SJ News - шаблон joomla Авто

Avqust ayının sonu əsasən orta məktəbə gedəcək olanların yeni tədris ilinə hazırlıqlara başladığı bir mövsüm kimi yada düşür.

Eyni zamanda müəllimlərin də yeni dərs dönəminə girməyə hazırlaşdıqları bu ayda müəllim-tələbə münasibətlərinə keçmədən İslamın elmə və elm öyrənməyə nə qədər dəyər verdiyini göstərən bir hədisi-şərifi qeyd edək.

Əbu Dərda radiyallahu anh nəql edir:

Rəsulullah səllallahu əleyhi və səlləmin belə buyurduğunu eşitdim:

“Hər kim elm əldə etmək arzusu ilə bir yola girərsə, Allah həmin adama cənnətin yolunu asanlaşdırar. Şübhəsiz ki, məklər etdiyi əldən razı qaldıqları üçün elm öyrənmək istən adamın üstü qanadlarınırlər. Göylərdə yerdə olanlar, hətta suyun içindəki balıqlar da alimə Allahdan məğfirət dilərlər. Alimin abiddən üstünlüyü ayın digər ulduzlara olan üstünlüyü kimidir. Şübhəsiz ki, alimlər peyğəmbərlərin varisləridir. Peyğəmbərlər nə qızıl, nə gümüş miras qoyarlar. Onlar ancaq elm miras qoyarlar. Həmin mirası alan kəs bol nəsib almış olar.

Müsəlmanları elmə təşviq edən bu hədisi-şərif təhsil işi ilə məşğul olanların dəyərini ortaya qoyur. Burada sadəcə elm öyrənən nöqteyi-nəzərindən deyil, eyni zamanda elmi öyrədən nöqteyi-nəzərindən də məsələyə yanaşacaq olsaq, bunu deyə bilərik. Əgər elm öyrənən adam üçün bu qədər fəzilət vəd olunursa, elm öyrənmək istəyənə yardım edən, onun əlindən tutan biri üçün nələrin hazırlandığını siz düşünün. Üstəlik Həzrət Peyğəmbər: “Bir xeyrəsilə olan onu işmiş kimidir,- buyurmuşdur.   

Elm və təhsil  qarşılıqlı əməyin və zəhmətin nəticəsidir. Ona görə də elm dedikdə sadəcə tələbə deyil, müəllim də göz önünə gəlir. Tərəflərdən biri elmə can atırsa, onu almağa səy göstərirsə, digəri bu işdə ona rəhbərlik edərək sahib olduqlarını qarşısındakına ötürür. Elə isə yaxşı müəllim və yaxşı tələbə necə olur? Bunun üçün nələrə diqqət edilməlidir?

Müəllim məsuliyyəti

Hər bir müəllim ilk növbədə üzərindəki ağır məsuliyyətin fərqinə varmalıdır. Çünki ilk müəllim, ilk tərbiyəçi Allah-Təaladır. Nə isə öyrədən həs kəs onun bu təcəllisini özündə əks etdirdiyinin fərqində olmalıdır. Qurani-Kərimdə “(Allah Adəmi yaratdıqdan sonra) Adə bütün şeylərin adlarını (isimlərini) öyrətdi (əl-Bəqərə, 31) buyurulmaqdadır. Buradan açıq-aydın görürük ki, öyrənmək ilk insanla başlamışdır və ilk öyrədən də məhz Allah-Təaladır. Digər tərəfdən Allah üçün söylədiyimiz “aləmlərin Rəbbi” ifadəsindəki rəbb sözünün hərfi mənası “tərbiyə verən”, “tərbiyələndirən”dir. Dilimizdə tərbiyəçilər üçün işlənən “mürəbbi” də eyni kökdən gəlir. Yəni Allah aləmləri tərbiyələndirən, beləliklə nizama salandır.  Həzrət Peyğəmbərin də bu barədə dediyi “Məni Rəbbim tərbiyəndirdi və əxlaqımı göl etdi hədisi-şərifi tərbiyənin haradan gəldiyini bir daha diqqətə çatdırır. Elə isə müəllimlər təlim-tədris işində, tərbiyəçilik mövzusunda Allahla qul arasında vasitəçi olduqlarını unutmamalıdırlar. Onlara əmanət edilən uşaqları, yeni yetişməkdə olan gənc beyinləri düzgün istiqamətləndirməli, bu xüsusda həssas davranmalıdırlar.

Müəllimlik həm də Peyğəmbərlərin peşəsi olmuşdur. Hər bir peyğəmbər öz qövmünə doğru ilə yanlışı, pisi və yaxşını öyrədərək bir çox xüsusda onlara müəllimlik etmişdir. Həzrət Peyğəmbərin də ən çətin anlarda belə, hətta aclıqdan qarnına daş bağladığı günlərdə Əshabi-süffəyə dərs keçdiyini, onlara Quran öyrətdiyini unutmamaq lazımdır. O peyğəmbər ki, Allaha ibadət ediləcək məbədin düz yanında tədris ocağı açaraq Əshabi-süffənin xidmətinə vermişdir.

