SJ News - шаблон joomla Авто

İslam dini digər bir sıra dinlərdən və inanc sistemlərindən fərqli olaraq insanın yalnız ibadət həyatını nizamlamır, eyni zamanda onun gündəlik yaşam tərzini, insanlarla münasibətini, ailədəki rolunu, bir sözlə bütün hərəkət və hallarını istiqamətləndirir.

    Buna görə də bəzi dinlərdə olduğu kimi İslamda dini məbədə həbs etmək anlayışı yoxdur. Əgər siz müsəlmansınızsa, məbəddə də müsəlmansınız, küçədə də, iş yerində də, evdə də. Yəni belə olmaq məcburiyyətindəsiniz. Hər bir insanın yaşam tərzində istisnasız rolu olan bir fenomen var: maddiyyat. Əgər insanın maddə və mənadan ibarət varlıq olduğunu qəbul etmişiksə (və ya etmək məcburiyyətindəyiksə), deməli, onun öz maddəsini yaşatması, davam etdirməsi üçün digər maddələrə ehtiyacı var. İstifadə etdiyimiz hər bir əşya, yediyimiz hər bir qida bu mənada maddi həyatımızı davam etdirməyə kömək edən ünsürlərdir. Pul isə bütün bunları əldə etmək üçün bir vasitədir və vasitə olaraq qalmalıdır. İslam dini insanın maddə ilə olan münasibətində müəyyən kriteriyalar ortaya qoymuş, keçilməsi qadağan olan sərhədlər çəkmişdir. Çünki maddəni əldə etmək uğrunda həddi aşmaq insanın fəlakəti və əsil insani tərəfi olan mənəvi aləminin məhvi sayılır. Allah-Təala insana dünyasını qazanması üçün bütün məşru addımları atmağa icazə vermişdir. Lakin ona Allahı unutduran davranışları, maddiyyatın, pulun, dəbdəbənin gözqamaşdırıcı sehrinə düşərək insanlığını itirməsini qadağan edir və bu yolda ona nəsihətlər verir.

    Qurani-Kərim və Həzrət Peyğəmbərin hədisləri bizə nəyin doğru, nəyin yanlış olduğunu göstərir. Məsələn, yetimin haqqını yemək, çəkidə başqalarını aldatmaq, iş yerində digər insanların haqlarına təcavüz sayılacaq əməllər, qeyri-sağlam rəqabət, rüşvət almaq, yalana əl atmaq və s. kimi insan mənəviyyatını alçaldan bütün neqativ hallar dinimizdə açıq-aşkar bildirilmişdir. İnsanın bu kimi günahlara dalması xüsusilə Rəbbini unutduğu an başlayır. İnsan Rəbbini unudarsa, maddənin əsirinə çevrilərsə, bu zaman onun var-dövlət yığmaq uğrunda əl atmayacağı heç bir yol yoxdur. Bildiyimiz kimi şeytan ilahi dərgahdan qovularkən Allaha and içərək “Sən məni (Adəmə səcdə etmədiyimə görə) azdırıb yoldan çıxartdığın üçün mən də Sənin düz yolunun üstündə oturub insanlara (Sənə ibadət və itaət etməyə) mane olacağam!” (əl-Əraf, 16) -demişdi.

    İlahi təlimatları dərk edərək yaşadığımız dünya həyatına baxdığımız zaman asanlıqla görərik ki, azdırmağa çalışdığı yollardan biri də gündəlik məişətimizi qazandığımız iş həyatımız, qazanc meydanımızdır. Bəzən cəmiyyətdə belə bir fikrin formalaşdığının şahidi oluruq: filankəs ibadət əhlidir, amma bir neçə ticarət obyektini idarə edir. İlk növbədə bunu qəbul etməliyik ki, dinimiz əsla və əsla insanın qazanmasına, qazancını dəfələrlə artırmasına qarşı çıxmır. Dinimiz sadəcə olaraq qazanc əldə edərkən başqalarının haqq və hüquqlarını tapdalamağı, kiminsə ruzisinə baislik edərək onun çörəyini mənimsəməyi, qazanc əldə etmək naminə ekologiyanı məhv etməyi, eyni zamanda digər haram yollara baş vurmağı və bu yolla varlanmağı qadağan edir. Yoxsa əlbəttə ki, müsəlman Rəbbinin yaratdığı imkanlardan faydalanaraq lazımınca çalışmalıdır. Qazanmalıdır ki, imkansızlara da əl tutsun, qazanmalıdır ki, başqalarına möhtac olmasın, ayaq üstə dura bilsin.

    Müsəlman ilk növbədə bunu dərk etməlidir ki, dünya həyatı imtahan yeridir və müxtəlif səbəblərlə sınağa çəkilir. Zənginlik də, kasıblıq da əslində insanın imtahanıdır. Elə isə müsəlman zənginlik və kasıblıq imtahanında necə hərəkət etməlidir? Bunu da Həzrət Peyğəmbər hədisi-şərifində belə buyurur: “Möminin halı necə də gözəldir! Onun hər işi özü üçün xeyirlidir. Bolluq içində olanda şükür edər və bu onun üçün xeyirlidir. Qıtlıqla qarşılaşanda səbir edər, bu da onun üçün xeyirlidir. Bəli, müsəlmanın sərvət qarşısında duruşu məhz bu cür olmalıdır. İslamı layiqincə dərk etmiş bir müsəlmanı heç vaxt var-dövlət azdıra bilməz. Eyni zamanda qıtlıq və kasıblıq da qəddini əyə bilməz. Çünki o, ayeyi-kərimədə buyurulan “Ey Allahım, mülkün sahibi sənsən Mülkü istədiyin şəxsə verər, istədiyindən alarsan istədiyin şəxsi yüksəldər və istədiyin şəxsi alçaldarsan. Xeyir yalnız Sənin əlindədir. Həqiqətən, Sən hər şeyə qadirsən! (Ali-İmran, 26) həqiqətini dərk etdiyi üçün dünya adına əldə etdiyi və edə bilmədiyi hər şeyi sadəcə bir vasitə olaraq görür, hədəf deyil. Vasitəni hədəfə çevirməyən insanlar necə də xoşbəxtdirlər.

Nurlan MƏMMƏDZADƏ

 

ÖNƏ ÇIXAN MƏQALƏLƏR

SUAL CAVAB

Sual: İslamda içki ...

Sual-Cavab

Sual: Şəfaət nə deməkdir? ...

Sual və Cavablar

Sual: Ana dildə namaz ...

Suallar və Cavablar

1. Həcc mərasiminin ...

Suala Cavab

Sual: Oruclu bir insanın ...

Saytda Olanlar

İndi saytda 62 qonaq var və üzv yoxdur

Template Settings

Color

For each color, the params below will be given default values
Blue Oranges Red

Body

Background Color
Text Color

Header

Background Color

Spotlight3

Background Color

Spotlight4

Background Color

Spotlight5

Background Color

Footer

Select menu
Google Font
Body Font-size
Body Font-family
Direction