SJ News - шаблон joomla Авто

Zəka və ağıl çox vaxt eyni mənada istifadə edilsə də, tamamilə fərqli iki anlayışdır.

Zəka səbəb ilə nəticə arasındakı bağlılıqları tapmaq, bənzərlik və fərqlilikləri anlamağı təmin edir. Ağıllı bir insan zəkanın təmin etdiyi bütün üstünlükləri istifadə etməsi ilə yanaşı, zəkalı bir insanın sahib olmadığı bir qavrayış və qabiliyyətə də malikdir.

Ağıl insana zəkadan çox üstün bir anlayış qazandıran, dərin düşünə bilmək, doğrunu görə bilmək və hər hadisədə həll yolu tapa bilmək qabiliyyətidir. Bundan əlavə, ağıl həyatın hər sahəsinə hakim olan və bir çox məsələlərdə müvəffəqiyyət qazandıran bir qabiliyyətdir. İnsanın doğrunu yanlışdan ayıra bilməsini, həyatının hər anında ən doğru şəkildə düşünə bilməsini, ən düzgün qiymətləndirmələr edə bilməsini və ən məqsədəuyğun qərarları ala bilməsini təmin edir. Ağıl sahibi bir insan qarşılaşdığı hadisələrdə bir çox insanların görə bilmədiyi detalları görə bilir, dəqiq diaqnozlar qoya bilir və hadisələrdən doğru və hikmətli nəticələr çıxara bilir. Gələcəklə bağlı çox mərhələli düşünə bilir, qarşılaşıla biləcək vəziyyətləri əvvəlcədən müəyyənləşdirir və planlı şəkildə hərəkət edir. Eyni şəkildə, keçmişdəki təcrübələrini də ən yaxşı şəkildə qiymətləndirərək, bunları lazımlı yerlərdə şüurlu şəkildə istifadə edə bilir.

 

 Mənbə: /ensonxeber.az/

 

Saytda Olanlar

İndi saytda 55 qonaq var və üzv yoxdur

Template Settings

Color

For each color, the params below will be given default values
Blue Oranges Red

Body

Background Color
Text Color

Header

Background Color

Spotlight3

Background Color

Spotlight4

Background Color

Spotlight5

Background Color

Footer

Select menu
Google Font
Body Font-size
Body Font-family
Direction