SJ News - шаблон joomla Авто

 Dünyada ən böyük nemət xeyirli övladdır.

Biz öldükdən sonra geridə qoyduğumuz bütün varlığımızdan daha əhəmiyyətli olan xeyirli övladlarımız sayəsində əməl dəftərimiz bağlanmayacaq. Bir gün Peyğəmbərimiz (s.ə.s.) və səhabələri Cənnətül-Baqi qəbiristanlığına gəlirlər. Səhabəyi-kiram soruşur:

  • Nə oldu, ya Rəsulullah?
  •  "Bu qəbirdə yatan kimsə əzab görürdü, övladının əməli ilə cənnəti seyr etməyə başladı" buyurdu.

              Üç kimsənin əməl dəftəri bağlanmaz. Birincisi, sədəqeyi-cariyə, məscid,  quran kursu, xəstəxana, yol, körpü kimi insanların faydalanacağı xeyir müəssisələri tikdirən insanların. İkincisi, xeyirli bir övlad yetişdirənlərin etdiyi xeyirli və gözəl işlərlə ana və atasına da savab və xeyirləri olar. Üçüncüsü, tələbə yetişdirən alim insanların, kitab yazan xeyirli elmlə məşğul olan insanların əməl dəftəri bağlanmaz.

          Övlada buraxılacaq ən qiymətli miras da yaxşı bir tərbiyə, gözəl bir əxlaqdır.

          Yaşlı bir ata övladlarını ətrafına yığır və deyir: “Balalarım,  mənim  sizdə yaxşılıqlarım çoxdur. Siz daha dünyaya gəlmədən də sizə yaxşılıqlar etdim,  deyir.  Uşaqları: “Atacan,  biz dünyaya gəldikdən sonra yaxşılıqların sayıla bilməyəcək qədər çoxdur.  Yemədin yedirdin, içmədin içirdin, bizi böyütdün. Biz daha dünyaya gəlmədən bizə nə kimi yaxşılıqların ola bilər? deyə soruşmuşlar. Ataları belə cavab verir: “Sizə salehə bir ana tapdım, bəs deyilmi?

 Xeyirli övlad sahibi ola bilmək üçün ana və atalar haram loğmadan çəkinməlidirlər. Ana uşağına halal süd verməlidir. Uşaqlarımız dünyaya gəldiyi zaman qulağına azan oxumalı və gözəl bir ad verməliyik. Yeddi yaşında namaz öyrətməliyik. Hədisi-şərifdə "Hamınız bir sürünün çobanı kimisiniz və çobanın sürüsünü qoruduğu kimi siz də evlərinizdə və himayənizdə olan insanları cəhənnəmdən qorumalısınız” -  buyurulur.  Uşaqlarımıza milli və mənəvi dəyərlərini və dini öhdəliklərini öyrətməliyik.

      Yenə başqa bir hədisi-şərifdə buyurulur: "Müsəlmanlardan çoxunun övladı ataları üzündən veyl adındakı cəhənnəmə girəcəklər. Bunların ataları tək pul qazanmaq və kef sürmək üçün ehtirasa düşüb, ancaq dünya işləri arxasında qaçıb övladlarına müsəlmanlığı, Qurani-Kərimi öyrətmədilər. Mən belə atalardan uzağam, onlar da məndən uzaqdır", buyurur.

           Həzrəti Ömər (r.a.) zamanında bir adam oğlunun əlindən tutub, Həzrəti Ömər (r.a.) ın yanına  gətirir. Oğlundan şikayətçi olar "övladım məni dinləmir, mənə qarşı çıxır, cəzası nə isə verin"- deyir. Həzrəti Ömər (r.a.)  soruşur:  "Sən bu uşağa dinini öyrətdinmi? Qurani-Kərim oxumağı öyrətdinmi? Adam "Xeyr" cavabını verir və səbəbini açıqlayır: "Mən cütçüyəm, səhər erkəndən tarlaya gedirəm, axşama qədər işləyirəm. Evə yorğun gəlirəm. Uşağımla maraqlanmağa vaxtım yoxdur. Bunun üzərinə Hz. Ömər "Sənin uşağından şikayət etməyə haqqın yoxdur, onun səndən şikayət etməyə haqqı var. Sən uşağına tarla qədər əhəmiyyət verməmisən"- deyir.

