SJ News - шаблон joomla Авто

Qurani-Kərimdə işlənən "teavün" sözü, "yardımlaşma" mənasını verir.

Təxminən əlliyə qədər ayədə "infaq" anlayışı istifadə edilir. İnfaq; lazımlı və gerçək ehtiyacları qarşılayacaq yardımı, möhtac olana çatdırmaq deməkdir. Bu yardım, imkan sahibinin yoxsula bir lütfü deyil. Qurana görə, Allah Təalanın kasıblar üçün təyin etdiyi bir haqdır. "Onların mallarında yardım istəyənlər və ehtiyaclarını dilə gətirməkdən çəkinənlər üçün müəyyən bir haqq vardır”. Qurani-Kərim ilk enən ayələrindən etibarən bu yardımı vurğulamışdır. Daha sonra gələn bir ayə imandan, namazı lazım olduğu kimi qılmaqdan sonra üçüncü vəzifə olaraq infaqı bildirmişdir: "O kəslər ki, qeybə iman edər, namazlarını lazım olduğu kimi qılar və özlərinə lütf etdiyimiz nemətlərdən infaq edərlər". İnfaq haqqındakı ayələrdən biri də budur: "Sənə nəyi infaq edəcəklərini soruşurlar. De ki: Ehtiyacın olandan çoxunu! Baxın, düşünəsiniz deyə Allah ayələrini belə izah edir". İnsanların ehtiyaclarını aradan qaldırmağa köməkçi olmayan kəslər, ehtiyaclarından çox olan mallarına görə məsul olacaqlar". Allahdan başqa yaradıcı olmadığından mülkün tək sahibi Odur. O əlimiz altındakı bütün nemətləri əmanət olaraq vermişdir. Həyatı və ölümü, kimin yaxşı bir iş ortaya qoyacağını göstərmək, sınamaq üçün o yaratmışdır. Maddi imkanlarımızın da ehtiyacımızdan çox olan qisimini, möhtaclara paylama şərəfi ilə bizi şərəfləndirmək istəyir. İnfaq, hər şeydən əvvəl sərvəti bizə nəsib edən Rəbbimizə bir təşəkkür, yəni şükür vəzifəsini yerinə yetirməkdir. Nankorluq etməkdən qurtuluşdur. "Edilən yardım, yoxsulun əlinə çatmazdan əvvəl Rəhmana çatar", hədisi-şərifi bu gerçəyi ifadə edir. Digər tərəfdən infaq, verənin hörmətini artırar, onu ucaldar. Ayəyi-kərimə bunu belə açıqlayır: "Möminlərin mallarından zəkat al ki, bununla onları təmizləyəsən və saflaşdırasan".

Müsəlman infaq edərək malına güvənməyərək, Rəbbinə güvəndiyini göstərər. Bu da onun imanını gücləndirər, şəxsiyyətini qüvvətləndirər. Gələcək üçün narahatlığından, maddi səbəblərə və şərtlərə əsir olmaqdan qurtarar. Allah Təala quluna dəyər qazandırmaq üçün, onun verməsini istəyir. Beləcə verən insan, özünü aşır, içində şeytana köməkçi olan hisslərə etiraz edir, faniyə aldanmamağı öyrənir. İnsanın bu mərtəbəni qazanması, Allah qatında, onun çox mal sahibi olmasından və ya çox mal xərcləməsindən daha əhəmiyyətlidir. Nə xoşbəxt Allah yolunda malını xərcləyən o kimsəyə ki, infaq etdiyi fani mal ilə, baqi Allahı, Onun məmnuniyyətini qazanar. Ən üstün mərtəbə olan "razılıq" mərtəbəsinə yüksələr: Allah yolunda xərcləmənin mükafatı, axirətdə Cənnət kimi əbədi bir xoşbəxtlikdir. Dünyada isə, Allah üçün verdiyi malın yerinin, Onun tərəfindən doldurulmasıdır. O belə təminat verir: "De ki, Rəbbim dilədiyi kimsənin nəsibini bollaşdırar, dilədiyinin nəsibini də qısar. Siz xeyir yolunda hər nə

xərcləsəniz Allah onun yerini doldurar. O, ruzi verənlərin ən xeyirlisidir". Peyğəmbərimiz (s.ə.s.): "Mal, yardım etdikcə azalmaz", buyurmuşdur. Saysız təcrübələrlə bu vəd görünür.

