SJ News - шаблон joomla Авто

Sünnə – Allah Rəsulunun (s.ə.s) fərz və vaciblərdən əlavə, savab niyyəti ilə şəxsən özünün icra etdiyi, başqasına tövsiyə etdiyi, yaxud başqa birinin bir əməli etdiyini gördüyü zaman mane olmayıb təsdiqlədiyi bir iş və ya bir hərəkətidir.

 Bir sözlə, Allah Rəsulunun (s.ə.s) həyat tərzi, getdiyi yol və açdığı cığır sünnəni meydana gətirir. Bu eyni zamanda bizlərə nümunə olacaq bir həyat tərzidir. Elə bir həyat tərzi ki, onu Allah-Təala özü öymüş və tərifləmişdir. Çünki peyğəmbərlər sadəcə vəhyi gətirib təbliğ etməmiş, eyni zamanda ona uyğun həyat tərzi də ortaya qoymuş, hər bir hadisə qarşısında vəhyin tələblərinə uyğun nümunəvi bir davranış sərgiləmişlər. Uca Allah belə buyurur: “And olsun ki, sizin üçün, Allaha qovuşmağı umanlar, axirət günü inananlar və Allahı çox zikr edənlər üçün Allah Rəsulunda  göl nümunə (üsveyi-hə) var. (əl-Əhzab, 21)

Allahın öz Rəsuluna bəxş etdiyi uca əxlaq onun elə bir möcüzəsidir ki, vaxtı ilə cahiliyyə dövründə yaşamaqda ikən insanlıq naminə bütün gözəl hisslərə vəda etmiş bir çox insan, Allah Rəsulunun (s.ə.s) həyat bəxş edən tərbiyəsi ilə insanlıqda zirvə halına gəlmiş; öz qız uşağını anasının ürəyindən və əlindən qoparıb alacaq qədər zalım və kobud bir ata İslamla şərəfləndikdən və Allah Rəsulunun (s.ə.s) örnək şəxsiyyətindən aldığı tərbiyədən sonra mərhəmət duyğusuna sahib, gözü yaşlı, nümunəvi bir insan halına gəlmişdir. Bu baxımdan bugünkü mərhəmət duyğusunu itirmiş, bir-birinə qarşı rəhmsiz, insafsız hala gəlmiş insanlığa, gələcəyimiz olan gənclərimizə və övladlarımıza Allah Rəsulunun (s.ə.s) misilsiz şəxsiyyət modelini təqdim etməli və onun örnək həyatını daha çox tanıdaraq milli və mənəvi duyğularımıza sahib çıxmalıyıq.

                Allah Rəsulu bizə hər sahədə örnəkdir. O bizə bir ata, bir baba, bir həyat yoldaşı, bir müəllim, bir rəhbər, bir komandir, bir qonşu, bir qohum, bir imam, bir təbliğçi kimi və daha neçə-neçə sahədə nümunədir. Onun nurlu yolundan gedən insanlar daim səadət içində yaşamış, hər-hansı bir imtahan, yoxluq və əziyyət qarşısında ayaqları büdrəmədən, müvazinətlərini pozmadan yollarına davam edə bilmiş və zəfər üstünə zəfər qazanmışlar.

          Bu yoldan nəsibini ala bilməyənlər isə hər cür bolluq, imkan və rəfah içində yaşamalarına baxmayaraq, daxilən sıxıntı, narahatlıq və stresdən uzaq qala bilməmiş, həm dünyasını, həm də axirətlərini ziyan etmişdir. Çünki dünya və axirət rahatlığının yeganə mənbəyi Allah-Təalaya və “üsveyi-həsənə” olan Allah Rəsuluna (s.ə.s) səmimiyyətlə təslim və tabe olmaqdır. Allah Rəsuluna tabe olmaq da bilavasitə Rəbbimizin əmridir. Allah-Təala bu haqda belə buyurur: “Ey iman edənlər! Allaha və peyğəmbərinə itaət edin ki, əlləriniz boşa çıxmış olmasın!” (Muhamməd, 33)

(Ey Rəsulum!) De ki: Ər Allahı sevirsinizsə, mə tabe olun ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın Allah Ğafur (və) Rahimdir”. (Ali İmran, 31)

Allah Rəsuluna (s.ə.s) bəslənən məhəbbət və sünnələrinə tabe olmaq bizlərə nə qazandırır? Bu səmimi duyğularla biz ibadətlərdə xüşunu əldə edir, bəşəri davranışlarda nəzakətə sahib olur, zərif və incəlik kimi yüksək əxlaqi dəyərləri qazanır, könlümüz, qəlb evimiz yumşalır və incəlir, simalarımız nura qovuşur, dillərimizə hikmət, nəzərlərimizə isə ibrət hakim olur. Həmçinin Allah Rəsuluna (s.ə.s) olan qəlbi yaxınlığımız onun kimi fikirləşməyimizə, hal və tövrlərimizi ona oxşatmağa çalışmağımıza gətirib çıxaracaqdır. Çünki aləmlərə rəhmət olaraq göndərilən Allah Rəsulu (s.ə.s) ilə bərabər olmayan hər dövr cahiliyyədir. Onunla birlikdə döyünməyən hər ürək qafildir. Onu tanıyıb bilməyən hər vicdan kordur, haqqı və həqiqəti görə bilməz. Bu səbəblə əshabi-kiram, övliyalar, hikmət əhli ariflər və saleh insanlar qəlblərindəki saflığa və bərraqlığa görə onun məhəbbət nuruna borcludurlar. Cahilliyin qaranlığında bir daha özümüzü itirməmək, aydınlığa yönəldən nuru əldən buraxmamaq üçün biz də bu şanlı və şərəfli, eyni zamanda Qurani-Kərimdə “Siracən Muniran  (Nurlu çıraq) deyə vəsf edilən Allah Rəsulunun izindən ayrılmamaq məcburiyyətindəyik.

Aqil ƏLİYEV

 

ÖNƏ ÇIXAN MƏQALƏLƏR

Sual-Cavab

Sual: Xalqın ...

Sual/Cavab

Sual: Diş dolğusu etdirmək ...

SUAL CAVAB

Sual: İslamda içki ...

Sual-Cavab

Sual: Şəfaət nə deməkdir? ...

Sual və Cavablar

Sual: Ana dildə namaz ...

Saytda Olanlar

İndi saytda 25 qonaq var və üzv yoxdur

Template Settings

Color

For each color, the params below will be given default values
Blue Oranges Red

Body

Background Color
Text Color

Header

Background Color

Spotlight3

Background Color

Spotlight4

Background Color

Spotlight5

Background Color

Footer

Select menu
Google Font
Body Font-size
Body Font-family
Direction