SJ News - шаблон joomla Авто

Sürrənin lüğət mənası: qızıl, pul və ya qiymətli əşyaların qoyulduğu kisə deməkdir.

 Piramidaya oxşar formada hazırlanardı. Əvvəllər qara rəngdə olsa da, sonralar isə  yaşıl rəngə boyanmışdır.  Üzərində qızılı tellərdən naxış və yazılarla bəzədilən “sürrə” dəvələrə  yüklənib zəvvar və əsgərlər tərəfindən müşayiət  olunardı. Padşahlar tərəfindən Mədinə və Məkkə əhalisinə paylamaq üçün aparılan qızıl, pul və dəyərli əşyalar “sürrə alayı” adı verilən bu qrup vasitəsi ilə daşınırdı.  Əsgərlər eyni zamanda zəvvarların yolda üzləşdikləri çətinliklərdə onlara kömək edir, 90 gün davam edən məşəqqətli səfərdə yol  boyunca hər hansı bir basqın, soyğun hadisələrinə qarşı da hacıların təhlükəsizliyini  təmin edirdilər.  Tarixçilərin bildirdiyinə görə, bu xidmət ilk dəfə Abbasi xəlifəsi Müqtədir Billahın dövründə başlamışdır. Abbasilərdən sonra  Fatimilər, Eyyubilər və Məmlüklülər dövründə də bu ənənə davam etdirildi. Məsələn, Məmlük sultanı Baybars həcc ziyarətinə gedərkən Kəbənin yeni  örtüsünü də özü ilə aparmışdı. Bağdad, Dəməşq və Hələb kimi böyük şəhərlərdən də həcc karvanları təşkil olunurdu. Hər karvanın özünün sürrəsi və mahmili (göndərilən hədiyyələr) olurdu.

Osmanlılar dövründə Sultan Mehmed Çələbi 1413-1421 tarixləri arasında Sürrə alayını ilk dəfə göndərən padşah olmuşdur. II Murad dövründə göndərilən Sürrə alayında artım müşahidə edilmişdir. O, Ankaranın Balıkhisar bölgəsinə aid kəndlərdən gələn gəlirləri və Manisadakı mülkünün üçdə birini Məkkə və  Mədinəyə sərf etmişdir. Hərameyni-Şərifeyn Osmanlı idarəsinə keçdikdən sonra mütəmadi olaraq hər il Məkkə və Mədinəyə sürrə alayı göndərilmişdir.

Sürrə alayının yola düşmə mərasimi Abbasilər, Məmlüklülər və Osmanlılarda həm dini, həm də siyasi cəhətdən  çox əhəmiyyətli idi. Belə müqəddəs səfərə çıxan zəvvarlara yardım  və xidmətlərə əhəmiyyət verilmiş, həm də  bu uğurlama təmtəraqlı şəkildə yerinə yetirilmişdir. Rəcəb ayının 12-dən başlayan bu mərasimdə padşahın iştirakı ilə sürrə ağasına kisələr və dəftərlər verilərdi. Hərameyn  rəisinə çatacaq “hümayunnamə”nin  verilməsi ilə mərasim başa çatardı. Topqapı sarayında başlayan bu  təntənəli mərasim Üsküdardan İzmit, Akşehir, Konya, Adana, Antakya, Hama, Şam, Məan yolu ilə  davam edərək Mədinə və Məkkədə başa çatardı. Çox sayda əhalinin iştirakı ilə keçirilən bu mərasim Osmanlının süqutuna qədər davam etmişdir.

1863-cü ildə Payas bölgəsində sürrə alayına quldurların hücumu baş vermişdi. Bu hadisədən sonra zəvvarların təhlükəsizliyini təmin etmək üçün 1864-cü ildən etibarən dəniz yolundan istifadə edildi və hacılar yollarını Beşiktaş limanından Beyruta, oradan da Şam şəhərinə saldılar. Şam şəhərinə çatan qafilə  Ramazan bayramını burada qeyd edər,  sonra zəvvarlar Hərameynə  tərəf karvan yolu ilə hərəkət edərdilər. İstanbuldan yola çıxan mahmillərə “Mahmili-hümayun”, Qahirədən  göndərilənə isə  “Mahmili-misri” deyilirdi. Mahmili-misri qafiləsi Qahirə küçələrində gəzdirilər, Süveyş üzərindən Ciddəyə yola düşərdi. Bu mərasim 1952-ci ildə Misirdə baş verən çevrilişdən sonra ləğv olundu.

