SJ News - шаблон joomla Авто

Təklik, tək olan Allaha məxsusdur.

Allah Təala insanı bir kişi və bir qadından yaratmışdır. Ailə ana, ata və uşaqlardan meydana gəlir. Bu, kiçik ailə quruluşudur. Geniş ailə ana, ata, uşaqlar, baba, nənədən ibarət olur və bu bizim ənənəvi ailə quruluşumuza uyğun gəlir. Geniş ailədə iki-üç ailə bir yerdə yaşaya bilər. Geniş ailə formasının meydana gəlməsinin əsas ünsürü varlıq səbəbimiz olan ana və atamıza qarşı məsuliyyətimizin buyurulduğu bu ayədir: "Rəbbin ondan başqasına qulluq etməmənizi, ana-ataya yaxşılıqla rəftar etmənizi əmr etdi, əgər onlardan biri və ya hər ikisi sənin yanında yaşlansa onlara of belə dəmə, onları danlama, onlara gözəl söz söylə". ( İsra, ayə 23.)

Bu ayədən aydın olur ki, geniş ailə həyatı insanı hüzura, savaba aparır. Belə geniş bir ailədə gözünü açan övlad birinci və ikinci nəslin həyat təcrübələrindən istifadə edir. Bu mühitdə ictimai, dini, mədəni, iqtisadi sahədə bir həmrəylik və qiymətləndirmə imkanı olur. İnsanın ruhi inkişafı bu tip ailə quruluşunda daha sağlam və balanslı olur. Belə bir ənənə ilə bəslənən millətlərin gələcəyi işıqlıdır. Məsələn, Osmanlıdakı geniş ailə quruluşu, geniş evlər bərəkət, nəzakət, zəriflik, adət və ənənə hamısı birləşincə illərcə hökm edən bir imperatorluq göz önünə gəlir.

       Eyni zamanda məkanın, evlərin geniş və dinc olması da orada yaşayan insanları xoşbəxt edirdi. Əvvəllər evlər qədər bağçalar da geniş idi.  Uşaqların rahat oynaya biləcəyi,  yaşlıların hüzurla qəhvələrini içə biləcəyi məkanlar idi. İstanbulda hər evin, köşkün bir bağçası olduğu kimi qəsr saraylarının və sahil saraylarının da geniş bağçaları vardı. Bu bağçalarda evin ehtiyacını qarşılayacaq tərəvəz və meyvələr yetişdirilər, Hadaiki Hassa deyilən bağçalardan bostançı başı məsul idi. Bağçalarda hovuzlar, sarmaşıqlar, çardaqlar, fəvvarə və bulaqlar olardı. Gülistanlar və laləzarlar bağçada ən gözəl yerlər idi.  Burada yaşlılar oturar evin gəlinləri qızları xidmət edər, elmi söhbətlər edilər, uşaqlara hekayələr, rəvayətlər, peyğəmbərlərin həyatı danışılardı.

        Mənəvi dəyərlərə diqqət yetirilmədiyi bütün cəmiyyətlərdə ailənin iki təməl sütunu olan ana və ataya qarşı sevgi hörmət bağları yox olacaq. Belə bir həyatda ana ata uşaqlarına yadlaşar, uşaqlar da ana atalarından uzaqlaşar. İslam qanununun tərzi belə deyil.  İslami düşüncəyə görə insanın cənnəti də, cəhənnəmi də ana-atasıdır. Müsəlman mədəniyyətində ana-ata istər müsəlman olsun, istər olmasın, müsəlman bir övlada düşən vəzifə ana və ata ilə bəşəri əlaqələri kəsmədən maddi yöndən gücü çatdığı müddətcə onların ehtiyaclarını qarşılamaqdır. Çünki əxlaq anlayışı uşaqların ana-atalara hörmətlə yanaşmalarını zəruri edir və bu zərurət Qurani-Kərimdə əmr edilən bir hökm olaraq qalmamış tətbiqə xidmət edəcək ölçüdə ayrıntıları fiqh və hədis kitablarında ana və atanın haqq və səlahiyyətləri şəklində ayrıca işlənmişdir.

