SJ News - шаблон joomla Авто

İzdivac və müştərək ailə həyatı insanlararası qurulan ən şirin rabitədir.

Ailə hər bir qadın və kişi üşün rahatlıq, təhlükəsizlik, məhəbbət və asayiş mərkəzidir.Həyatda yaxşı və layiqli həyat yoldaşına sahib olmaq Allah-taalanın öz bəndələrinə mərhəmət etdiyi ən böyük nemətlərindən biridir. Belə bir nemətə sahib olmaq üçün İslam dini "həyat yoldaşı” seçimi mövzusunda dəqiq meyar və ölçülər təqdim etmiş və habelə bu yöndə bir çox dəyərli göstərişlər vermişdir ki, bu qanunların hər bir müsəlman ailəsində tətbiq olunması zəruridir. Şübhəsiz, müştərək ailə həyatında səadət, sevinc, mənəviyyat axtaran şəxslər həm xanım seçimində və həm də ailədaxili münasibətləin tənzimlənməsində İslam dininin bəyan etdiyi bu dəyərli təlimlərə əməl etməlidirlər.
 
Ər-arvad münasibətləri
Ər-arvad münasibətləri insanın xilqəti, ilahi dəyərlər, kainat genişliyi, bütün nəsillər qədər və əsrlər boyu insanların ən bariz ünsiyyət haqqı olmuşdur. Ər-aravd əlaqəsi aşiq və məşuq, bədən və paltar, kamal yolu ardıcıları birgə rabitəsi və məhəbbət və fədakarlığa məna verən dəyərdir.Ər-arvad münasibəti bütün ülfətlərin kökü və bütün əlaqələrin tacıdır. Qadın öz muradını kişi ilə xoş münasibətdə tapır və kişi isə qadının varlığı sayəsində rahatlığa nail olur.Ər-arvad münasibətləri həyatın ən gözəl hissəsi və insanlararası əlaqələrin ən mükəmməl formasıdır.Ər-arvad münasibəti məhəbbət bəsələmək və sevilmək, əhd və sədaqət, güzəşt və isar, səxavət və ehsan, sevgi və dəyanət, səfa və səmimiyyət, günəş və şəfəq, çeşmə və su, quş və qanad, zirvə və uçuş, qəlb və qəmxar, göz və baxış, bədən və paltar, çıraq və aydınlıq, bağ və bağban, gül və güldan, yaşllıq və bahar, üzük və qaş, təbəssüm və sevinc, həkim və dərman , mərhəmət və nemət münasibətidir.Bir sözlə ər-arvad münasibəti su çeşmələrin ən gözəl bitişməsi, ən yaxşı söz birləşməsi, qəlb döyüntülərinin ən ahənglisi, ən yaxın düşüncələr, ən möhkəm addımlar və ən sirli, müəmmalı dostluq münasibətidir.Belə gözəl və səmimi ailədaxili münasibətdə ər-arvad və ailənin hər bir üzvünün digəri önündə müəyyən vəzifələri vardır ki, bu haqda məlumat vermək istərdik:
 
