SJ News - шаблон joomla Авто

İslam dini göndərildiyi zamandan etibarən hər dövrdə dünyanı aydınladan işıq olub.

Peyğəmbərimiz hz. Muhəmməd (s.ə.v) və Əshabi-kiram Quran əxlaqının insanlara qazandırdığı üstün və müasir mədəniyyət anlayışının ən gözəl təmsilçiləri olublar. Bu görkəmli sivilizasiyanın təməlində isə təhsilə verilən əhəmiyyət, elm, mədəniyyət və incəsənətə verilən dəyər çox böyük rol oynamışdır. Dövrümüzdə isə inkişaf edən texnoloji imkanların da vasitəsilə məlumat əldə etməyin, öyrənməyin və başqalarına öyrətməyin yolları tarixin heç bir dövründə olmadığı qədər artmışdır

İslam əxlaqının yayılması ilə meydana gələcək sülh və əmin-amanlıq şəraiti imanlı, bilikli, əxlaqlı, mədəniyyətli nəsillərin yetişdirilməsi ilə mümkündür. Bu məqsəd ilə, hər sahədə lazımi təhsilin verilməsi çox vacibdir.

İstər Quran əxlaqının təbliğində, istərsə də insanın Allah’ın nemətlərini görməsində mühüm rol oynayan elmin, başqa sözlə, təhsil və mədəniyyətin müsəlmanların həyatının mühüm hissəsi olduğu aydındır. Eyni zamanda, hər cəmiyyətdə fərdlərin özlərinə, ailələrinə, ətrafdakılara, ölkələrinə və bəşəriyyətə faydalı insan kimi yetişdirilməsinin də ancaq hərtərəfli təhsillə mümkün olduğu danılmaz həqiqətdir. Peyğəmbərimiz (s.ə.v) hər uşaq sahibinin uşağını gözəl yetişdirməli olduğunu bildirmişdir. Bəs İslam əxlaqının tələbinə uyğun təhsil anlayışı hansı bilikləri əhatə edir? Aldığımız təhsilin məqsədi nə olmalıdır? Elm, mədəniyyət və incəsənət sahəsində qabaqcıl olmağın əhəmiyyəti nədir? Hər sahədə bilikli və təcrübəli olmağın hansı faydaları var? Bu suallara ən gözəl cavab, digər bütün məsələlərdə olduğu kimi, Quran ayələrində və Peyğəmbərimizin (s.ə.v) hədislərindədir.

Təhsil və bilik nə üçün vacibdir?

1. Hər sahədə elmli və bilikli olmaq Quran əxlaqına uyğun yaşamağın təbii nəticəsidir:

Quran əxlaqına uyğun yaşayan möminlər gözəl əxlaqlarını və yüksək şəxsiyyətlərini Quran biliyi, müasir elmlər, mədəniyyət və incəsənət kimi sahələrdəki bilikləri ilə birləşdirərək İslamı ən gözəl şəkildə təbliğ edirlər. Bunun nəticəsində digər insanlara nümunə olmağı və onların imanlarına vəsilə olmağı ümid edirlər. İslamda yeri olmayan davranış formaları və düşüncələr ilə ortaya çıxan bəzi cahil insanların Quran əxlaqını təmsil edə bilməyəcəyi isə aşkardır.

2. Bilikli olmaq Allah’ın rizasını qazanmaq üçün gözəl bir yoldur:

İman gətirənlər biliyi Allah’ın rizasını qazanmaq üçün istifadə edəcəkləri gözəl bir yol hesab edirlər. Nə qədər bilikli olsalar, bunun imanlarının artmasına səbəb olacağını, Allah’a yaxınlaşmaq məqsədilə elm öyrənmək üçün göstərdikləri cəhdin də, Allah’ın izni ilə, saleh əməl olacağını bilirlər. Məsələn, kosmosu tədqiq edən imanlı elm adamı eyni tədqiqatları edən, ancaq iman gətirməmiş insandan çox fərqli düşünür. Kosmosda gördüyü hər şeyin Allah’ın sonsuz elminin dəlillərindən olduğuna şahid olur, öz acizliyini daha yaxşı anlayır. Bunun nəticəsində imanı güclənir və ona verilən nemətlərə görə şükür edir. Əldə etdiyi hər məlumat onu ən doğru yola sövq edir, kəşf etdiyi hər təfərrüat Allah’ın sonsuz gücünə olan heyranlığını artırır. Allah Quranda bilik sahibi olmağın əhəmiyyətini belə bildirmişdir:

De: “Heç bilənlərlə bilməyənlər eyni ola bilərmi?! Yalnız ağıl sahibləri ibrət alar!” (“Zumər” surəsi, 9)

3. Bilik sahibi olmaq Allah’a olan sevgimizin və Allah qorxumuzun artmasına səbəb olur:

Uca Allah’a olan sevgi Onun yaratdığı varlıqlardakı üstün və qüsursuz xüsusiyyətləri oxuyub, araşdırıb öyrənməklə daha da artır. Yaradılış dəlilləri möminlərin sonsuz güc sahibi, hərşeyin yaradanı olan Rəbbimizdən lazım olduğu kimi qorxmasına da səbəb olur. Allah Quranda belə buyurmuşdur:

