SJ News - шаблон joomla Авто

Ümmü Haram  Mədinədə doğulmuşdu. Həzrəc qəbiləsinin Bəni Nəccar qoluna mənsubdur.

Atası; Milhan İbni Xalid, anası Məleykə binti Malikdir. Əsl adı  bilinmir. Ümmü Haram ləqəbiylə məşhur olmuşdur. O, Mədinənin ilk müsəlman xanımlarındandır. İslamdan əvvəl Əmr İbni Kays ilə evləndi. Kays və Abdullah adında iki oğlu oldu. İslam günəşi Mədinəyə yayılmağa başlayınca ərinin də müsəlman olmasını istədi. Hər vəsiləylə yoldaşını İslama dəvət etdi. Lakin əri bu dəvətə razılıq etmədi. Müsəlman olmağı qəbul etmədi. Çarəsiz qalan Ümmü Haram (r.a) müşrik ərindən ayrılmaq məcburiyyətində qaldı. Bir müşriklə həyatını davam etdirmək istəmədi. İffətiylə, təmkiniylə inancını daha dərindən yaşamağı arzu etdi. Bir müddət sonra Ənsardan olan məşhur səhabə Ubadə İbni Samit (r.a) ilə evləndi

İki Dünya Günəşi Əfəndimiz tez-tez süd bibi olan Ümmü Haram (r.a) ın evini ziyarət edərdi. Bəzən günorta  dinlənməsini orada edərdi. Bir gün Rəsulu Əkrəm (s.ə.s) əfəndimiz bu evdə bir az söhbət etdikdən sonra yuxuya getdi. Bir müddət sonra gülümsəyərək oyandı. Əfəndimizin təbəssüm edərək oyanmağına heyrətlənən Ümmü Haram (r.a): "-Ya Rəsulullah! Anam-atam sənə fəda olsun. Nə üçün gülürsünüz?" deyə soruşdu. Əfəndimiz də: "Ey Ümmü Haram! Ümmətimdən bir qisminin gəmilərə minib kafirlərlə döyüşməyə getdiyini gördüm" buyurdu. Gələcəkdə olacaq dəniz döyüşlərinə işarə etdi.

Ümmü Haram (r.a) şəhidlik həsrətiylə yanmaqda idi. Bu xəbəri eşidincə həyəcanlandı. O səfərə gedənlərin arasında olmağı arzu etdi və: "Ya Rəsulullah! Dua etsəniz  mən də onlardan biri olsam" deyə xahiş etdi. İki Dünya Günəşi Əfəndimiz də onun istədiyinə: "Ya Rəbbi! Bunu da onlardan et" deyə dua edərək cavab verdi. Sonra yenidən istirahət etmək üzrə sağ yanı üzərinə uzandı.

Çox bir zaman keçməmişdi ki, Əfəndimiz yenə təbəssüm edərək qalxdı. Ümmü Haram (r.a) yenə gülümsəməsinin səbəbini soruşdu. Əfəndimiz: "Bu dəfə də ümmətimdən bir qisiminin padşahların taxtlarına oturduqları  kimi dəbdəbəli bir halda döyüşə getdiklərini gördüm" dedi. Ümmü  Haram (r.a) təkrar dua etməsini xahiş etdi. Özünün də onların arasında olmağı arzu etdiyini söylədi. Rəsulullah (s.ə.s) Əfəndimiz ona: "Sən əvvəlkilərdənsən" buyurdu. Onun dəniz səfərində iştirak edəcəyini xəbər verdi.

Zaman sürətlə keçi. İki Dünya Günəşi Əfəndimiz dünyadan ayrılmışdı. Ümmü Haram (r.a)ın əri Ubadə İbni Samit (r.a) Humusda təbliğ etmək üzrə vəzifələndirildi. Birlikdə Humusa getdilər. Uzun bir müddət orada İslamın yayılması üçün səy göstərdilər.

Hz. Osman (r.a)ın xəlifəlik dövründə bir donanma hazırlandı. Bununla Kipr adasını fəth etmək üçün səfərə çıxdılar. Bu müsəlmanların ilk dəniz səfəri idi. Ubadə İbni Samit (r.a) ilə xanımı Ümmü Haram (r.a)da bu səfərə qatılmışdılar. 86 yaşlarına girmiş olan Ümmü Haram (r.a) bütün çətinliklərə sinə gərir, çətinliklərə dözürdü. Səfərin verdiyi məşəqqətlərdən  şikayət etmirdi. Onun könlü İslamı təbliğ həyəcanıyla dolu idi. Kiprdəki insanlara İslamı çatdırma sevinci içərisində səfərinə səbir və mətanətlə davam edirdi. O, Rəsulullah (s.ə.s)ın verdiyi müjdəni xatırlayaraq şəhidlik həsrəti içində gümrah hərəkət etməyə çalışırdı. Cənabı Haqqın şəhidlərə hazırladığı ikramları düşünür, ona qovuşmanın sevinciylə çəkdikləri çətinliklərə məhəl qoymurdu. Yaşlı halıyla onun bu sevinci, gümrahlığı digər əsgərlərə də nümunə olurdu. Onların səbirlərinin artmasına vəsilə olurdu. Uzun və yorucu bir səfərdən sonra donanma Kiprə çatdı. Əvvəl oradakı insanları müsəlman olmağa dəvət etdilər. Qəbul etməyincə cizyə vermələrini təklif etdilər. Rumlar buna da qəbul etmədilər və şiddətli vuruşmalar başlamış oldu. Qısa zamanda Rum donanması məğlub edildi. Döyüş quruda davam etməyə başladı. Daha çox müqavimət göstərə bilməyən, Rumlar cizyə verməyi qəbul edərək barışmağı təklif etdilər.

Ümmü Haram (r.a) yaşlı olmasına baxmayaraq yerində dayana bilmirdi. Həsrətini çəkdiyi şəhidlik mərtəbəsinə qovuşmaq üçün yaşının üstündə canlılıq və səy göstərirdi. Bir an əvvəl nəticəyə çatmaq istəyirdi. Gənc əsgərlər onun bu halına çaşırlar və ona baxaraq daha da həvəsə gəlirdilər.

O, yaşlı mücahidə  əsgərlərlə birlikdə Kipr içlərinə doğru dalıb getdi. Larnaka yaxınlarına çatdığında mindiyi atın ayaqlarının büdrəməsi nəticəsində yerə yıxıldı və orada da ruhunu təslim etdi. Beləcə çox darıxdığı şəhidlik mərtəbəsinə qovuşmuş oldu.

 

Sevinc Vəkilova

ÖNƏ ÇIXAN MƏQALƏLƏR

SUAL CAVAB

Sual: İslamda içki ...

Sual-Cavab

Sual: Şəfaət nə deməkdir? ...

Sual və Cavablar

Sual: Ana dildə namaz ...

Suallar və Cavablar

1. Həcc mərasiminin ...

Suala Cavab

Sual: Oruclu bir insanın ...

Saytda Olanlar

İndi saytda 71 qonaq var və üzv yoxdur

Template Settings

Color

For each color, the params below will be given default values
Blue Oranges Red

Body

Background Color
Text Color

Header

Background Color

Spotlight3

Background Color

Spotlight4

Background Color

Spotlight5

Background Color

Footer

Select menu
Google Font
Body Font-size
Body Font-family
Direction