SJ News - шаблон joomla Авто

 İlk əvvəl “əbru nədir?”

sualına cavab axtarsaq, əbru həyatın təməlini təşkil edən iki ana maddə sayılan  su və torpaqdan  əmələ gələn bir sənət növüdür.

      Bu sənət Orta Asiyadan ipək yoluyla İrana və oradan Türkiyəyə keçmişdir. Əbru Sözünün kökü cağatayca “damarlı” mənasına gələn “əbrə”, farsca “buluda bənzər” mənasını verən “əbri” və ya “su sözü” mənasına gələn “ab-ru” adıyla tanınmışdır. Əbru İslam incəsənətləri içərisində ən cazibədarıdır. Kağız bəzəmə sənəti olan əbru usta-şagird yolu ilə nəsildən-nəsilə ötürülür. Əbruçu olmaq üçün öncə bu sənətə aşiq olmalısan. Sevgi və səbir də olarsa, əbru zamanla öz sirlərini sizə açar. Əbruda vacib olan əsas amil materialı hiss etməkdir. Əmək istəyən bir sənət olan əbru 3-4 dəqiqəyə başa gəlirsə, ön hazırlığa 1-2 ay tələb olunur.

     Toz halında olan torpaq boya sulandırılaraq  3-4 saat ərzində əzilir və şüşə qaba qoyulur. Lazımi qədər su və öd (mal ödü) əlavə edilir. Boyanın öddə həll olması ən azı 40-60 gün çəkir. Öd boyanı incəldir və istifadə etdikdə onu suyun üzərində saxlayır. Öd boyaları suyun üzərində biri-birinə qarışmağa qoymur. Bu sənətdə mühüm olan bütün materialın təbii olmasıdır. İstifadə edilən fırçalar at quyruğu və gül budağından hazırlanır. Kitrə suyu qatılıq vermək üçün istifadə edilir. Kitrə kimi dəniz kadayıfı, səhləb kökü, heyva tumu və s. istifadə etmək olar.

     Kitrə sayla qarışdırılıb təknəyə süzülür. Təknə kağızın ölçülərinə uyğun hündürlüyü 5-6 sm olan paxlava qabına bənzər qabdır. Fırça hazır boyaya batırılaraq təknədəki suya çilənir. Suya düşən damlalar dairələr şəklində su üzünə yayılır. İkinci atılan boya birincini sıxışdırıb özünə yer açır və boyalar bir- birinə qarışmadan əsrarəngiz rəsmlər ortaya çıxarır. Kağızı suyun üzünə yatıraraq əbru kağıza əks etdirilir. Bu da səbrin sonu. Rəsmə diqqətlə baxdıqda ortaya çıxan görüntü mikroskop və ya teleskopla baxdığımız zaman ortaya çıxan rəsmlərixatırladır. Boyanı suya atdığımız zaman ortaya çıxan rəsmlər qan hüceyrələrinə, gah da yerin kosmosdan görüntüsünə, buludla dolu səmaya, gah suya həsrət qalmış səhraya, hərdən coşan dəniz dalğalarına, bəzən də ağac kötüyünün halqalarına və s. bənzəyir.

     Fırçanı tutan təkcə əl deyil, həm də ürəkdir. İşin içinə ruhumuzu da qatsaq meydana çıxan rəsmlər əsrarəngiz olar. Bir əbru bir dəfə hazırlanır. İkinci dəfə bunun eynisini almaq mümkün deyil. Əbru təkcə kağız deyil, parçaya, şüşəyə, taxtaya və s. materiallara çıxarıla bılər. Əbru hüsn-xətdə fon kimi işlənib xəttin gözəlliyinə gözəllik qatır. Əbru təbiətdə danları əks etdirir. Bunların bir qismini adi gözlə görərkən, bir qismini görə bilmirik. Əbruya baxan biri, mən bunu görmüşəm deyə fikirləşə bilər. Həyatın təməlini təşkil edən su və torpaq bir araya gəlib həyatın içindəki olub-bitənləri bizə xatırladır.

     Həmd olsun suyu və torpağı yaradana. Əbru sənəti bir zamanlar unudulma təhlükəsi yaşasa da, son zamanlar bu sənətə diqqət artıb. Qədimdə kitablara bəzək məqsədiylə istifadə edilən əbru, insana pozitiv düşüncə verdiyi üçün çərçivələnib divarlara asılmağa başladı. Əbrulu naxışlar hər yerdə var. Göyün üzündə, mərmərdə, kəpənək qanadında, üstündə gəzdiyimiz torpaqda, daşlarda, bitkilərdə və s.

     Yaşarkən hər hansı bir sənətin ucundan tutan könlünüzə bir qapı açın. Özünüzü kəşf edin. Onda ruhunuz dincələr, səbri taparsınız. Streslərlə dolu həyat sizi üzməz. Hər şeyə gözəl gözlə baxarsınız.

Maleykə ABDULLAYEVA

 

ÖNƏ ÇIXAN MƏQALƏLƏR

Sual-Cavab

Sual: Xalqın ...

Sual/Cavab

Sual: Diş dolğusu etdirmək ...

SUAL CAVAB

Sual: İslamda içki ...

Sual-Cavab

Sual: Şəfaət nə deməkdir? ...

Sual və Cavablar

Sual: Ana dildə namaz ...

Saytda Olanlar

İndi saytda 101 qonaq var və üzv yoxdur

Template Settings

Color

For each color, the params below will be given default values
Blue Oranges Red

Body

Background Color
Text Color

Header

Background Color

Spotlight3

Background Color

Spotlight4

Background Color

Spotlight5

Background Color

Footer

Select menu
Google Font
Body Font-size
Body Font-family
Direction