SJ News - шаблон joomla Авто

Termin olaraq “ Bir Şeyi yerli yerinə qoymaq”, yəni hər kəsə layiq olduğunu vermək mənasına gələn ədalət - zülmün qarşılığı olub uca Yaradanın israrla bəndələrinə əmr etdiyi və cəmiyyətin rifahına səbəb olan amillərin başında gəldiyi İslamın təməl daşlarındandır.

Bir cəmiyyətdə ədalətin tətbiq edilməməsi, haqsızlığın artmasına, nəticədə hər yönü ilə o cəmiyyətin yox olub getməsinə yol açar. Belə ki, İslamın hələ gəlmədiyi illər, qüvvətlinin zəifi əzdiyi, zülmün qol açıb gəzdiyi qaranlıq bir dövr idi. Sadəcə Ərəb yarımadasında deyil, dünyanın hər tərəfində vəziyyət belə acınacaqlı idi. Sərvətlər, mallar, saraylar zülüm və ədalətsizlik üzərində bina edilirdi.

Azad ikən əsir edilən, malı-mülkü qəsb edilən  və yağmalanan insanların gəlib dərdlərini danışacaqları ədalət müəssisələri yox idi. Aciz daima əzilir, zalım isə həmişə özünü haqlı çıxaracaq havadarlar tapa bilirdi.

Digər yöndən cəza sadəcə günahı işləyən canlıların özünə deyil, əlaqəsi olan digər varlıqlara, hətta cansız varlıqlara da verilirdi. Məsələn: Babillərdə birinin qızını öldürmüş olan bir cinayətkar, bu cinayətinin cəzasını öz həyatı ilə deyil, öldürdüyü qıza qarşılıq öz qızının həyatı ilə ödəyirdi. Ərəbistanda cahiliyyə adətlərinin islam gəldikdən sonra ortadan qalxmasına baxmayaraq, belə əsassız və batil adət-ənənələr hələ bir neçə əsr Avropada davam etmişdir.

XIX əsrdə belə, məsələn: İngiltərədə ağaclar, divarlar, gəmilər və heyvanlar belə bir insanın ölümünə səbəb olarsa, onlara da ölüm cəzası hökm edilirdi.

1498 -ci ildə Florensiyada dindar xristiyanlar kilsəni əhatə edərək reform edən bir rahibi həbs edəcəkləri əsnada kilsənin çəngi təhlükə xəbəri verərək çalmağa başlamışdı. Bu hərəkətinə görə çəng məhkəməyə verilmiş, Florensiya Ali Məhkəməsi çəngi kilsənin qülləsindən endirərək uzunqulaqların arxasına bağlanaraq şəhərin küçələrində sürüklənməyə məhkum etmişdi. Çəngin arxasınca gələn cəllad da, dayanmadan onu qamçılamış, daha sonra isə çəng şəhərdən kənar edilərək on bir il sürgündə qalmışdı.

Onu qeyd etmək lazımdır ki, islamın gəlişi cahiliyyə toplumunun nəyi varsa, islahı mümkün olmayan bütün adət-ənənələri ilə birlikdə hər şeyi silib yox edərək, ədaləti bərqərar etmişdir.

Həyatımızda ədalətin yerbəyer edilməsi ilə hər şey mükəmməl və qüsursuz şəkildə işləyəcək və Allah Təalanın bizim üçün seçdiyi ideal həyat da gerçəkləşəcəkdi. Qurani-Kərimdəki “Allah, sizin insanlar arasında hökm verdiyiniz zaman, ədalətlə hökm verməyinizi əmr edir” (Nisa, 58) ayəsinin hikməti də bunu təsdiq edir.

Allah Təala Rəsuluna “Əgər hökm edəcəksənsə aralarında ədalətlə hökm et” (Maidə, 42) buyurması və “Aranızda ədaləti tətbiq etməklə əmr olundum” (Şura,15) deyə əmr etməsi ədalətin islamın təməl və vacib əsaslarından olduğuna işarə edir.

Rəsulullah (s.ə.s.)də istər müsəlmanlar arasında, istərsə qeyri-müsəlmanlar arasında olsun heç bir zaman ədalət prinsipindən əl çəkməmiş, ədalətin yerinə yetirilməsi mövzusunda ən kiçik səhlənkarlığa belə yol verməmişdir. Buna aid islam tarixində bir sıra nümunələr vardır. Bu misallardan biri belədir:

            “Bir dəfə Allah Rəsulu (s.ə.s.) döyüşdən sonra əldə olunan qənimətləri paylayırdı. Camaat o qədər çox idi ki, insanlardan biri az qalsın Rəsulullah (s.ə.s.)in üzərinə çıxırdı. Allah Rəsulu (s.ə.s.) həddini aşan bu adama bir az geriyə çəkilməsi üçün əlindəki çubuqla işarə etmək istəmişdi. Lakin çubuğun ucu onun üzünə dəyərək cızmışdı. Bunu görən Allah Rəsulu (s.ə.s.) əlindəki çubuğu ona uzadaraq:

-          Al, sən də vur- deyərək uzatmış, lakin o adam:

-          Xeyr, ya Rəsulallah! Mən səndən incimədim – cavabını vermişdi.