 Kişinin qadın önündə vəzifələri
 
1- Başçılıq
Allah-taala Qurani-kərimdə buyurur: ("Nisa”: 34)Ailənin bütün məsuliyyət və idarəsini kişinin öhdəsində qoymaq onun ailə daxili əsaslı məsələlərdə qətiyyətlə hökm vermək iqtidarından irəli gəlir. Bu, xüsusi imtiyaz, güc tətbiq etmək, ixtiyarından sui istifadə etmək anlamında qəbul edilməməlidir. Buna əsasən, kişilər ailə idarəçiliyində ağıl və məntiqə əaslanmalı və şəxsi istəklərinə uyğun hökm verməkdən çəkinməlidir.Ər-arvad ailənin iki əsas sütunudur. Lakin kişi fərqli yaradılış tərzi, fiziki və məntiqi üstünlüyə malik olduğu üçün ailənin böyük sütunu və başçısı hesab olunur. Ailəni məntiq və ağıl əsasında ən yaxşı idarə edən, onların səadət və xoşbəxtliyi üçün lazım olan avadanlıqları hazırlayan və ailə mühitini yaşıl baxça kimi təravətləndirən və həyat yoldaşını mələyə çevirə bilən odur.Xanımın isə ailə daxili işləri sahmanlayıb idarə etməkdə, ailədə məhəbbətamiz, şən və ləzzətbəxş atmasfer yaratmaqda və uşaqları tərbiyə etməkdə böyük rolu var. Buna əsasən, kişilər qadının ailədəki böyük rolundan xəbərdar olmalı və onların sözügedən məsələlərdəki öhdəçiliklərinə diqqət yetirməlidirlər.İslam peyğəmbəri (s) buyurub: "Kişi ailənin başçısıdır və hər başçı öz əlaltıları önündə məsuliyyətlidir”. ("Müstədrəkül-vəsail”, c. 2, səh. 550)İmam Əli (ə) isə buyurub: "Hakim və idarəçisi qadın olan kişi Allah mərhəmətindən uzaqdr”. ("Məkarimül-əxlaq”, səh. 231)Ailə başçısı olan kişi qadının da onun kimi insan olmasına, arzu və istəkləri, yaşamaq və azadlıq haqqı olmasına diqqət yetirməlidir. Qadın almaq qul almaq deyil. Əksinə, izdivac müştərək həyat qurmaqdır, münis, həmdəm tapmaqdır. Buna görə də qadının daxili istəklərinə, arzularına böyük önəm verilməlidir. Bir sözlə, kişi qadının mütləq maliki deyil.
 
2- Gözəl əxlaq, yaxşı rəftar
 Yaxşı və layiqli ər həyat yoldaşı ilə ehtiram və məhəbbələ söhbət edir və həmişə ürək xəzinəsindən ən gözəl, könül oxşayan, şəfabəxş, cismə dərman, ruha rahatlıq verən sözləri seçib ən şən və aram bir abü-havada öz xanımına təqdim edir. Yaxşı ər xanımını heç vaxt təhdid və təhqir etmir, alçatmır, şəxsiyyətini tapdalamır. Yalnız sədaqət, məhəbbət, səmimiyyət, isar, ehsan, təşəkkür dili ilə onunla danışır. İslam peyğəmbəri (s) buyurub: "İman cəhətdən ən üstün olan ailəsi ilə ən əxlaqlı və ən mehriban davranan şəxsdir. Mən isə sizin aranızda ailəsi ilə ən mehriban olan şəxsəm”. ("Vəsailüş-Şiə”, c. 8, səh. 507, h. 25)O Həzrət (s) digər bir hədisdə belə buyurub: "Qadınlarla mehriban davranın, qəlblərini ələ alın ki, sizinlə qoşa addımlasınlar. Onları (hansısa bir işi görməyə) məcbur edib qəzəbləndirməyin”. ("Müstədrəkül-vəsail”, c. 14, səh. 252, h. 2) Başqa bir kalamında buyurub: "Həmişə həyat yoldaşınla üzüyola ol, onunla yaxşı davran ki, həyatın səfalı olsun”. ("Məkarimül-əxlaq”, səh. 218) Buna əsasən, ağıllı və təmkinli kişi səy və təlaşla evdən eşikdə, iş mühitində ehtimal olunan bütün şətinliklərə qələbə çalır. Kiçik hadisələr, rüzgarın bəzi acıları və bəzən də kiminsə xoşagəlməz rəftarı onu narahat etmir və evə gülərüz, şən, məhəbbət dolu qəlb, şirin söz lə qayədər və ailə mühitini öz gəlişi ilə işıqlandırır və bu gözəl davranışı ilə həyat yoldaşı və uşaqlarının cism və ruhuna rahatlıq bəxş edir.
 
