SJ News - шаблон joomla Авто

Durna qatarı

Uçur durna qatarı,

O, baharda dönəcək.

Ötən günlər dönərmi?

Durna qatarları tək ?

Səhərdən beynimdə bu musiqi səslənir. Həqiqətən də günlər durna qatarı tək uçub gedir. Bu uçuşla bizim xoş xatirələrimizi də aparır... Nə yaxşı ki, təkcə xoş xatirələri yox, acılı günlərimizi də özüylə aparır.

Durna qatarları ilahi bir nizamla düzülərək uçur: qatarın önündə başçı durna olur. Onun sağ tərəfində birinci sıra gedir. Sol tərəfində gedən ikinci sıra, durna qatarını tamamlayır. Sanki sıralarından biri xoş anların, xoş xatirələrin, digəri isə acı günlərin, acı xatirələrin sırasıdır.

Bəzən düşünürəm, bəlkə də heç onlar birinci durnadan sonra iki hissəyə ayrılmırlar?... Bəlkə onlar elə əvvəldən iki hissədən ibarətdirlər?...

Qatarın hər iki qanadı gəlib birinci durnada birləşirlər. Xoş və acı günlərin xatirələrindən ibarət olan iki qanad... Birləşmiş iki qanadın irəli apardığı bir durna var... O durna elə insanın taleyidir... elə insanın özüdür...

Beləcə durna qatarında olduğu kimi, həyatımızda baş verən hadisələr də bir durna qatarına dönür və bizi uzaqlara aparır...

Getdikcə durna qatarı uzaqlaşır... Bir vaxtlar həyata meydan oxuyan, dənizin şahə qalxan dalğaları tək kükrəyən gəncliyin yaşa dolduqca, kamilləşdikcə həyatdan uzaqlaşdığı kimi.

Durna qatarı gözdən itir...

Amma hər gözdən itən durna qatarı yerində yeni-yeni qatarlar buraxıb gedir.

Təbiət qürub çağına yaxınlaşır. Günəşin parlaq ziyası solğunlaşmağa başlayır. Bu zaman üfüqdə əvvəlcə güclə sezilə bilən bir nöqtə, sonra get-gedə böyüyən bir izdiham görünməyə başlayır. Çox qəribə bir mənzərənin şahidi oluruq: bizə yaxınlaşmaqda olan yeni yaranan durna qatarıdır.

Bu qatar – bu günlər bizə doğru gəlir. Gəlir ki, bizimlə bir olsun. Gəlir ki, həyatımızdan aldığı günlərdən yeni bir qatara çevrilsin. Beləcə yeni bir qatar yaranır...

Necə də gözəl deyilib:

“...Gələn birdir, qalan birdir, gedən bir,

Gedən gəlməz, gələn qalmaz - bu nə sirr?...”

Həyat belə mənalı dərsləri ilə zəngin olduğuna görə, belə rəngarəng olduğuna görə gözəldir.

Ona görə də həyatı sevməyə dəyər. Həyatsa davam edir… Min illərdən bəri durna qatarları ötüb keçir. Bu gün də... Elə dunənki kimi...

Uçur durna qatarı,

O, baharda dönəcək...

İqbal Adilov,

Bakı şəhəri

06. 12. 12.


İqbal Adilov

ÖNƏ ÇIXAN MƏQALƏLƏR

SUAL CAVAB

Sual: İslamda içki ...

Sual-Cavab

Sual: Şəfaət nə deməkdir? ...

Sual və Cavablar

Sual: Ana dildə namaz ...

Suallar və Cavablar

1. Həcc mərasiminin ...

Suala Cavab

Sual: Oruclu bir insanın ...

Saytda Olanlar

İndi saytda 51 qonaq var və üzv yoxdur

Template Settings

Color

For each color, the params below will be given default values
Blue Oranges Red

Body

Background Color
Text Color

Header

Background Color

Spotlight3

Background Color

Spotlight4

Background Color

Spotlight5

Background Color

Footer

Select menu
Google Font
Body Font-size
Body Font-family
Direction