Sadə elm öyrətmək

Hər bir işdə olduğu kimi təlimdə də sevgi və şəfqət böyük rol oynayır. Yaxşı müəllim tələbələrinin qəlbinə yol tapan, orada özünə yer edə bilən müəllimdir. Tədris planı ilə yanaşı həyat dərsi də keçə bilən müəllimlər cəmiyyətin memarlarıdır. Sadəcə vəzifəsini yerinə yetirmək xatirinə sinfə girib-çıxan müəllim şagird və tələbələrə quru bilikdən başqa bir şey verə bilməz. Əslində müəllim elmlə yanaşı elmdən necə istifadə ediləcəyini də öyrədəndir. Almaniyada bir orta məktəb müdirinin hər tədris ilinin başında müəllimlərə göndərdiyi bu məktub ibrətli faktlarla doludur:

“Mən əsir düşərgəsindən xilas olanlardan biriyəm. Gözlərimlə heç bir insanın görməyi şeyləri gördüm. Yaxşılim görmüş yetişdirilmiş mündislərin inşa etdiyi qaz kameraları, yaxşı yetişdirilmiş müssis həkimlərin zərlədiyi uşaqlar, işini yaxşı icra edən tibb bacılarının vurduğu iynərlə ön körpər, məktəb və universitet məzunlarının gülləylə vurduğu, yandırdığı insanlar... Bu səbləlim-tədris işi məni çox narahat edir. Sizdən bunu istəyirəm: Tərinizin insan olması üçün çalışın. Əyiniz nəticəsində savadlı canavarlar və bacarıqlı dəlilər yetişsin. Oxuyub-yazmaq, riyaziyyat uşaqlarınızın daha çox insan olmasına kök edirsə, yalnız o zaman əmiyyət kəsb edir.

Gözəl nümunə olmaq

Dünyada insan qədər başqasından nümunə götürmək istəyi olan ikinci bir varlıq yoxdur. Məhz bu səbəblə Allah-Təala peyğəmbərləri həm də gözəl insan modeli olaraq göndərmiş, Hz. Peyğəmbərin “üsveyi-həsənə - ən gözəl örnək” olduğunu bildirmişdir. Müəllimlər qarşılarındakı tələbə və şagirdlər üçün eyni zamanda model olduqlarını unutmamalıdırlar. Yaxşı müəllim hal və hərəkətləri ilə qaşısındakı tələbənin qəlbinə yol tapandır. Onlara gözəl nümunə olmaq başlı-başına bir təlimdir əslində.    

Buraya qədər müəllimlərin üzərinə düşən vəzifələrdən, diqqət ediləcək xüsuslardan bəhs etdik. İndi isə tələbənin müəllimə qarşı başlıca vəzifəsi olan ehtiram üzərində dayanacağıq.

rf öyrənin kösi olmaq

Həzrət Əli (r.a) buyurur:

“Mə bir hərf öyrənin qırx il kösi olaram.

Elm şəhərinin qapısı olan Həzrət Əlinin bu sözü İslamın müəllimə vediyi dəyəri, müsəlman tələbənin müəllim qarşısında hansı ehtiramı sərgiləməli olduğunu açıq ifadə edir. Həzrət Peyğəmbər söhbət edərkən, əshabına nə isə öyrədərkən səhabələr sanki başlarının üstünə quş qonduğunu və onun uçmaması üçün diqqətlə dinlədiklərini söyləyirlər. Hər bir elm tələbəsi buradan örnək götürərək müəlliminə qarşı davranışlarını götür-qoy etməlidir. Tələbənin ən əsas sifəti müəlliminə sevgi və ehtiram olmalıdır. Sevginin olmadığı yerdə təqliddən söz gedə bilməz. Bu bir həqiqətdir ki, bir tələbə elmə və elm adamlarına, müəllimlərinə ehtiram göstərmədikcə elmdən nəsibini ala bilməz. Elm əldə etsə də, bunun faydasını görməz. Elm öyrənib məqsədinə çatanlar yalnız ehtiramları sayəsində çatmışlar.    

Bir beytdə deyildiyi kimi:

Əb əhli əbdən hali qalmaz,

Əbsiz elm öyrən alim olmaz.

Nurlan MƏMMƏDZADƏ 

 

ÖNƏ ÇIXAN MƏQALƏLƏR

Sual-Cavab

Sual: Xalqın ...

Sual/Cavab

Sual: Diş dolğusu etdirmək ...

SUAL CAVAB

Sual: İslamda içki ...

Sual-Cavab

Sual: Şəfaət nə deməkdir? ...

Sual və Cavablar

Sual: Ana dildə namaz ...

Saytda Olanlar

İndi saytda 24 qonaq var və üzv yoxdur

Template Settings

Color

For each color, the params below will be given default values
Blue Oranges Red

Body

Background Color
Text Color

Header

Background Color

Spotlight3

Background Color

Spotlight4

Background Color

Spotlight5

Background Color

Footer

Select menu
Google Font
Body Font-size
Body Font-family
Direction