3- Sevgini dilə gətirmək
 Düşüncəli və savadlı ər xanımına qarşı sevgi və məhəbbətini dilə gətirməli və öz mehribanlığını gözəl və mənalı kəlmələrlə sübut etməlidir. Çünki yalnız qəlbdəcə məhəbbət bəsləmmək kafi deyil. İslam peyğəmbəri (s) buyurub: "Kişinin xanımına dediyi "səni sevirəm” sözü heç vaxt qəlbindən silinməyəcək”. ("Vəsailüş-Şiə”, c. 14, səh. 10, h. 9) İmam Əli (ə) isə buyurub: "xanımınızla gözəl tərzdə söhbət edin ki, onların davranış tərzi də gözəl olsun”. ("Biharul-ənvar”, c. 103, səh. 223, h. 1) O Həzrətin (ə) başqa bir kəlamında oxuyuruq: "Gözəl danışın ki, gözəl də cavab alasınız”. ("Ğürər və dürər”, c. 2, səh. 226; "Beheşte xanuvade”, c. 1, səh. 38) Bu möbzuda İmam Sadiq (ə) buyurub: "Sevgini sevdiyin adama de. Çünki sevgini elan etməyin sizin bir-birinizə olan məhəbbətinizi çoxaldıb və möhkəmləndirəcək”. ("Üsuli-kafi”, c. 2, səh. 644, h. 2)Məsumların (ə) kəlamlarına əsasən, diqqət yetirilməlidir ki, söz və kəlamdan daha çox səs tonu, əl, göz, dodaq və qaşların hərəkət forması məhəbbət vəya nifrət yaratmaqda daha təsirlidir. Yumuşaq və mülayim səs ahəngi məhəbbət yaratdığı kimi qəzəbli və kobud səs isə nifrət yaradır. Gülərüz olmaq həyat yoldaşı və uşaqları özünə cəlb edir. Qaşqabaqlı olmaq, dodaq sallamaq ailədə iztirab və soyuqluq yaradır. Buna əsasən, kişi ailədə danışığından əlavə öz davranışına, səs tonuna da diqqət yetirməlidir.
 
4- Qadına ehtiram
Kişi müştərək həyatda ailəsinə ehtiam etməli, heç vaxt ona əziyyət verməməli və onu təhqir etməməlidir. Allah-taala Qurani-kərimdə buyurub: "Onlarla yaxşı davranın”. ("Nisa”, 19) İslam peyğəmbəri (s) isə buyurub: "Qardaşım Cəbrail mənə xəbər gətirərkən həmişə qadınlarla yaxşı davranmağı tövsiyə edərdi. Belə ki, güman etdim, ərin icazəsi yoxdur arvadına hətta "uff” desin”. ("Müstədrəkül-vəsail”, c. 14, səh. 252, h. 2) İmam Əli (ə) buyurub: "Qadını gücü çatmadığı işi ona tapırma. Çünki qadın bir bahar gülüdür, güclü pəhləvan deyil”. (Nəhcül-bəlağə, məktub:31) İmam Əlinin (ə) qadınları gülə bənzətməsi necədə gözəl və dəyərlidir; lətafətli və zərif gül. Buna əsaəsn, çətin və ağır işləri qadının öhdəsinə buraxmaq, onu kinayəli, təhqiridici sözlərlə incidərək ruhdan salmaq lazım deyil. Əksinə bir bağban kimi düzgün üslubla onun ruh və cismini qorumaq lazımdır ki, o da öz vücudunun ətri ilə səmimi ailə mühitinə zinət versin.
 
