SJ News - шаблон joomla Авто

Dua Allah ilə bəndə arasındakı dialoqun adıdır.

Başqa sözlə dua, sonu ölüm olan və aciz varlıq sayılan insanla Sonsuz Qüdrət Sahibi arasındakı rabitədir.

     Hər cəhətdən möhtac, aciz, gücsüz olan bəndənin vəzifəsi gücsüzlüyünü dərk edərək Allaha dua etməkdir.  Bu səbəblə "Allahın adı" ilə başlayan və "insan"la sona çatan Quran mükəmməl dua kitabı hesab edilə bilər. Başqalarının bizə öy­rətdiyi dualardansa əllərimizi Quranla Rəbbimizə qaldırmağımız daha məqsədə uyğundur.

     "Əgər ibadətiniz olmasa, Rəbbimizin yanında nə qədir-qiymətiniz olar?"

     Dua bir ibadətdir, ibadətlərin özüdür. Bir ibadət olaraq duanın ən diqqətə çarpan xüsusiyyəti təvazödür. Ancaq qürurdan təmizlənmiş insanlar dua etmək istəyərlər. Onun qatında malın-mülkün, bəşəri dəyərlərin bir qiyməti yoxdur. Bizi Onun qatında qiymətli edən və rizasına yaxınlaşdıran tək dəyər duadır.

     Dua, yaradılışın qayəsi sayılan ibadətin ən əhəmiyyətli ünsürlərindən biridir. "Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım!" deyərək yaradılış məqsədimizi bəyan edən Rəbbimiz şübhəsiz ki, bizə ən doğru hədəfi göstərmişdir.

     Dua, qəlbin maddi aləmin çirklərindən xilas olaraq mənəvi aləmlərə doğru yelkən açması, ruhun qüsursuz bir kamal, sonsuz bir qüdrət və mərhəmət, bənzərsiz bir gözəllik sahibi olan Allaha doğ­ru yüksəlişə keçməsidir.

     Dua sözlə məhdudlaşdırılacaq, kəlmələrlə ifadə olunacaq qədər kiçik və dəyərsiz deyil. O, həyat tərzidir. Dua bir davranış modeli, həyatın özüdür. Buna görə də insan həyatını dua ilə əhatə etməli, onunla mənalandırmalıdır. Bir mənada qəlbimiz hər an dua ilə döyünməlidir.

   Dua, modernizmin yox etdiyi xislətləri yenidən bərpa edəcək yeganə dəyərdir və şeytanlaşmış in­sanların çıxardığı içi boş dəyərlərdən uzaqlaşdıran şəfa qaynağı­dır.

     Dua, Al­laha səmimiyyətlə yönəlmək və Onun icazəsi olmadığı heç bir şeyin kainatda reallaşmayacağı düşüncəsinə çatmaqdır.

     Dua ibadətin özü, Allaha qulluğun bir ifadəsidir. Yoxsa ehti­yaclarımızı qarşılamaqla vəzifəli məmura təqdim edilən ərizə de­yildir. Bir təvəkkül vasitəsi olaraq işlərimizin başını və sonunu an­lamlandıran bir münacatdır. Və dua bütün problemlərimizin ancaq kai­natın sahibi olan Allahın iradəsi ilə həll ediləcəyi şüuruna çatmaqdır.

     Dua, zəifliyimizi, acizliyimizi, yoxsulluğumuzu bir-bir dilə gətirərək şahidlik etmək, sonsuz yaratma qüdrətini təsbeh edərək Uca Rəbbimizi buna şahid tutmaqdır.

     Dua, yalnız ehtiyac bildirmək deyil, ilahi nemətlərə qarşı duyulan heyranlıq hissini dilə gətirməkdir.

     Dua eqoizmdən, stresdən, psixoloji problemlərin mənfi təsirlərindən Allaha sığınmaqdır.

     Dua, mənliyimizin sahib olduğu uca duyğuları qorumaq, müsbət insani fəzilətlərə talib olmaqdır. Qəlbin zəkası, ağlın cilasıdır dua.

     Dua, təqvaya bürünərək təqvanı bəxş edənə müraciət etməkdir. Bir müqavimət şəklidir dua-İblisin şeytani tələlərinə, şeytani güclərin günaha çağıran əxlaqsız təkliflərinə, nəfsin bitib-tükənməyən arzu və istəklərinə qarşı.

     Dua, Yaradıcının ucalığının, möminin dili ilə təqdir edilməsidir.

     Dua, Rəbbimizin bitməz tükənməz xəzinələrinə bizi aparan sirrli bir açar kimidir.

