SJ News - шаблон joomla Авто

Sual: İslamda içki necə haram edildi?

  Cavab: İçki insanın həm fiziki, həm də ruhi cəhətdən sağlamlığına zərər vurduğu üçün bütün ilahi dinlərdə qadağan olunmuşdur. İslamdan əvvəl və İslamın Məkkə dövründə cahiliyyə ərəbləri içki içir və bunu həyatlarının bir hissəsi kimi qəbul edirdilər.

 Qeyd edək ki, ilkin mərhələdə Məkkədə nazil olan bir ayədə xurma və üzümdən əldə olunan içkidən bəhs olnmuş, lakin bu mövzuda qadağa qoyulmamışdı (bax. Nəhl, 16/67). Mədinədə içki nəticəsində ortaya çıxan zərərləri görən Hz. Ömərin müraciəti və Hz. Peyğəmbərin duası ilə nazil olan bir ayədə içkidə həm böyük günah, həm də müəyyən fayda olduğu, lakin günahının faydasından daha çox olduğu bildirildi (bax. Bəqərə, 2/219). Bundan sonra Əbdürrəhman ibn Əvfin verdiyi bir qonaqlıqda içilən içki üzündən axşam namazını qıldıran imamın xətalı oxuması nəticəsində nazil olan bir ayədə də, sərxoş ikən nə dediyini bilənə qədər namaza yaxınlaşmaq qadağan edildi (bax. Nisa, 4/43). Görüldüyü kimi, yuxarıdakı ayələrdə hələlik qəti qadağa qoyulmamışdı. Ancaq artıq bu mövzuda İslamın qətiyyət bildirən bir hökm ortaya qoyacağı açıq-aydın nəzərə çarpırdı.

               Bundan sonra Ütbə ibn Malikin etdiyi bir toy məclisində yenə içki içilmiş və sərxoşluq səbəbilə çıxan dava-dalaşda Səd ibn Vəqqas (r.ə.) yaralanmışdı. Sədin (r.ə.) vəziyyəti Rəsulullaha (s.ə.s.) çatdırıldı və sonra da içki mövzusunda islamın axırıncı hökmünü bildirən bu ayə nazil oldu: “Ey iman gətirənlər! Şərab da (içki də), qumar da, bütlər də, fal oxları da Şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız! Şübhəsiz ki, Şeytan içki və qumarla aranıza ədavət və kin salmaq və namaz qılmaqdan ayırmaq istər. Artıq bu işə son qoyacaqsınızmı? (Maidə, 5/90, 91).              

   Hz. Peyğəmbər də yuxarıdakı ayələri izah edərək buyurur: “Hər sərxoş edən şərab və hər şərab haramdır (Buxari, Ədəb, 80; Müslim, Əşribə, 5), “Çoxu sərxoş edənin azı da haramdır (Tirmizi, Əşribə, 3; Əbu Davud, Əşribə, 5).     

   Vurğulamaq lazımdır ki, Hz. Peyğəmbər dövründə üzüm və xurma suyu kimi müəyyən məhsullardan əldə olunan spirtli içkilərdən sonra zamanla müxtəlif adlar altında çoxlu sayda bitkidən əldə olunmuş xaşxaş, həşiş, kokain kimi maye, yaxud qatı olmaqla ağlı başdan alan maddələr meydana gəlmişdir. Adından asılı olmayaraq, yedikdə, içdikdə, damara vurduqda və ya çəkdikdə sərxoş edən, ağlı başdan alan xüsusiyyətə malik olan hər bir maddə bilavasitə içki çərçivəsinə daxil olub haram sayılmışdır.

   Onu da qeyd etmək lazımdır ki, içki içmək haram olduğu kimi, onun ticarəti də qəti qadağandır. Bu mövzuda bütün islam alimləri həmrəydir. Hz. Ənəsdən belə dediyi rəvayət olunmuşdur: “Allahın Rəsulu içki səbəbilə on nəfəri nələtləmişdir: İstehsal edəni, istehsal etdirəni, içəni, daşıyanı, daşıtdıranı, içirəni, satanı, pulunu yeyəni, satın alanı və aldıranı…” (Tirmizi, Büyu, 59; İbn Macə, Əşribə, 6).

               Sual: Lotereya kimi oyunlar da qumardırmı?