5- Qadını tənbih və təhqir etməmək
 Qadın da kişi kimi özünü sevir və şəxsiyyətinin qorunmasını, ehtiramlı və dəyərli olmasını istəyir. Təhqirlə üzləşəkən çox narahat olur. Təqhir və ehtiramsızlıq edənə nifrət edir. Qurani-kərimdə Allah-taala ər-arvadı paltara bənzədərək buyurub: "Onlar sizin olatarınız və siz onların paltarısnız (hər ikiniz bir-birinizin zinəti və mühavizəçilərisiniz)”. ("Bəqərə”, 187)Həqiqətən bu, ən gözəl, ən mükəmməl və ən yaxşı bir bənzətmədir ki, Allah-taala həyat yoldaşları haqqında buyuub. Ər-arva bir-birilərini ruhi və cismi baxımdan qorumaq üçün ən gözəl, ən yaraşıqlı, ən bahalı, ən möhkəm örtükdürlər. Bu cütlüklərin hər biri bir-birilərinə öz dəyərli vücudlarından, məhəbbət və eşq cinsindən olan paltarlar hədiyyə etməlidirlər. Elə bir paltar ki, onların bütün fitri, şəhvani meyillərini, sevgi hislərini ödəsin və onları həyatın xoşagəlməz sıxıntılarından, psixi və ictimai zərələrindən qorusun.Təəssüflər olsun bəzi ailələrdə elə kişılır vardır ki, bilərəkdən öz xanımlarını incidib tənbih edir və bu işin arxasına necə böyük zərərlər gətirəcəyini bilmirlər. Islam Peyğəmbəri (s) buyurub: "Əgər bir kişi ömrü boyu öz arvadını üç dəfədən çox döysə, Alla-taala onu Məhşər günü bütün insanlar arasında elə rüsvay edəcək ki, əvvəlkilərin və sonrakıların hamısa ona tamaşa edəcək”. ("Müstədrəkül-vəsail”, c. 14, səh. 250, h. 6) İmam Əli (ə) isə buyurub: "Qadınlar öhdənizdə olan Allahın əmanətləridir, onlara zərər yetirmyin, çətin tutmayın”. ("Müstədrəkül-vəsail”, c. 14, səh. 251, h. 7) Qadını tənbih və təhqir etməyin acı nəticələri Əgər bir kişi səhvən və ya qəsdən öz xanımını tənbih və təhqir etsə, onun bu qeyri-insani davranışının bir çox cismi, psixi, əxlaqi, ictimai və s. kimi acı nəticələri olacaq. Qısa olaraq bir neçə nümunəyə işarə edirik:- Fiziki zərər yetirmələrin şəriət baxımdan diyəsi ("Nur” surəsi, 32) var. Psixoloji baxımdan isə qadının ruhiyyəsində mənfi təsəirlər buraxır.-İztirab və psixi xəstəliklərə səbəb olur.-Qadını inadcıl edir.-Onu cəmiyyətdən uzaqlaşdırır, zehninin kütləşməsinə səbəb olur.-Qadını iradəsiz edir və onu ərinə və ətrafdakılarına qaşı laqeyd edir.-Axtarış hissini, xəllaqiyətini, özünə güvəncini aradan aparır.-Qadını kinli edir.-Qadını ümidsiz edir.-Qadın tənbih və təhqir edildikcə digərlərinə zərər yetirməyə, hay-haray salmağa adət edir.-Qadın qohm və dostlar arasında alçalır, özünə qarşı laqeydlik hiss edir.-Qadın həmişə iztirablı və həyacanlı olur. -Qadında ərinə qarşı itaətsizlik çoxalır.-Qadında nifrət oyadır, onu soyuqqanlı edir, sevinclərini məhv edir.-Qadını ərinə və onun ailəsinə qarşı düşmən olmağa məcbur edir.-Onun cəsarət və fəallığı alınır, kobudlaşır və fiziki və psixi təziqlərə məruz qalır. Beləliklə səmimi ailə mühiti dağılır.Buna əsaəsn, qadınla məhəbbətli, ehtiramlı rəftar etmək kişinin vəzifəsidir. Heç vaxt onu təhqir etməməli, xüsusi ilə başqalarının yanında onu alçatmamalı və digərlərinin yaxşı cəhətlərini ona səlki verməməlidir. Əgər qadında bir nöqsan varsa, xəlvət yerdə ilk olaraq onun yaxşı cəhətlərini sadalamalı, sonra isə dolayı yolla öz tərbiyəvi mesajlarını ona çatdırmalı və bütün varlığıyla onunla sevgi ilə rəftar etməlidir. Onun raftarı güzəşt əsasında olub, qadının zəif cəhətlərinə, nöqsanlarına, çatışmalıqlarına göz yummalıdır. Onun raftarı isar, nəfsani istəklrini cilovlamaq, öz şəxsi mənfət və istəklərini qurban vermək, çətinliklərə dözmək, susmaq, təmkinli olmaq və bütün çatışmazlıqların bir gün sona yetəcəyinə ümid bəsləməklə yanaşı olmalıdır.
 