Zəkat: "Artma, çoxalma, bərəkət, təmizləmə mənalarını verir. Yoxsul zümrələrin haqqı olan zəkatın onlara çatması, hər şeydən əvvəl onların qürurlarını qoruyar, onların mənəviyyatlarını yüksəldər. Ayrıca artan satın alma gücü sayəsində yüksələn ümumi tələb həcmi, iqtisadi həyatı da hərəkətləndirər. Bu məqamda Hz. Əlinin (r.a.) çox əhəmiyyətli bir xitabını qeyd etmək istərdim. Hz. Əli, pulu əlinə alıb ona belə demişdir: "Ey pul! Sən elə bir şeysən ki, ancaq əldən çıxarıldığın zaman işə yarayarsan". Pul, qızıl və s. külçə halında insanın yanında dayansa heç bir işə yaramaz. Nə vaxt insan onu yerində sərf etsə, o zaman funksional olar, işə yarayar. Bəli, insan mal yığmaqla yalnız onu yığan bir işçi olar. Toplamaq, yığmaq, qazanmaq, sayıb dayanmaq, sonra bir yerə sövq etmək, qazancının hesablarını aparmaq, əylənərək həyatını istehlak edər. Qazanc sahibinin bir az da özünə zaman ayırması lazım deyilmi? Peyğəmbərimizin (s.ə.s.) hədisində bildirdiyi kimi: "Adəmoğlu “malım” “malım” deyər. Sənin malın yalnız yeyib istehlak etdiyin, geyinib köhnəltdiyin və Allah yolunda xərcləyib axirətə göndərdiyindir. Bunun xaricində qalan isə sənin deyil, insanlara verdiyindir". Zəngin ilə yoxsul arasında güvən, sevgi və hörmət körpüləri qurar, insanları yaxınlaşdırar. Kasıbları həsəddən, qısqanclıqdan qurtarar. İsraf kimi Şeytanı sevindirən tərəfləri aradan qaldırar. Xeyirsizlik, dilənçilik kimi vəziyyətləri azaldar. İnsanın, cəmiyyətdə birlikdə yaşadığı kəslərə köməyi, nəticədə yenə özünə dönər. Beləcə insan, eqoizm xəstəliyindən və zillətindən xilas olduğu kimi başqalarının da xilas olmasına vəsilə olar. Beləliklə, bütün cəmiyyət qazanar. Cəmiyyət pozulsa, fərdləri bir-birinə maraqsız, düşmən hala gəlsə, bütünlüklə millət məhv olar.

Bildiklərindən başqalarını da faydalandırmaq, zamanını insanların xidmətində qiymətləndirmək, gözəl işlər etmək, lazım olduğunda bədəni ilə ehtiyacı olanlara kömək etmək fərqli infaq sahələridir. İslam, infaqı yalnız zənginlərə məxsus bir imtiyaz kimi görmür, bütün insanları da imkanları ölçüsündə bu gözəllikdə paylarının olmasını istəyir. Necə ki, Peyğəmbərimiz (s.ə.s.): "Yarım xurma ilə də olsa infaq edin ki, Allah da sizi axirətdə qurtarsın!" buyurmuşdur. Beləcə, əli darda olanlara da infaq etmənin zövqünü daddırmaq istəmişdir. Uca Rəbbimiz bu ayəyi-kərimədə əli darda olanları da infaqa təşviq edər: "O kəslər ki, bolluqda da, darlıqda da Allah yolunda infaq edərlər. Əsəbi olduqları zaman hirslərini udar, insanların qüsurlarını bağışlayarlar. Allah da belə yaxşı davrananları sevər". "Şirin söz, qüsur bağışlamaq; arxasından incitməmək edilən maddi yardımdan daha yaxşıdır. Çünki Allah ğanidir (sizin belə köməklərinizə möhtacı yoxdur), həlimdir. "Diqqət edilməli vəziyyətlər çoxdur. Əslində, bunları bir az da açıqlamaq lazımdır. Lakin yerimiz məhdud olduğundan yalnız başlıqlar halında bunlar deyilə bilər:

Hər şeydən əvvəl yardım, sırf Allah rizasını qazanmaq üçündür, O bizdən bunu istədiyi üçündür, Onun vəd etdiyi mükafatı ümid edərək edilməlidir.

Peyğəmbərizin (s.ə.s.) yolu ilə getmək, Onun Sünnətini yerinə yetirmək, beləcə üzərimizdəki haqqını bir az da olsa ifa etmək və onun şəfaətinə nail olmaq üçün edilməlidir.

Sağlam, gənc ikən, zəngin olmağı ümid etməklə yanaşı, hər şeyi itirmək və möhtac olmaq narahatlığı daşıyarkən yardım edilməlidir.

Tam ehtiyac zamanında verilməli. Gecikən köməyin çox dəyəri olmaz.

İnfaqda tələsmək lazımdır, çünki insan nə qədər yaşayacağını bilə bilməz.

Yardım etdiyin zaman keyfiyyətli mal verilməlidir.

Edilən yardımı geri qaytarmamalıdır.

Yardım olunan kəslərdən qarşılıq gözlənilməməlidir.

Riya və göstərişdən qaçınmalı. İçinə belə bir hiss düşərsə, kömək gizli edilərək ad eşitdirilməməlidir.

Gerçək ehtiyac yerləri müəyyənləşdirilməlidir. Məsələn, millətin gələcəyinə hökm edəcək olan yeni nəsilləri imanlı, bilgili və əxlaqlı şəkildə yetişdirəcək təhsil ocaqlarına, tam ehtiyac sahiblərinə verilməlidir.

 

 

Əlif Güldar

ÖNƏ ÇIXAN MƏQALƏLƏR

SUAL CAVAB

Sual: İslamda içki ...

Sual-Cavab

Sual: Şəfaət nə deməkdir? ...

Sual və Cavablar

Sual: Ana dildə namaz ...

Suallar və Cavablar

1. Həcc mərasiminin ...

Suala Cavab

Sual: Oruclu bir insanın ...

Saytda Olanlar

İndi saytda 23 qonaq var və üzv yoxdur

Template Settings

Color

For each color, the params below will be given default values
Blue Oranges Red

Body

Background Color
Text Color

Header

Background Color

Spotlight3

Background Color

Spotlight4

Background Color

Spotlight5

Background Color

Footer

Select menu
Google Font
Body Font-size
Body Font-family
Direction