SJ News - шаблон joomla Авто

Həyat Allah-Təalanın bütün canlılara yalnız bir dəfə istifadə etmək üçün bəxş etdiyi və müəyyən müddətlə məhdud qıldığı, son dərəcə qiymətli bir nemətdir.

 Zamanı ən layiqli əməllərə sərf etmək şərtdir. Çünki həyatda hər an edə biləcəyimiz birdən çox iş var. Fəqət bunların o an üçün ən əhəmiyyətli olanlarını ön planda tutmaq, digərlərini də əhəmiyyət dərəcələrinə görə sıraya qoymaq zamandan ən səmərəli şəkildə istifadə edə bilmək üçün diqqət olunacaq mühüm bir düsturdur. Məsələn, ananın övladına süd əmizdirməsi mərəhəmət və şəfqətin təcəllisi olan gözəl bir davranışdır. Ancaq evdə yanğın baş verərsə, ananın süd verməyə davam etməsi böyük bir səhlənkarlıq və vəbal olar. O əsnada bir qab su ilə də olsa yanğını söndürməyə çalışmalıdır. Çünki bu vəzifə digəri ilə müqayisədə daha çox həyati əhəmiyyət daşıyır. Əgər o anda səhlənkarlıq edərsə, az bir müddətdən sonra özü də, övladı da yanğında həlak ola bilər.

Eynilə bunun kimi, günümüzdə də zamanın əhəmiyyətini nəzərə alaraq, digər işlərdən daha çox Allahın dininə vaxt ayırmaq bu xüsusdakı məsuliyyətimizdən qaynaqlanır. Vaxtı ən gözəl şəkildə qiymətləndirən əshabi-kiram üçün həyatın ən zövqlü anları insanlara tövhid həqiqətini çatdırdıqları zamanlar idi. Edam edilmək üzrə olan bir səhabə, ona bir neçə dəqiqə vaxt verən bədbəxtə təşəkkür etmiş və: “Demək ki, sənə haqqı təbliğ edə bilmək üçün bir neçə dəqiqəlik vaxtım var. Ümid edirəm ki, hidayətə gələrsən”, - demişdi.

Son dərəcə qiymətli bir sərmayə olan zamanı, yəni vaxtımızı boş və əbəs şeylərlə israf etmək axirət həyatını təhlükəyə atmaq deməkdir. Bu səbəblə qəflət pərdələrini qaldıra bilənlər üçün zaman heç bir şeylə müqayisə edilməyəcək dərəcədə qiymətli bir nemətdir. Allah-Təala Əsr surəsində buyurur: “And olsun zamana ki, insan ziyan içindədir. Yalnız iman gətirib yaxşı əməllər edən, bir-birinə haqqı və səbri tövsiyə edən kimsələrdən başqa! (əl-Əsr, 1-3)

Bununla birlikdə, yenə Allah-Təala bəndələrinin zaman xüsusunda ziyandan qurtularaq ilahi lütflərə nail ola bilmələri üçün Peyğəmbərimizin timsalında bizlərə belə tövsiyə edir: “(Ya Peyğəmbər!) Elə ki (risaləti təbliğ etməkdən və ya dünya işlərindən) azad oldun, qalx (dua et)(Axirət üçün çalış!) Və ancaq Rəbbinə yalvar! (əl-İnşirah, 7-8)

Zaman Allahın qoyduğu qanun gərəyi durmadan axıb gedir. Dünya həyatında hər şeyi satın almaq və ya geri qaytarmaq az-çox mümkündür. Lakin keçib gedən zamanı geri qaytarmaq əsla mümkün deyildir. Zamanın boşa xərclənməsi ən böyük peşmançılıq səbəblərin­dəndir. Allah Rəsulu (s.ə.s): “Cənnət əhli dünyada ikən yalnız Allahı zikr etmədən keçirdikləri anların həsrət və peşmançılığını çəkəcəklər!” (Heysəmi) - buyuraraq zamanın əbədi həyat sərmayəsi olacaq əməllərlə dəyərləndirilməsinin vacib olduğunu xatırlatmışdır. Çünki nemət əldən getdikdən sonra çəkilən peşmançılıq heç bir fayda verməz. O halda fürsət varkən həyatımızı saleh əməllərlə dəyərləndirmək məcburiyyətindəyik. Bizə bəxş edilən hər nemətin qədrini bilib, həm içində yaşadığımız zamanın, ömrümüzün dəyərini bilməli, həm də hər bir üzvün şükrünü layiqincə etməliyik. Hz. Peyğəmbər (s.ə.s) möhtərəm xanımı Hafsa (r.anhə) anamıza belə tövsiyə etmişdi: “Ey Hafsa, çox danışmaqdan çəkin! Allahın zikri xaric, çox danışmaq qəlbi öldürür. Fəqət Allahı çox zikr et! Çünki bu, qəlbi dirildir. (Əli əl-Müttəqi)

Allah-Təala belə buyurur: “Birinizin ölümü çatıb: “Ey Rəbbim! Mənə bir az möhlət versəydin, sədəqə verib salehlərdən olardım! - deməmişdən əvvəl sizə verdiyim ruzidən (Allah yolunda) xərcləyin. (əl-Münafiqun, 10)

Bu xəbərdarlıqlara baxmayaraq davam edən səhlənkarlıqların bir gün acı əzabla nəticələnəcəyi də danılmaz həqiqətdir.

Bir adam dünyadakı bütün fani nemətlərə sahib olsa və səadət içində min il yaşasa nə fayda?! Son olaraq gedəcəyi yer, yenə üstünə basdığımız qara torpağın altı deyilmi?!

Həyat axar su kimi axıb getməkdədir. Məhdud olan fani ömrümüzün günləri qabı dolduran damlalara bənzəyir. Son nəfəsimizi verərkən acı dramamızı seyr etməmək üçün hər gün həyatımızın bitiş nöqtəsinə doğru irəlilədiyimizi, dünyadan bir gün daha uzaqlaşaraq qəbrə yaxınlaşdığımızı unutmamalıyıq. Əcəl anı məchul olduğu üçün hər an Əzrayıl (ə.s) ilə qarşılaşa biləcəyimizi yaddan çıxarmamalıyıq. Bu yerdə şair nə gözəl söyləmişdir:

O dəmdə ki, pərdələr qalxar, pərdələr enər,

Əzrayıla xoş gəldin deyə bilməkdir hünər!..

Dünya həyatının bu fani zamanında bizə bəxş edilən qısa ömrümüzü zaman israfı ilə deyil, səmərəli və bizə faydalı olacaq şeylərlə doldurmağa çalışaq.

Saleh ŞİRİNOV

 

 

ÖNƏ ÇIXAN MƏQALƏLƏR

Sual-Cavab

Sual: Xalqın ...

Sual/Cavab

Sual: Diş dolğusu etdirmək ...

SUAL CAVAB

Sual: İslamda içki ...

Sual-Cavab

Sual: Şəfaət nə deməkdir? ...

Sual və Cavablar

Sual: Ana dildə namaz ...

Saytda Olanlar

İndi saytda 39 qonaq var və üzv yoxdur

Template Settings

Color

For each color, the params below will be given default values
Blue Oranges Red

Body

Background Color
Text Color

Header

Background Color

Spotlight3

Background Color

Spotlight4

Background Color

Spotlight5

Background Color

Footer

Select menu
Google Font
Body Font-size
Body Font-family
Direction