6- Ailənin rifahı üçün çalışmaq
Mərhəmətli və rəzzaq Allah vuyurur: "Subay kişi və qadınlarınızı evləndirin, əgər kasıb olsalar, Allah-taala öz fəzli ilə onları ehtiyacsız edər. Allah yol açan və elmlidir”. ("Nur”, 32)İslam peyğəmbəri (s) buyurub: "Subaylarınızı evləndirin, çünki Allah-taala izdivac işğında onların əxlaqını gözəlləşdirər, ruzi və maddi imkanlarını artırar və mürüvvət və insani dəyərlərini çoxaldar”. ("Mizanül-hikmə”, c. 5, səh. 2250, h. 8713)İmam Əli (ə) buyurub: "Allah-taala bütün insanlara rüzi veriləcəyinə zamindir və onların rüzilərini müəyyən etmişdir. Sağ insanların ruzisi ondandır, ölənlərin isə dönüş yeri odur. (Nəhcul-bəlağə, x. 91)İmam Rza (ə) ailəsinin rifahı üçün təlaş edən kişi haqqında buyurub: "Halal vasitə ilə ailəsinin rifahı üçün təlaş edən kəs, Allah yolunda döyüşən mücahid kimidir ”. ("Biharul-ənvar”, c. 104, səh. 72, h. 14)Qurani-kərim və məsumların buyuruğuna əsasən, qadınn zəruri tələbatını təmin etmək kişiyə vacibdir. Yəni dini baxımdan kişi ailənin yemək, geyim, mənzil, dava-dərman və s. ehtiyaclarını təmin etməlidir. Əgər kişi bu vəzifəsindən imtina etsə həm dini və həm də qanuni baxımdan mühakimə ediləcək.
 
Buna əsasən, tədbirli, uzaq görən kişi evin xərclərini dəqiq nəzarətdə saxlayır. Mənzil avadanlıqlarını zəruriliyinə görə tərtib edir. Yemək, geyim və s. kimi zəruri məişət tələbatına daha çox önəm verir və iş və peşəsində ciddiyətlə çalışaraq həyatın gözlənilməz hadisələri- xəstələnmək, təsadüf və s. - üçün hüququnun bir miqdarını ehtiyatda saxlayır. Gündəlik tələbatında mötədil və qənaətcil olub, israfa yol vermir. Onun bütün təlaşı Allahın yardımı sayəsində halal vasitələrlə ailəinin rifahını təmin etməkdir. 

 Mənbə:islamqadini.ucoz.net

 

ÖNƏ ÇIXAN MƏQALƏLƏR

Sual-Cavab

Sual: Xalqın ...

Sual/Cavab

Sual: Diş dolğusu etdirmək ...

SUAL CAVAB

Sual: İslamda içki ...

Sual-Cavab

Sual: Şəfaət nə deməkdir? ...

Sual və Cavablar

Sual: Ana dildə namaz ...

Saytda Olanlar

İndi saytda 20 qonaq var və üzv yoxdur

Template Settings

Color

For each color, the params below will be given default values
Blue Oranges Red

Body

Background Color
Text Color

Header

Background Color

Spotlight3

Background Color

Spotlight4

Background Color

Spotlight5

Background Color

Footer

Select menu
Google Font
Body Font-size
Body Font-family
Direction