SJ News - шаблон joomla Авто

Sual: Oruclu bir insanın Ramazan boyu diqqət yetirməli olduğu məsələlər hansılardır?

Cavab:Hz. Peyğəmbərin (s.ə.s.) oruc tutmağı asanlaşdırmaq və orucun həm dünyəvi, həm də üxrəvi cəhətdən səmərəliliyini artırmaq üçün bir sıra tövsiyələri vardır:

1.   Sahur yeməyi yemək: o başdana duraraq imsak vaxtı girməzdən əvvəl oruc tutmaq məqsədilə yeyilən yeməyə “sahur” adı verilir. Sahurla bağlı Rəsulullah (s.ə.s.) belə buyurmuşdur: “Sahura durun! Çünki sahur yeməyində bərəkət vardır” (Buxari, Səvm, 20; Müslim, Siyam, 45); “Oruc tutmaq istəyən sahurda yesin!” (İbn Hənbəl, III, 367); “Sahur yeməyi ilə gündüz tutacağınız oruca, günorta üstü yataraq (qeylülə) da təhəccüd namazı üçün güc toplayın” (İbn Macə, Siyam, 22).

İftarı axşam namazı qılmazdan əvvəl etmək: xurma və ya başqa şeylərlə, yaxud su ilə iftar etmək müstəhəbdir. Çünki Rəsulullah (s.ə.s.) orucunu, məhz belə açardı. Bir hədisdə belə buyurulur: “Ümmətim iftarı tələsik edib sahuru gecikdirdiyi müddətdə xeyir üzrədir” (Buxari, Səvm, 45; Müslim, Siyam, 48).

3.   Oruc açarkən iftar duası oxumaq: “Ey Allahım! Sənin rizan üçün oruc tutdum, sənin verdiyin ruzinlə iftar etdim və yalnız sənə təvəkkül etdim. Bu orucumu qəbul et və məni bağışla! Şübhəsiz ki, sən hər şeyi eşidən və bilənsən” (Əbu Davud, Səvm, 22, İbn Macə, Siyam, 48).

4.   Oruclulara iftar vermək: imkanlı olanların xüsusilə yoxsullara iftar verməsi müstəhəbdir. Hz. Peyğəmbər (s.ə.s.) belə buyurur: “Orucluya iftar verən, onun alacağı qədər savab qazanır və oruclunun savabından da hər hansı azalma olmaz” (Tirmizi, Səvm, 82).

Sual: Oruclu halda yaraya dərman qoymaq və iynə vurdurmaq olarmı?

Cavab: İlk növbədə qeyd etmək lazımdır ki, əksər alimin fikrincə, orucun pozulması üçün insan bədəninə normal yoldan, yəni boğazdan ya da burundan içəri hər hansı bir şey daxil olmalıdır. Bundan başqa, qulaq və ya buruna damladılan dərman boğaz yolu ilə birbaşa mədəyə daxil olduğu üçün orucu pozur. Qulağa girən və ya tökülən su isə, orucu pozmur. Gözə tökülən bir dərman boğazda hiss edilsə belə orucu batil etmir. Çünki göz boğazla birbaşa yox, dolayı yolla əlaqəlidir.

Dərmandan istifadə etmək, iynə və ya peyvənd vurdurmağın orucu pozub-pozmadığına gəlincə: İslamda xəstə oruca tab gətirmək şərtilə oruc tuta bilər. Qeyd etmək lazımdır ki, ağız, burun, ön və arxa kimi normal yollardan oruclu ikən qəbul edilən yemək, içmək, dərman və bu kimi şeylərin orucu pozduğunda İslam alimləri arasında ixtilaf yoxdur.

Bundan başqa, Əbu Hənifəyə görə, qarın boşluğuna və ya beyinə qədər çatan dərin yaralardan ötrü vurulan iynə qarın boşluğuna və ya beyinə çatdığı zaman oruc pozulur və qəza edilməlidir. Belə olan təqdirdə, əzələ daxilinə və damara vurulan iynə orucu pozur. Çünki bu yolla vurulan iynə, peyvənd və s. vücudun hər tərəfinə yayılır. Buna görə də peyvənd və iynəni, zərurət olmayan hallarda iftardan sonraya saxlamaq daha məqsədəuyğundur.

Lakin İmam Məhəmməd və Əbu Yusifə görə, bir şey normal yolla bədənə daxil olmazsa, oruc pozulmaz. Çünki oruc “normal bir yoldan, ağız və ya burun kimi bir üzvdən bədənə heç nə daxil etməmək surətilə nəfsi saxlamaq” şəklində tərif edilmişdir. Bu mövzuda dərin bir yaradan ötrü vurulan iynənin qarına və ya beyinə çatması mühüm əhəmiyyət kəsb etmir. Çünki iynə bədənə qeyri-normal yolla daxil olmuşdur. Odur ki, iynə və ya peyvənd orucu pozmur. Əzhər Univetsitetinin fitva qurumu  1948-ci ildə “Bədənin normal dəlikləri istisna olmaqla, qalan hər hansı bir yerindən içəri daxil olan hər hansı şey orucu pozmur” şəklində fətva verilmişdir.