      Balalarımıza yalnız  dünya həyatı üçün deyil, axirətimiz üçün də dəyər verməliyik. Uşaqlarımızı pul ilə xarici dil kurslarına, universitetə hazırlıq kurslarına göndərərkən  axirət üçün də Qurani-Kərim öyrənməyə mütləq göndərməliyik. Ana və ata, yaxşı övlad yetişdirmə mövzusunda mütləq razılaşmalıdırlar. Uşaq yetişdirməyə qabiliyyəti və istedadı olmayan, olsa da məsuliyyət yüklənməyən bir ana və onların heç bir problemi ilə məşğul olmayan bir atanın himayəsindəki uşaqlar, yetimdir.

       Təhrim surəsi altıncı ayədə belə buyurulur: "Ey iman edənlər özünüzü və ailənizi yanacağı insanlar və daşlar olan atəşdən qoruyun".

                Əli ocağında, peyğəmbər qucağında, Fatma şəfqətiylə böyüyən reyhanlar Hz. Hüseyn və Hz. Həsənin yetişmə tərzi bizim üçün ən gözəl modeldir. Ana və atalar olaraq uşaqlarımıza yalnız yaxşını, gözəli, doğru və qanuni olanı öyrətməklə və yaşayaraq göstərməklə mükəlləfik.

Gözəl Bir Hekayə

A. Şərif İzgören anladır:        

"İclasa gedəcəkdim. Baxdım ki, gecikmə ehtimalım var, bir taksiyə mindim. Taksi şoferi söhbətcil biri idi. O danışır, mən dinləyirəm. Düz iş yerinin qarşısına gəldik. Taksi pulu 9.75 TL tutdu,  mən 10 TL uzatdım. Bəzən olur, hamımızın yaşadığı səhnə vardır, taksiçi xırdanı axtarırmış kimi edir, siz də pulun xırdasını ala bilmək üçün bir ayaq çöldə, enməmək üçün vurnuxursunuz. Tam o səhnə...  Şofer,  pul üstü varmı deyə axtarmağa başladı...

        "Üstü qalsın qardaşım" dedim.

        Döndü mənə doğru:

        "Vaxtın varmı qardaş?" dedi.

        "Bəli" dedim (tək ayağım hələ çöldə idi).

         Maşını saxlayaraq, düşdü. Qabaqda bir bufet var idi. Getdi oraya, nə isə danışıb gəldi. Mənə 25 qəpik uzatdı. Aydındır ki, pul xırdalatdırmışdı.

Mən  dedim: "Qardaş, 9. 75 deyil, 10. 50 yazsa idi, məndən 50 qəpik istəyəcəkdinmi?"

         -Nə, 50 qəpik alacağam, qardaş?!

         -Bəs niyə 25 qəpik üçün o qədər narahat oldun. Halbuki qalsın demişdim.

          Döndü mənə sarı, atdı qolunu arxaya:

         -Vaxtın varmı qardaş?

         -Var.

         -Çək qapını o zaman.

         Söhbətcil bir taksiçi ilə qarşı-qarşıyayıq...

          5 dəqiqə danışdıq. İngiltərədə professordan, nə bilim çoxlarından təhsil aldım. O taksiçinin 5 dəqiqədə öyrətdiklərini, ingilis müəllimlər həftələrlə verdikləri dərslərdə öyrədə bilmədilər:

        "Qardaş biz Keçiörəndə 5 qardaşıq. Atam fəhlə idi, gündəlik muzda işləyirdi. İnşaat işi tapsa işləyib gəlirdi, hansı gün iş tapa bilməsə, biz evə gələndə, üzündən anlardıq".

"Vəziyyətimiz heç yaxşı olmadı. Axşam yer süfrəsində yemək yeyərdik. Yemək bitincə atam bizə "Dayanın, qalxmayın" deyərdi. Əvvəl dua edərdik, sonra atam bizə süfrədə söhbət edərdi".