     İslamda ailə quruluşu müqəddəsdir. Ailə quruluşumuz bu müqəddəsliyi Qurani -Kərim və sünnədən götürür.  Keçən əsrin əvvəlindən etibarən məntiqçi pozitivist anlayış düşüncə formasının mədəniyyətimizə və düşüncəmizə təsir etməsi ailə quruluşumuzu da dəyişdirərək sarsıtmağa başlamışdır. Xəbərləşmə kanallarının artması ənənə, əxlaq və öz mədəniyyətimizi diqqətə almadan hazırlanan serial və filmlər xarici nəşrlərin birbaşa cəmiyyətə təqdimi ailə quruluşumuzda böyük təxribatlara gətirib çıxarır. Boşanmaların birinci səbəbi işsizliyin artması və məhrəmiyyət sərhədlərinə təcavüz, televiziyalarda yayımlanan əxlaqi dəyərlərə zidd yerli və xarici seriallar, həyat yoldaşlarının bir-birini aldatması, reklam sənayesi sayəsində alış-veriş dəliliyi kimi faktorlar sayıla bilər.

      Ənənəvi ailə quruluşunun pozulmasında müasirləşmə səylərinin böyük payı vardır.  Şəhər həyatının ağır iqtisadi və ictimai şərtləri geniş ailə quruluşumuza mənfi istiqamətdə təsir etdi. İnsanlarımız orta hesabla səksən-doxsan kvadrat metrlik mənzillərdə yaşamağa başladı. Müasir ailə həyatı kiçik ailə quruluşumuzu meydana gətirdi.  Ailədə evlilik çağına gələn gənclər məkan darlığı səbəbi ilə başqa məkanlara daşınmaq məcburiyyətində qaldılar. Beləcə mənəvi dəyərlərlə inteqrasiya olunmuş adət və ənənələrimizin yaşandığı ata ocağından ayrılaraq doğmalıq duyğularının zəifləməsi ilə qohumluq əlaqələri də zəiflədi və qopmalar meydana gəldi. Tək və mən indeksli bir qanunun tərzi meydana gəldi. Çünki yaşanılan məkanların demək olar ki, qonaq qəbul edəcək imkanları belə çətinləşdirdi. Evlərin kiçildiyi belə bir dünyada,  görəsən, kim ana-atası ilə tək bir dam altında sığına biləcəkdi? Belə bir cəmiyyətdə tək çıxar yol “Qocalar evi” deyilən məkanlarda ana-atanı yerləşdirmək oldu. Bunlar hər zaman qərb cəmiyyətindən əks olunmuşdur.

       İnancdan məhrum bir həyat “yenisi çıxar” düşüncəsi nizamlı bir həyatı, cəmiyyəti yalnışa sürükləyər və böhranları artırar. Qurtuluş ancaq insanın vəhyin səsinə qulaq asaraq aydınlanması ilə, qısaca, həyatı mənalandırmaqla reallaşar. Müasirliyin mərhəmətsiz hücumları qarşısında müsəlman ailə quruluşumuzu qorumaq və gözləmək yaranma mənşəyimizə dönməklə təmin edilə bilər.  Unutmayaq ki, Allah üçün başqalarını xoşbəxt etdiyimiz qədər xoşbəxtik.

 
Əlif Güldar

ÖNƏ ÇIXAN MƏQALƏLƏR

SUAL CAVAB

Sual: İslamda içki ...

Sual-Cavab

Sual: Şəfaət nə deməkdir? ...

Sual və Cavablar

Sual: Ana dildə namaz ...

Suallar və Cavablar

1. Həcc mərasiminin ...

Suala Cavab

Sual: Oruclu bir insanın ...

Saytda Olanlar

İndi saytda 54 qonaq var və üzv yoxdur

Template Settings

Color

For each color, the params below will be given default values
Blue Oranges Red

Body

Background Color
Text Color

Header

Background Color

Spotlight3

Background Color

Spotlight4

Background Color

Spotlight5

Background Color

Footer

Select menu
Google Font
Body Font-size
Body Font-family
Direction