unudaraq və verilənlərin sırf bizim özümüzə aid olduğunu düşünərək onların əsl sahibini yaddan çıxartsaq, imtahan sonu o əşyaları verənin bizə münasibəti, verəcəyi qiymət necə olar? Mükafatımız nə olar? Məhz dünyada "bizimdir" deyə zənn etdiyimiz hər şeyin, əslində, tək sahibi Uca Rəbbimiz Allah Təaladır. Özünün yer üzündəki Xəlifəsi kimi dəyər verdiyi biz qullarına əmanət olaraq verdiyi dünya nemətlərini haradan qazandığımızı, haraya xərclədiyimizi, necə istifadə etdiyimizi, istifadə qaydalarına uyğun davranıb davranmadığımızı, əlbəttə, bizdən soruşacaq. Alacağımız qarşılıq da məhz buna görə dəyər qazanacaq, qazanacağımız məkan da öz davranışlarımıza uyğun olacaqdır.

Qul olaraq dünyada övlad neməti ilə nemətlənmək, əslində, bir imtahanın başlanğıcıdır. Qurani-Kərimdə də buyurulduğu kimi, "Bilin ki, mallarınız və övladınız imtahan səbəbidir və böyük mükafat Allah qatındadır"(Ənfal, 8/28). Bu çətin və məsuliyyətli imtahan valideynlik imtahanıdır ki, haqqını verənə mükafat da böyükdür. Hətta övlad yetişdirməyin məsuliyyəti o qədər çoxdur ki, övladların etdiyi əməldən valideyn də öz nəsibini alır. Müslim, Tirmizi, Nəsai və Əhməd b. Hanbəl kimi mühüm mühəddislərin kitablarında qeyd edilən hədisi-şərifdə də nəql edildiyi kimi, "Hz. Peyğəmbər (sallallahu aleyhi və səlləm), insan öldüyündə əməlinin kəsiləcəyini, ancaq üç şeyin bundan istisna edildiyini, bunlardan birinin "insana dua edən saleh övlad" olduğunu bildirməsi xeyirli övladın insan üçün böyük bir qazanc olduğunu göstərir. Bu böyük qazanca nail olmaq isə, biz valideynlərin öz əlindədir. Hədisi-şərifdə buyurulduğu kimi, "bir atanın övladına qoyacağı ən böyük miras gözəl əxlaqdır". Demək ki, qazanclı olmaq istəyiriksə, övladımızı mal-mülk sahibi etməyi özümüzə dərd etməməliyik, çünki Ali-İmran/26-27-ci ayələrdə buyurulduğu kimi, "mülk Allahındır, istədiyinə verir". Ənam surəsi 151-ci ayədə də "Kasıblıq qorxusu iləövladınızı öldürməyin. Sizin də onların da ruzisini biz veririk"-deyə buyurulur. Demək ki, əsl dərdimiz Allahın rızasına uyğun gözəl əxlaq sahibi övladlar yetişdirmək olmalıdır.

Xeyirli övladı yetişdirməyin ilk yolu, öncə özümüzün doğru yolda olmağımızdır. Çünki təməl prinsip doğruluq, dürüstlükdür. Özümüz etmədiyimiz bir şeyi övladımıza et desək təsir etməz, çünki insan eşitdiyini deyil gördüyünü nümunə götürür. Hələ doğru və yanlışı bir-birindən ayıra bilməyəcək yaşdakı uşaqlar, sırf gördüklərini təqlid edir. Onlara nümunə olacaq gözəl əməllər işləyək. Əməllərin ən gözəli olan namazımızı onlardan gizləməyək.