     Dua, həm verilən nemətlərdən məmnu­niyəti, həm də ilahi əzabdan qorxduğumuzu, işlədiyimiz günahlardan duyduğumuz peşmanlığı səmimi bir şəkildə dilə gətirməyin ən etibarlı (asan) yoludur.

     Dua varlı-yoxsul bütün insanların ümidi, sığınacağıdır.

     Dua, kainatın içində meydana gələn saysız nemətlərin içindəki ən mənalı səs, ən mənalı məltəm əsintisidir.

     Dini şüuru hərəkətə keçirəcək, Uca Qüdrətə təslimiyyəti do­ğuracak ayələrlə dolu olan kainatda iradəli bir ibadət olan dua, insanın Yaradıcıya təqdim edə biləcəyi yeganə həqiqətdir.

     Dua insanın Allahın hüzurunda acizliyini dərk edib Ona yönəlməsi və arzu-istəyini Ona ərz etməsidir. Elə ibadət də müəyyən bir varlığa boyun əymək, Onun qarşısında diz çökmək, Ona itaət etmək mənalarını ehtiva edir

     Duanın həqiqəti bəndənin Allahdan kömək istəməsidir. Üz tutulan yer həmişə üz tutandan, istəyəndən üstün olur. Qul istəyən olduğu üçün acizliyini, yoxsulluğunu və pərişanlığını Allaha ərz etməli və dua edərkən məqamını unutmamalıdır. Möhtac olduğunu sevgi və sayğı ilə Allaha bildirməlidir.

     İnsan hansı məqamda, hansı mövqedə olursa-olsun, hər an duaya möhtacdır. Bu, hər cəhətdən zəif bir varlıq olmağımızın səbəbidir. Lakin hər kəsin dua və istəyi eyni deyil. Bizə eləgələ bilər ki, kasıb və yoxsullar zəngin insanlardan daha çox duaya ehtiyac duyur və ya əksinə, tənha, kimsəsiz insanlar digər insanlardan çox duaya möhtacdırlar. Əgər belə düşünürüksə, deməli, duanın həqiqətini anlamamışıq.

     Dua möminlər üçün bir ibadətdir. Allahı Rəbb bilib Onun qarşısında səcdəyə gedənlər ehtiyaclarını Ona açır və Ondan kömək diləyirlər.

     Duada əsas məqam qulun Allaha möhtac olduğunu, Ondan başqa çarə olmadığını bilməsi, dərk etməsidir. Məhz qəbula ən yaxın olan dualar da bu düşüncə, bu anlayışla edilən dualardır.

     Başqa bir ifadə ilə dua: “Qulun qarşılaşdığı çətinliklərin, hadisələrin təsiri ilə bir şey üçün və ya Allah üçün Allaha yönəlməsidir”. İnsan çətin vəziyyətdən qurtulmaq, pis hallarla qarşılaşmamaq üçün Allahı yad edir, aciz, gücsüz olduğunu və nöqsanlarını səmimi etiraf edərək Ondan kömək istəyir. Çətin vəziyyətdən qurtulmaq istəyi insanı günahlardan peşman olmağa və qəlbini, ruhunu təmizləməyə, Allahı mədh etməyə, əfv diləməyə sövq edir. İnsan bəzən də çətinlikdən qurtulduğu, rahatlıq tapdığı üçün məmnunluğunu dilə gətirir. Dua bəzən təbiətdəki müvazinət, gözəllik və mükəmməlliyi dərk edən, həqiqəti sezən insanın heyrətinə tərcüman olur.

     Duanı vəsf etməkdən kəlmələr acizdir və dua haqqında nə desək azdır. Dua yaşamaq istər, sonsuza qədər yaşadılmaq... Duamız olmasa necə ilahi rizaya və sonsuzluq yurdu olan cənnətə çatarıq?

Ramazan QORADAYEV

 

ÖNƏ ÇIXAN MƏQALƏLƏR

SUAL CAVAB

Sual: İslamda içki ...

Sual-Cavab

Sual: Şəfaət nə deməkdir? ...

Sual və Cavablar

Sual: Ana dildə namaz ...

Suallar və Cavablar

1. Həcc mərasiminin ...

Suala Cavab

Sual: Oruclu bir insanın ...

Saytda Olanlar

İndi saytda 94 qonaq var və üzv yoxdur

Template Settings

Color

For each color, the params below will be given default values
Blue Oranges Red

Body

Background Color
Text Color

Header

Background Color

Spotlight3

Background Color

Spotlight4

Background Color

Spotlight5

Background Color

Footer

Select menu
Google Font
Body Font-size
Body Font-family
Direction