SJ News - шаблон joomla Авто

Böyrək daşı xəstəliyi çox yayılmış pozulmadır.

Bu xəstəliyin səbəbləri arasında: irsiyyət, azhərəkətli həyat tərzi, susuzlaşma, maddələr mübadiləsinin pozulmaları, bəzi vitaminlərin (xüsusilə A və D) çatışmazlığı, sidik ifrazı sisteminin iltihabları və s.

Həmçinin düzgün olmayan qidalanma, bəzi qidaların həddindən çox qəbulu də böyrək daşı xəstəliyinin inkişafına səbəb ola bilər. Böyrəklərdə daşların əmələ gəlməsinə bu kimi qidalar səbəb ola bilər:

– İspanaq, turşəng

Bu göyərtilər oksalat duzları ilə zəngindir. Oksalatlar böyrəklərdə yığılaraq daşlar əmələ gətirir. Böyrəklərdə yığılan daşların 80%-ni məhz oksalat daşları təşkil edir.

Bundan əlavə kələm, çuğundur, krəviz və çiyələk də oksalatlarla zəngindir.

– Süd

Süd böyrəklərdə fosfat daşların yığılmasına səbəb olur.

– Qırmızı ət, heyvanın qaraciyəri, böyrəyi, beyini, ət bulyonları

Zülallarla zəngin olan ətin həddindən artıq miqdarda qəbulu böyrəklərdə urat daşların əmələ gəlməsinə səbəb ola bilər.

– Şəkər, şirniyyatlar, şirin un məmulatları

Bu kimi məhsullar sidikdə kalsiumun artmasına və sidik kisəsi, sidik axarları və böyrəklərdə kalsiumdan daşların əmələ gəlməsinə səbəb olur.

– Çay, qəhvə, şirin qazlı içkilər

Bu içkilərin həddindən artıq miqdarda qəbulu sidikdə oksalatların artmasına və daşların yaranmasına səbəb olur.

 

 

Mənbə: saglamheyat.com

Saytda Olanlar

İndi saytda 17 qonaq var və üzv yoxdur

Template Settings

Color

For each color, the params below will be given default values
Blue Oranges Red

Body

Background Color
Text Color

Header

Background Color

Spotlight3

Background Color

Spotlight4

Background Color

Spotlight5

Background Color

Footer

Select menu
Google Font
Body Font-size
Body Font-family
Direction