Vurğulamaq lazımdır ki, dövrümüzdə müctəhid imamlar zamanında olmayan və aclığı, susuzluğu aradan qaldıran və ya oruca qarşı bədənin müqavimətini artıran iynə və s. kimi şeylərdən istifadə olunması oruc ibadətini məqsədindən uzaqlaşdıra bilər. Çünki bir çox dərman yerinə onun əvəzedici iynəsi də vardır. Həb şəklində udulan dərman orucu pozduğu halda, eyni dərman maye halında iynə kimi əzələyə vurulanda orucun pozulmaması ziddiyyət təşkil edir. Buna görə də gündüz dərman qəbul etməyə məcbur olan xəstələrin orucu qəzaya qoymaları, vəziyyəti daha yüngül olanların isə, iynəni iftardan sonra vurdurması ən ehtiyatlı davranışdır.

Bundan başqa, udulması qeyri-normal olan, lakin uzaq durulması qeyri-mümkün və çətin olan şeylərin udulması orucu pozmaz. Məsələn, duman, toz və s. Ancaq dərmanın, məsələn dişə qoyulan bir dərmanın udulması orucu pozar.

Sual: Əgər bir adam gecə oruca niyyət etsə, lakin səhər sahura dura bilməsə nə etməlidir? Bu vəziyyətdə adamın sahursuz oruc tutmağa gücü və taqəti yoxdursa nə etməlidir?

Cavab: Bütün islam alimləri həmfikirdir ki, sahurə dura bilməyən və hər hansı ciddi xəstəliyi olmayan bir şəxsin sahura durmamağı üzr kimi qəbul edilmir, yəni mütləq şəkildə orucunu tutmalıdır. Lakin bir şəxsin hər hansı ciddi xəstəliyi varsa və həkim diaqnozu ilə gecə obaşdana durub yemək yemədən, eləcə də dərmanını qəbul etmədən oruc tutmasına qadağa qoyulması bundan istisna edilir. 

Sual: İsti yay günlərində sərinləmək məqsədi ilə yuyunmaq orucu pozarmı?

Cavab: Sərinləmək məqsədilə yuyunmaq (boğazdan, burundan içəri su getməmək şərtilə) orucu pozmur. Bundan əlavə, bəzi alimlər sərinləmək məqsədilə olsa belə bunu caiz hesab etmişlər, çünki insana canlılıq, gümrahlıq verir və oruclu bunun sayəsində işlərini və ibadətlərini daha rahat icra edər. Digər bir qisim alimlər isə, bu kimi hərkətlərin məkruh olduğunu bildirmişlər.

Sual: Tikinti kimi ağır işlərdə işləyənlərin oruc tutmamalarına icazə verilirmi?

Cavab: Quran-Kərimdə oruc tutmamağı mübah edən üzrlər arasında xəstəlik, yolçuluq və oruc tutmağa tab gətirməmək kimi hallar sadalanır (Bəqərə, 2/184, 185). Ümumiyyətlə, bir möminin xüsusilə ramazan ayında oruc tutmasına mane olacaq qədər ağır işlərdə işləməsi və işlədilməsi düzgün deyil. Ramazan ayında bu cür ağır işlə qarşılaşan şəxs oruc tutaraq həmin işi icra edə bilmirsə və başqa iş imkanı da yoxdursa, habelə, bu işi tərk etdiyi təqdirdə, dolanışıq vəziyyəti çətinləşəcəksə, zərurət sayıldığı üçün bu halda oruc tutmaya bilər. Odur ki, ağır bir işdə işləməyə məcbur olan şəxs, oruc tutduqda, xəstəliyə tutulacağından qorxarsa oruc tutmaya bilər. Bu şəxslər daha sonra tuta bilmədikləri orucları qəza etməlidirlər. Bundan əlavə, ağır işdə işləyənə aclıq və susuzluq ucbatından ziyanlıq görərsə, orucunu pozması vacibdir. Çünki dinimizdə insanın özünə xətər yetirməsi qadağan edilmişdir. (bax. Nisa, 4/29)

Xülasə, oruclu şəxs iş səbəbilə xəstələnəcəyini güman etsə belə, xəstələnmədən orucu pozması və ya heç tutmaması halal deyil.

Anar QURBANOV

Saytda Olanlar

İndi saytda 40 qonaq var və üzv yoxdur

Template Settings

Color

For each color, the params below will be given default values
Blue Oranges Red

Body

Background Color
Text Color

Header

Background Color

Spotlight3

Background Color

Spotlight4

Background Color

Spotlight5

Background Color

Footer

Select menu
Google Font
Body Font-size
Body Font-family
Direction