Bu və bununla əlaqəli baş verən bir neçə hadisə Allah Rəsulunun böyük-kiçik tanımadan, özünə verilən ilahi imtiyazlardan sui-istifadə etmədən ədalət prinsipinə incəliklə riayət etdiyini göstərir.

Ədalətin incəliklərini Peyğəmbərdən öyrənən səhabələr də bu yolda onun izindən gedərək haqq və hüququn bərqərar olması üçün əllərindən gələni edib bu sünnəyə riayət etmişdilər.

İslamTarixində haqq ilə batili ayırmaqda “Faruq” ləqəbini alan Hz. Ömərin öz xəlifəliyi dövründə təyin etdiyi bir qazı Şureyh var idi. Uzun illər ləyaqətlə işini yerinə yetirən bu qazi Hz.Əlinin zamanında da işinin başında idi. Qazi Şureyhin adil hökm verməsi ilə əlaqədar bir hadisə də Hz.Əli ilə bir yəhudi arasında olan zireh münaqişəsi idi. Belə ki;

Hz. Əli (r.a.) Sıffin döyüşündə bir zirehini itirmişdi. Hərbdən qayıdanda onu bir yəhudidə görərkən:

-          Bu zireh mənimdir, onu nə sənə hədiyyə vermişəm, nə də satmışam, onu mənə ver! – dedi.

Yəhudi isə zirehin özünə aid olduğunu deyərək vermədi.  Məsələ Qazi Şureyhə gedib çatdı. Qazi Şureyh Hz.Əlidən soruşdu:

-           Ey Əmirul Möminin!  Zirehin sənə aid olduğunu bildirən bir dəlilin varmı?  Hz.Əli:

-          Bəli, oğlum Həsən ilə köləm Qənbər zirehin mənim olduğuna şahidlik edərlər – dedi.

Qazi Şureyh:

-          Oğlun ata haqqındakı şahidliyi məqbul deyildir – dedi. Hz.Əli heyrətlə:

-          Necə yəni, Həsən kimi cənnətlik olan bir adamın şahidliyi necə məqbul deyil? – deyə soruşdu. Mən Rəsulullah (s.ə.s.)in: “Həsən ilə Hüseyn Cənnət gənclərinin ağalarıdır” - dediyini eşitdim.

Qazi Şureyh isə nə olursa olsun başqa şahid və ya inandrıcı sübut gətirməsini tələb edirdi. Əslində, Hz.Əli kimi elm və şücaət timsalı birinin haqsız bir iddiada olması mümkün deyildi. Amma islam qanunu bu kimi mövzularda heç bir istisnaya yer verməzdi.

Gözlərinin önündə sərgilənən bu misli görünməmiş ədalət örnəyi qarşısında heyrət və təəccübünü gizlədə  bilməyən yəhudi:

-          Möminlərin əmiri məni qazisinin hüzuruna apardı. Öz qazisi onun əleyhinə hökm verdi. Ey Əmirəl- Möminin! Bu zireh sənin zirehindir. Əşhədu ən lə iləhə illəllah va əşhədu ənnə Muhammədən abduhu və rəsuluhu - deyərək İslam dinini qəbul etmişdir.

Deməli, dövləti dövlət edən onun təməl daşının ədalətlə yoğrulmasıdır. Ədalət də Uca Yaradanın qüdrət təcəllilərindən olub bəndələrinə bəxş etdiyi ilahi lütf və ehsanlarındandır.

Allah Təalanın ədalət, mərhəmət və ehsanına sığınıb layiqli bəndələrindən olmaq diləyi ilə...


Samirə Mahmudova

ÖNƏ ÇIXAN MƏQALƏLƏR

Sual-Cavab

Sual: Xalqın ...

Sual/Cavab

Sual: Diş dolğusu etdirmək ...

SUAL CAVAB

Sual: İslamda içki ...

Sual-Cavab

Sual: Şəfaət nə deməkdir? ...

Sual və Cavablar

Sual: Ana dildə namaz ...

Saytda Olanlar

İndi saytda 32 qonaq var və üzv yoxdur

Template Settings

Color

For each color, the params below will be given default values
Blue Oranges Red

Body

Background Color
Text Color

Header

Background Color

Spotlight3

Background Color

Spotlight4

Background Color

Spotlight5

Background Color

Footer

Select menu
Google Font
Body Font-size
Body Font-family
Direction