İbadətlə məşğul olduğumuz zaman uşaqları özümüzdən uzaqlaşdırmamalıyıq. Bunun iki zərəri vardır. Birincisi, uşaqlar anası ilə arasına girdiyi düşüncəsi ilə namazdan nifrət edə bilər. İkincisi, uşaqları təcrübə ilə öyrənməkdən məhrum buraxmış olarıq. Yəni kiçik yaşlardan, hətta dünyaya gəldiyi andan gözünü səccadə üzərində açan bir uşaq artıq namaza öyrəşməyə başlayır. Namaz əsnasında qucağımıza almaq, dizimizdə oturtmaq bizim ibadətimizə zərər verməz. Hətta namaz qılarkən yanımızda günahsız birisi ilə birlikdə olduğumuz üçün bizim də feyzimiz artar. Təbii ki, hiss etmək istəyən hiss edər. Yəni bir növ yağışlı havada həyətdə gəzən iki adam kimi. İkisi də islanar, biri hiss edər, digəri yox. Biz hiss etsək də, hiss etməsək də uşaqlarla birlikdə etdiyimiz hər bir ibadətin feyzi, ləzzəti tənha etdiklərimizdən qat-qat artıqdır. Bu halda üç işi bir arada etmiş oluruq. Birincisi, ibadətlərimizi feyzlə yerinə yetirmiş oluruq. İkincisi, onlara gözəl əxlaq  aşılamış oluruq. Üçüncüsü, onlarla birlikdə zaman keçirmiş oluruq ki, bu çox mühümdür. Bəzi işləyən valideynlər, uşaqlarla birlikdə çox ola bilmədiklərindən onlara qarşı özlərini günahkar hiss etdikləri üçün, tez-tez hədiyyələr, oyuncaqlar alırlar. Bu isə uşağın içindəki valideyn ehtiyacından doğan boşluğu doldurmaz, tam əksinə, bu əksiklik getdikcə artar. Halbuki birlikdə bir dəstəmaz alıb, namaz qılmaq ən az 15 dəqiqə çəkər. Bu isə psixoloqların gün ərzində valideynlərin uşaqlara ayırmaq üçün tövsiyə etdiyi zaman dilimidir.

Bir gün iki kiçik uşağın söhbətindən anladım ki, biz namaz qılarkən uşaqlar bizim onlarla oyun oynadığımızı zənn edirmişlər. Məhz səccadəylə oynamaqları, belimizə minməkləri, aşağıdan yuxarı baxıb güldürməyə çalışmaları da, bu oyunun bir parçasıymış. Təəssüflər olsun ki, bəzi valideynlər bu hallarda uşaqlara hirslənirlər və onları məyus edirlər. Məgər, Hz. Məhəmməd (s.ə.s.) bir dizində Hz. Həsən (r.a.), digərində Hz. Hüseyn (r.a.) olduğu halda namaz qılmırdı? Bir gün xütbə söylədiyi əsnada, onların qaça-qaça yanına gələrkən gah yıxılıb, gah da duran hallarını görüncə xütbəsini yarım qoymadımı? Hətta Onların bu yıxılmalarını görüncə Rəsulullah (s.ə.s.) minbərdən enərək onları qucaqlamış və önünə alaraq belə buyurmuşdu:

"Allah Təala "həqiqətən mallarınız və övladınız sizin üçün imtahan vəsiləsidir" buyuraraq nə qədər doğru söylədi. Yeriyərkən ayaqları sürüşən bu balacaları görüncə özümü saxlaya bilmədim. Nəhayət, sözümü kəsib onları yerdən qaldırdım" (Tirmizi, Mənaqib 30).

Görüldüyü kimi, "Böyüklərinə hörmət etməyən, kiçiklərinə şəfqət göstərməyən bizdən deyildir"- deyə buyuran Hz. Məhəmməd (s.ə.s.) özü də uşaqlara hədsiz şəfqət göstərmişdir.

Nəticə olaraq, bəşərin ən xeyirlisi olan Xayrulbəşər Hz. Məhəmmədin (s.ə.s.) "Rəbbim, mənə qatından xeyirli bir nəsil bağışla" (Ali İmran 3/38) deyə dua etdiyini xatırlayaraq, bütün əməllərimizin başında və sonunda dua etməyimiz nə qədər mühümdürsə, uşaq tərbiyəsində də belə olduğunu unutmayaq. Biz doğruları edək, sonunda  "Rəbbim mən tərbiyə edə bilmirəm sən tərbiyə et, çünki tərbiyə edənlərin ən üstünü sənsən" deyə dualarımızı da əskik etməyək. Rəbbim vətənimizə millətimizə, dövlətimizə, dinimizə xeyirli övladlar yetişdirməyi bütün valideynlərə nəsib etsin. Amin!


i.f.dr. Sevinc Aslanova

ÖNƏ ÇIXAN MƏQALƏLƏR

Sual-Cavab

Sual: Xalqın ...

Sual/Cavab

Sual: Diş dolğusu etdirmək ...

SUAL CAVAB

Sual: İslamda içki ...

Sual-Cavab

Sual: Şəfaət nə deməkdir? ...

Sual və Cavablar

Sual: Ana dildə namaz ...

Saytda Olanlar

İndi saytda 40 qonaq var və üzv yoxdur

Template Settings

Color

For each color, the params below will be given default values
Blue Oranges Red

Body

Background Color
Text Color

Header

Background Color

Spotlight3

Background Color

Spotlight4

Background Color

Spotlight5

Background Color

Footer

Select menu
Google Font
Body Font-size
Body Font-family
Direction