II Əbdülhəmid tərəfindən 1900-1908-ci illərdə Şam və Mədinə arasında  Hicaz dəmir yolu inşa edildi. Dəmir yolu səfərləri karvanla gediləndən daha qısa müddətli olduğu üçün qafilələr  şəvval ayında yola çıxmağa başladılar.

İanələrlə tikilən bu yola ilk ianəni Sultan Əbdülhəmid özü vermişdir. İanələrin bir mərkəzdə toplanması üçün “Hicaz şiməndifər xətti ianəsi” fondu yaradıldı. Hicaz dəmir yolu inşaatında 2666 kargir (işin görülməsinə xidmət edən) körpü və mənfəs, 7 dəmir körpü, 9 tunel, 7 gölməçə, 37 su anbarı, 2 xəstəxana, 3 emalatxana inşa edilmişdir. Dəmir yolunun mühəndisi alman idi, o cümlədən  digər ölkələrdən onlan əcnəbilərdən də istifadə edilirdi. 1 sentyabr 1906-cı ildə “medayini-salihə” adlanan yerə qədər gəlib çatdılar. Bundan sonrakı tikinti işləri, mühəndis və işçilər olaraq, tamamilə müsəlmanlar tərəfindən görüldü. Belə bir xeyir işinə Osmanlılar çox böyük həssaslıq və ehtiramla yanaşırdılar. Hətta II Əbdülhəmid xan “Peyğəmbərimin  ruhaniyyətini narahat etməyin, relslərə keçə döşəyin  deyə əmr vermişdi. Beləliklə, qatar Mədinə şəhərinə səs-küy salmadan daxil olurdu. Stansiyanın şəhərdən kənarda inşa edilməsinin bir səbəbi vardı: stress, baş qarışıqlığı və yol yorğunluğu ibadətə sirayət etməsin. Beləliklə, şəhər xaricində dincini alan zəvvarlar daha hüzurlu bir şəkildə məscidə gəlirdilər.

İnşası 1908-ci ildə başa çatan dəmir yolu ilə yola salınan qatar avqust ayının  27-si Mədinəyə ilk səfərini etmişdir. Şam və Mədinə arasında 40 gün çəkən yolçuluq dəmir yolu vasitəsilə 72 saata düşmüşdü. Hərəkət saatı namaz vaxtlarına görə təyin edilirdi. Səfər qatarındakı vaqonlardan biri məscid olaraq dizayn edilmişdi. Mübarək günlərdə Mədinəyə daha sərfəli, ucuz  qiymətlərlə səfər edilirdi.

Müharibə vaxtı ingilis təyyarələrindən atılan bombalar nəticəsində dəmir yolu xeyli zərər gördü. Daha sonra Lavrens adlı ingilis kəşfiyyatçısı tərəfindən, quldur-qaçaqlara rels başına 1 qızıl vədi ilə, dəmir yoluna böyük zərər vurulmuş oldu. Axırıncı səfər 1918-ci ildə Mədinədəki müqəddəs əmanətlərin İstanbula daşınması ilə başa çatdı.

 

Zaur ORUCOV

 

ÖNƏ ÇIXAN MƏQALƏLƏR

Sual-Cavab

Sual: Xalqın ...

Sual/Cavab

Sual: Diş dolğusu etdirmək ...

SUAL CAVAB

Sual: İslamda içki ...

Sual-Cavab

Sual: Şəfaət nə deməkdir? ...

Sual və Cavablar

Sual: Ana dildə namaz ...

Saytda Olanlar

İndi saytda 70 qonaq var və üzv yoxdur

Template Settings

Color

For each color, the params below will be given default values
Blue Oranges Red

Body

Background Color
Text Color

Header

Background Color

Spotlight3

Background Color

Spotlight4

Background Color

Spotlight5

Background Color

Footer

Select menu
Google Font
Body Font-size
Body Font-family
Direction