SJ News - шаблон joomla Авто

Əslində bu mövzu haqqında bir yazı yazacağımı düşünməmişdim.

Amma bu günlərdə bir-birimizi bir neçə ildir görmədiyimiz yoldaşlarla görüşüb çay süfrəsi ətrafında yarım saat oturduqdan sonra mütləq yazacağıma söz verdim. Mən hesab etmirəm ki, belə bir hadisə ilə sadəcə mən qarşılaşmışam. Yəqin ki, belə şeylərlə siz hər gün rastlaşırsınız. Amma nə çarə; düzəlmir ki, düzəlmir. Başıma gələn hadisəni sizə uzun-uzadı nəql etməyəcəyəm. Amma giriş xarakterli onu deyim ki, illərlə görüşmədiyimiz dost-tanışlarla görüşüb bir masa ətrafında təzəcə oturub hal-əhval almışdıq ki, demək olar ki hər kəs telefonunu əlinə alıb wi-fi şifrəsini soraqlamağa başladı. 

        Bir onu bilirəm ki, biz yarım saat içərisində ən çoxu beş cümlə qurmağa nail olduq. Hamı başını aşağı salıb öz gizli dünyasına dalmışdı. Bizə qarşımızdakı canlı insan və onun danışdıqları maraqlı deyildi. Telefonumuzdakı rəngli, amma quru şəkillər və ifadələr daha maraqlı idi sanki.

      Uzun sözün qısası, üz-üzə oturub danışanlardan çox, üz-üzə oturub telefonlarını qurdalayanların sayı çoxalıb. Olduğumuz hər yerdə ofis, kafe, market, avtobus, metro və küçələrdə belə wi-fi axtarırıq. Hamı nə isə axtarır, kimdənsə bir xəbər gəlməsini gözləyir elə bil.  Restoranda yemək sifariş vermədən wi-fi şifrəsi alınır qarsonlardan. Telefondakı yalançı profilli qəhramanlar insanları real həyatdakı insanlardan uzaqlaşdırır. Əslində orada heç nə yoxdur, sadəcə özümüzü aldadırıq. Bəlkə kimlərsə mənim profilimi bəyənib dostluq göndərib və mənim paylaşdığım statuslar kiminsə xoşuna gəlib bəyənib. Axı bunda nə var ki? Bəli, bunda çox şey var. Bunların ən başlıcası isə insanların insanlarla ünsiyyət və əlaqə problemlərinin olmasıdır. İnsanların real həyatda özlərini başqalarına sevdirə bilməməsidir. Bununla da on ilin başında foto-kamera obyektivləri qarşısında hər hansı bir maraqlı şəkli, və ya ondan-bundan oğurlanmış sözləri öz profilində paylaşmaqla başqalarının rəğbətini qazanmaq istəyirlər.  Bəlkə də gənclər arasındakı ictimai əlaqələrin formalaşması cəmiyyətimizin ən prioritet məsələlərindən biri olmalıdır. Uşaqlıqda ailəsi ilə normal ünsiyyəti olmayan bir insanın gələcəkdə qarşılaşacağı özünü-özündə gizlətmə sindiromu bundan artıq olmayacaq ki. Hələ bu hamısı deyil. Sizə öz müşahidələrimdən gəldiyim qənaətdən bir həqiqəti çatdırım ki, bu da uşaqlarla valideynlər arasındakı sıx və düzgün əlaqələrdir. Belə ki, uşaq səhərdən axşama kimi ata və anasını əllərində telefon nə iləsə məşğul olduqlarını görərsə onda da o cihaza xüsusi maraq yaranır və özünü göyə qaldırıb yerə çırpır ki, ona mən də baxmalıyam. Bu səs-küyə dözə bilməyən dırnaqarası zavallı valideynlərdən biri, yəni zərif cinsin nümayəndəsi analar öz əllərindəki cihazı uşağa verməklə onu sakitləşdirirlər. Və bu sadəcə bir gün davam etmir. Bunun ardı-arası kəsilmir. Maraq çoxaldıqca valideynlər uşağın əlindən öz cihazlarını çətinliklə belə ala bilmirlər. Artıq vəziyyət elə bir həddə gəlib çatır ki, uşaq öz oyuncaqlarını deyil, telefonu qucaqlayıb yatır.  Və bu minvalla ona keçi, xoruz şeirini əzərlətmək istəyən valideynlər onun cavabında “maral” mahnısının sözlərini eşidirlər. Çünki uşaq telefonda sadəcə onlara baxır və onları dinləyir. Kiçik yaşlardan başlayan telefon sevgisi özünü böyük yaşlarda daha çox büruzə verir. Belə ki, düşdüyü mühit və işlədiyi iş yerində insanlara ünsiyyət problemi yaşayan belə insanlar heç bir zaman həyatda müvəffəq ola bilməzlər. Həyatın hər zaman mavi ekranda göründüyü kimi rəngarəng olacağını düşünən bu yazıqlar, birdən dünyanın ağ-qara üzüylə qarşı-qarşıya qalır. Hər zaman öz duyğu və xəyalları ilə yaşayan insanlar o xəyalları real həyatda kerçəkləşdirə bilmədiyi zaman fəlakət qopur. İntiharların sayı çoxalır  və əyləncəsiz əyləncələr baş alıb gedir. Burada bir şeyi də qeyd edim ki, duyğusallıq bəzi insanlarda içinə qapanma, insanlarla ünsiyyət qura bilməmək formasında özünü göstərir. Bu cür duyğusallıqda insan öz problemləri ilə maraqlanır. Allaha güvənərək ondan kömək istəməyi düşünmədiyi üçün özünü dünyada yalnız və çarəsiz hesab edir. Özünə qapanma insanlardan təcrid etmə, stressli olma, yas tutma və depressiyaya düşürür. Bu da cəmiyyətimizin problemi olan depressiyaya gətirib çıxarır. Bəli, bu da bizim sosial şəbəkələrlə sosiallaşmağın sosial problemlləri.

      Məqaləmi Avropada böyük restoranların birində yazılan düşündürücü bir yazı ilə tamamlayıram. “Hörmətli müştərimiz! Burada wi-fi yoxdur. Zəhmət olmasa bir-birinizlə danışın!”

Eldar KƏRİMOV

 

ÖNƏ ÇIXAN MƏQALƏLƏR

Sual-Cavab

Sual: Xalqın ...

Sual/Cavab

Sual: Diş dolğusu etdirmək ...

SUAL CAVAB

Sual: İslamda içki ...

Sual-Cavab

Sual: Şəfaət nə deməkdir? ...

Sual və Cavablar

Sual: Ana dildə namaz ...

Saytda Olanlar

İndi saytda 76 qonaq var və üzv yoxdur

Template Settings

Color

For each color, the params below will be given default values
Blue Oranges Red

Body

Background Color
Text Color

Header

Background Color

Spotlight3

Background Color

Spotlight4

Background Color

Spotlight5

Background Color

Footer

Select menu
Google Font
Body Font-size
Body Font-family
Direction