SJ News - шаблон joomla Авто

1.  Təbiət intellekti – insanlarda heyvanları və bitkiləri hiss etmək qabiliyyətini müəyyənləşdirir.

 Bu qabiliyyət bizim keçmiş təkamülümüzdə qeyri-adi bir qabiliyyət, istedad hesab edilirdi. İbtidai ovçular və bitki toplayanlar bu qabiliyyətlərindən istifadə edirdilər. İndinin özündə də bu tip intellektlər bəzi sahələrdə, daha dəqiq desək, botanikada və aqronomiyada mühüm rol oynayır. Müasir cəmiyyət təbiətdən daha çox uzaqlaşdığından bu tip intellekt maraq kəsb etmir.

2. Musiqi intellekti – insanlarda addımı, ritmi, tembr və tonu ayırd etmək qabiliyyətini müəyyənləşdirir. Bu tip intellekt bizə musiqini duymaq, yaratmaq və ifa etmək qabiliyətini verir. Bu tip intellekt olmadan nə dirijorlarda, nə bəstəkarlarda, nə vokalistlərdə, nədə ki, dinləyicilərdə incə musiqi duyumu olmazdı.

3. Məntiqi-riyaziyyat intellekti – insanlarda məntiqi, riyazi hesablamaları daha tez tapmaq və hesablamaq qabiliyyətini müəyyənləşdirir. Məntiqi intellekt, adətən, riyaziyyatçılarda, alimlərdə və detektivlərdə daha çox inkişaf edir.

Bu tip intellektə malik olan gənclər ünsiyyətdən uzaq olurlar və qapalı olurlar. Onlar üçün rəqəmlər və məntiqi məsələlər daha maraqlıdır.

4.  Ekzistensial intellekt – insanlarda onların mövcudluğunun məna və məzmununun nədən ibarət olması haqqında dərin sualları ortaya qoya bilməsi qabiliyyətini müəyyənləşdirir. Bu tip intellektə malik olan adamlar həyatın mənası və insanların Yer üzünə nə üçün gəlməsi ilə bağlı yeni fikir və ideyalar ortaya qoymaq qabiliyyətinə malik olurlar.

5.  Fərdlərarası intellekt – insanlarda bir-birini dərindən anlamaq və başqaları ilə effekli sürətdə qarşılıqlı hərəkət etmək qabiliyyətini müəyyənləşdirir. Qarşılıqlı hərəkət dedikdə, effektli şifahi və qeyri- şifahi kommunikasiya, insanlar arasındakı müxtəlifliyi tez anlamaq, həmçinin, insanların əhval-ruhiyəsini və temperamentini yaxşı hiss etmək qabiliyyəti nəzərdə tutulur.

      Müəllimlər, sosial sfera işçiləri, aktyorlar və siyasətçilər bu tip intellektə malik olmalıdırlar. Bu tip intellektə malik olan gənclər adətən, öz həmyaşıdları arasında lider olurlar, ona görə yox ki, onlar güclüdürlər, ona görə ki, onlarla çox maraqlıdır və onlar hər bir kəsin keçirdiyi hissləri anlaya bilirlər.

6.  Cismani-kinestetik intellekt – insanlarda fiziki obyektlərlə  manipulyasiya etmək və müxtəlif fizioloji bilgilərindən istifadə etmək qabiliyyətini müəyyənləşdirir. Bu tip intellektə malik olanlar məkan və zamanda yaxşı orientasiya edə bilirlər. Əsasən, idmançılar, rəqqaslar, cərrahlar bu tip intellektə malik olmalıdırlar.

7.  Linqvistik intellekt – insanlarda fikirləşmək və öz fikirlərini çox dəqiq  interpretasiya etmək (hətta hamının çətin başa düşə biləcəyi sözləri belə) qabiliyyətini müəyyənləşdirir. Bu tip intellektə daha çox şair və yazıçılar, jurnalistlər, ictimai xadimlər malik olmalıdırlar.

8.  Şəxsiyyət intellekti - insanlarda özünü, öz fikirlərini, hisslərini dərk etmək və bundan həyatın planlaşdırılması prosesində istifadə etmək qabiliyyətini müəyyənləşdirir. Bu tip intellekt insanlara öz qabiliyyətini düzgün qiymətləndirmək və bu qabiliyyətdən qədərincə yararlanmaq imkanı yaradır.

     Bu tip intellektə əsasən, psixoloqlar malik olurlar və bununla belə bu adamlar əksər hallarda çox utancaq olurlar.

 

9. Məkan intellekti – insanlarda üçölçülü fikirləşmək qabiliyyətini  müəyyənləşdirir. Bu tip intellektə malik olanlar olduqları məkanı, qarşıda onları nələrin gözlədiyini yaxşı dərk edir və onlar olduqları məkanı və ondan soruşulan yerləri çox asanlıqla təsəvvüründə canlandıra və təsvir edə bilirlər.  

Əsasən, dənizçilər, təyyarəçilər, heykəltaraşlar, rəssamlar və memarlar bu tip intellektə malik olurlar. Onlar labirint, puzzle ilə daha  çox maraqlanır və saatlarla bir şəkilə baxa bilirlər.

 

Araşdırdı: Orucova Jalə / AZENS.AZ

Saytda Olanlar

İndi saytda 56 qonaq var və üzv yoxdur

Template Settings

Color

For each color, the params below will be given default values
Blue Oranges Red

Body

Background Color
Text Color

Header

Background Color

Spotlight3

Background Color

Spotlight4

Background Color

Spotlight5

Background Color

Footer

Select menu
Google Font
Body Font-size
Body Font-family
Direction