4. Quran elmə təşviq edir və elmə yol göstərir:

Elm Quranda bildirilən həqiqətlərə uyğun istiqamətləndirildiyi təqdirdə çox sürətlə irəliləyər və bəşəriyyətə daha çox xidmət edər. Allah Quranda insanlara göylər, yer, dağlar, ulduzlar, bitkilər, toxumlar, heyvanlar, gecə ilə gündüzün meydana gəlməsi, insanın doğulması, yağış və yaradılmış bir çox varlıq üzərində düşünməyi və bu varlıqları tədqiq etməyi bildirmişdir. Bunları tədqiq edən insan bütün canlı və cansız varlıqlarda Allah’ın bənzərsiz yaratma sənətini görər, beləliklə, özünü və bütün kainatı yoxdan yaradan Rəbbimizi lazımınca tanıyar. Kainatı və içindəki bütün varlıqları tədqiq etməyin və Allah’ın yaratma sənətini görərək bəşəriyyətə açıqlamağın yolu isə elmdir. Tarix boyu elmə təşviq edən Quran ayələrini əsas götürən Müsəlman elm adamları həm Allah’ın əmrini yerinə yetirmək üçün, həm də müsəlmanların rifahı üçün elmi fəaliyyətlərini şövqlə həyata keçiriblər. Əllərindəki bütün imkanlardan Allah rizası üçün elm sahəsində istifadə ediblər. Belə ki, İslam əxlaqı elmə və biliyə gedən bütün doğru yolları açmış, öyrənmək üçün yaş, məkan və zaman məhdudiyyəti qoymamışdır.

5. Din əxlaqına uyğun olmayan fəlsəfələrlə ideoloji mübarizə aparmağın yolu bilikdir:

Din əxlaqına uyğun olmayan ideologiya və fəlsəfələrin bəşəriyyətə verdiyi zərərlər ilə, zülm və ədalətsizliklər ilə mübarizə aparmağın yolu Quranda bildirilmişdir. İslam əxlaqı zorakılığı, pisliyi deyil, mərhəməti və yaxşılığı tövsiyə edir. “İnsanları hikmətlə, gözəl öyüd-nəsihətlə Rəbbinin yoluna dəvət et, onlarla ən gözəl surətdə mübarizə apar…” (“Nəhl” surəsi, 125) ayəsinin hökmünə əsasən iman gətirənlər bütün bu batil sistemləri araşdıraraq üzə çıxarmalı və hər cür zərərli düşüncəni elmi və ideoloji səviyyədə məhv etməlidir.

6. Hər sahədə yaxşı biliyə yiyələnmək Quran əxlaqını təbliğ etməkdə ən təsirli yollardan biridir:

Quranda bildirilən təhsil anlayışı çox əhatəlidir. Ən vacib xüsusiyyətlərdən biri də imanlı insanın şəxsiyyətini, rəftar və davranışlarını, danışıq üslubunu, müraciət formasını və bütün xüsusiyyətlərini Quranda bildirilən üstün əxlaqa yaraşan formaya salması və bu məqsədlə çatışmayan cəhətlərini tamamlaması, xətalı cəhətlərini düzəltməsidir. Çünki bu xüsusiyyətlər təbliğ vəzifəsini yerinə yetirərkən ona kömək edəcək. Olduğu mühitlərdə Quran əxlaqına uyğun yaşamağından qaynaqlanan üstün və fəzilətli xüsusiyyətləri ilə dərhal diqqət çəkəcək və hər kəsin qibtə edərək baxıb nümunə götürəcəyi və hörmət edəcəyi insan modeli olacaq. Bu, başda Peyğəmbərimiz (s.ə.v) olmaqla, bütün peyğəmbərlərin, elçilərin, səhabələrin və İslam alimlərinin ortaq xüsusiyyətidir. Bunun sayəsində, bir müsəlman təbliği ilə qarşısındakı insanlara ciddi təsir edə bilər. Əlbəttə, bütün bunlar dua mahiyyəti daşıyan hazırlıqlardır. Qəlblərdə təsir oyadan və hidayət verən ancaq uca Allah’dır. Nəticədə, hər sahədə bilikli olmaqla yanaşı, əxlaqı, şəxsiyyəti və xarakterik xüsusiyyətləri ilə də heyranlıq oyandıran müsəlman bu səmimi niyyəti və cəhdi ilə İslama gözəl xidmət etmiş olur.

7. Bilik hadisələrin geniş dünyagörüşü ilə dəyərləndirilməsinə və həll yolları tapmağa imkan verir:

Rəbbimizin bizə rəhbər və rəhmət kimi nazil etdiyi Qurandakı ayələri bilən, Allah’a qarşı səmimi olan müsəlman qarşılaşdığı hadisələri Quranın göstərdiyi doğru yollar çərçivəsində, hikmətli şəkildə dəyərləndirər. Məsələn, sosial həyata dair bir çox məsələni ayələr işığında doğru dəyərləndirər, insan xarakterlərini daha yaxşı təhlil edər və problemlərə tez həll yolu tapar. Eyni şəkildə, Allah’ın canlılardakı yaratma sənətinə dair hərtərəfli biliyə malik olan mömin ayələrdə bildirilən nümunələri daha yaxşı qavrayar və Allah’ın qədrini daha yaxşı təqdir edər.

 

 Mənbə:ensonxeber

 

ÖNƏ ÇIXAN MƏQALƏLƏR

Sual-Cavab

Sual: Xalqın ...

Sual/Cavab

Sual: Diş dolğusu etdirmək ...

SUAL CAVAB

Sual: İslamda içki ...

Sual-Cavab

Sual: Şəfaət nə deməkdir? ...

Sual və Cavablar

Sual: Ana dildə namaz ...

Saytda Olanlar

İndi saytda 94 qonaq var və üzv yoxdur

Template Settings

Color

For each color, the params below will be given default values
Blue Oranges Red

Body

Background Color
Text Color

Header

Background Color

Spotlight3

Background Color

Spotlight4

Background Color

Spotlight5

Background Color

Footer

Select menu
Google Font
Body Font-size
Body Font-family
Direction