          "Aha" dedim, "Bizim peşədən", seminarçı...

          - Nə danışardı atan?

          - Həyatda necə müvəffəqiyyətli olurlar? 

            "O gün inşaata çağırmazlarsa evə pul gətirə bilmir, sonra uşaqlara həyatda müvəffəqiyyət metodlarını izah edir".

            - "Atam işə gedincə böyük qardaşımız onu təqlid edərdi, dəlik bir corabla şalvarın ciblərini çıxarar, dörd qardaşı qarşısına alıb, "Dürüst olun, evinizə haram loğma gətirməyin" deyərdi, biz də gülərdik. Anam hirslənərdi, "Atanıza lağ etməyin. O, həm dürüst, həm də çalışqandır" deyərdi. Yan evdə iki qardaş vardı, onların atası zəngin idi. Ataları  pivəxana işlədir, amma adamda hər fırıldaq vardı, qumar filan oynayardı. Bizim yeni heç bir şeyimiz olmadı, həmişə o ikisinin köhnələrini istifadə etdik. O əmi məhəllədən keçərkən biz 5 qardaş ayağa qalxardıq, çünki bizə bəxşiş verərdi. Atam evə gəlincə ayağa qalxmazdıq. Çünki hədiyyə, pul filan olmurdu. Qardaş daha sonra biz atamı itirdik. Altı ay içində yandakı ata da öldü. Yandakı ata iki uşağa 5 mərtəbəli bir ev, işləyən pivəxana, kurslar və ərazilər qoydu. Bizim atamız nə qoydu bilirsinizmi?"

               - Nə qoydu?

             - Dükan borcları və məsləhətlərini qoydu: Övladım, işinizi dürüst edin, haqqınız olmayan pulu almayın...

             Qardaş, aradan 15 il keçdi…

            Digər atanın 2 oğlu indi həbsxanadadırlar, nə ev qaldı, nə pivəxana. Ailəsi dağıldı.

             Biz 5 qardaş, beşimizin Keçiörendə taksi dayanacağında bir taksisi var. Hamımızın bir ailəsi, uşağı, bir evimiz var.

            Bu yaxınlarda böyük qardaşımız bizi bir yerə toplayıb, dedi ki :

             - Əsl mirası  bizim atamız qoyubmuş.

              Hamımız ağladıq. 5 qardaş taksiçiliyə başladığımızdan bəri, taksimetrənin yazmadığı 10 qəpiyi evimizə gətirmədik. Hər şeyimiz var, Allaha şükür".

               Çox duyğulandım, vidalaşdım. Tam enəcəkdim:

               -Dayan qardaş, əsl bomba indi olacaq!

               -Nədir bomba?

               -Harada yaşayırıq bilirsənmi? O iki qardaşın yaşadığı 5 mərtəbəli binanı biz aldıq. 5 qardaş orada yaşayırıq.

               Övladınıza nə avtomobil, nə ev, nə də başqa bir miras qoymaqla bitmir. Övlada yalnız mənəvi dəyərlər qoyun. Baxın, hər iki ata da övladlarına dəyərlərini qoymuşlar.

 
Əlif Güldar

ÖNƏ ÇIXAN MƏQALƏLƏR

Sual-Cavab

Sual: Xalqın ...

Sual/Cavab

Sual: Diş dolğusu etdirmək ...

SUAL CAVAB

Sual: İslamda içki ...

Sual-Cavab

Sual: Şəfaət nə deməkdir? ...

Sual və Cavablar

Sual: Ana dildə namaz ...

Saytda Olanlar

İndi saytda 27 qonaq var və üzv yoxdur

Template Settings

Color

For each color, the params below will be given default values
Blue Oranges Red

Body

Background Color
Text Color

Header

Background Color

Spotlight3

Background Color

Spotlight4

Background Color

Spotlight5

Background Color

Footer

Select menu
Google Font
Body Font-size
Body Font-family
Direction