               Cavab: Ayədə qumar “meysir” kəlməsi ilə ifadə edilmişdir. Bu da “asanlıq” mənasına gələn “yüsr” kökündəndir. Yorulmadan, alın təri olmadan, asanlıqla qazanc əldə olunduğu və ya itirildiyi üçün həmin ad verilmişdir. Qumar içki ilə birgə qadağan olunmuşdur: “Ey iman gətirənlər! Şərab da (içki də), qumar da, bütlər də, fal oxları da Şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız! Şübhəsiz ki, Şeytan içki və qumarla aranıza ədavət və kin salmaq və namaz qılmaqdan ayırmaq istər. Artıq bu işə son qoyacaqsınızmı? (Maidə, 5/90, 91)       

   Qumar insana yaradanı unutduran, namaz qılmağa maneçilik törədən, tənbəlliyə sürükləyən, əmək qabiliyyətini ortadan qaldıran, insanlar arasına kin, ədavət və nifaq salan haqsız qazanc (əsassız varlanma) yoludur. Neçə-neçə ailələr və sərvətlər qumar üzündən məhv olmuşlar.

   Odur ki, adı nə olursa olsun, əmək və ya sərmayə riski daşımayan bəxt oyunları qumar hesab olunur. Ancaq hər hansı bir işlə məşğul olan fiziki və ya hüquqi şəxs müştəri cəlb etmək məqsədilə müştərilər arasında püşk atmaq surətilə, yaxud müəyyən miqdarda alış-veriş edənlərə müxtəlif hədiyyələr verə bilər. Bunda dini baxımdan hər hansı günah yoxdur. Lakin lotoreya və buna oxşar oyunlar belə deyil. Çünki bu kimi oyunlarda bilet alanların pulları yığılır, sonra qalib gələn oradan öz payını götürür, oyunu təşkil edənlər isə ən çox məbləğləri əldə edirlər. Belə olan halda, bu kimi bəxt oyununu oynadanlar müəyyən bir işlə məşğul olaraq və həmin işdən qazandıqlarının bir hissəsini ayıraraq müştərilərinə bağışlamırlar. Yəni, bilet alanlar verdikləri pul müqabilində hər hansı əşya almır, yaxud onlara hər hansı xidmət göstərilmir, eləcə də qoyduqları pulları oyun oynadanlara və ya qalib gələnlərə bağışlamırlar. Çünki bilet alanın məqsədi az verib çox qazanmaqdır. Bu da, məhz qumarın bir növüdür. Yəni, beş-altı nəfərin ortaya pul qoyub zər ataraq, kart çəkərək, atları yarışdıraraq və s. kimi yollarla pul götürməsi ilə lotoreya kimi oyunlar arasında heç bir fərq yoxdur. Ancaq dükandan, marketdən alış-veriş edən verdiyi pulun müqabilində əşya alır, market sahibinin verdiyi hədiyyə isə, onun öz qazancından verdiyi hədiyyədir.

Sual: Parfümeriya mağazalarından aldığımız, tərkibində spirt olan ətirlərdən istifadə etməyin hökmü nədir? Bu cür ətirlərin dəydiyi paltarlarla qılınan namaz səhihdirmi?

Cavab: İslam dini istər maye, istər qatı olsun sərxoşedici maddələrin, sərxoş olmaq məqsədilə istifadə olunmasını qətiyyətlə qadağan etmişdir. Lakin tərkibində spirt olan ətirlərdən təmizlik və ətir məqsədilə istifadə olunması mövzusunda müxtəlif fikirlər irəli sürülmüşdür. Belə ki, İslam alimlərinin əksəriyyətinə görə, şərab nəcisdir (bax. Maidə, 5/90). Paltara, bədənə və ya namaz qılınan yerə ovuc içi qədər bulaşsa, namaza əngəldir. Şərabdan başqa və içilən zaman azı və ya çoxu sərxoşluq verən içkilərin nəcis olduğuna dair isə hər hansı dəlil yoxdur. Məhz bu səbəbdən bunlar nəcis deyil, sərxoşedicilik xüsusiyyəti səbəbilə içilməsi haram, ancaq bədən, paltar və ya namaz qılınan yerə tökülməsi namazın səhih (etibarlı) olmasına hər hansı əngəl təşkil etməz. Tibbi spirtdən istifadə etmək də buna daxildir.

Anar Qurbanov

 

Saytda Olanlar

İndi saytda 41 qonaq var və üzv yoxdur

Template Settings

Color

For each color, the params below will be given default values
Blue Oranges Red

Body

Background Color
Text Color

Header

Background Color

Spotlight3

Background Color

Spotlight4

Background Color

Spotlight5

Background Color

Footer

Select menu
Google Font
Body Font-size
Body Font-family
Direction