SJ News - шаблон joomla Авто

Ananın sağlamlığı, yaşı, hamiləlik zamanı qidalanması, pis vərdişləri və s. uşağın sağlamlığına böyük təsir edir. Bu sübut olunmuş bir faktdır.

Əvvəllər belə hesab olunurdu ki, atanın rolu bu işdə daha azdır. Lakin son araşdırmalar sübut edib ki, bu yanılmadır. Atanın sağlamlığı, yaşı, pis vərdişləri və hətta qidalanması uşağın sağlamlığına ciddi təsir edir. Kişinin sağlam olmayan həyat tərzi onun uşaqlarında inkişaf pozulmalarına, autizm xəstəliyinə, piylənməyə, psixi pozulmalara və s. problemlərə səbəb ola bilər.

WebMD xəbər verir ki, Djordjtaun Universiteti (ABŞ) alimləri bu mövzu ilə bağlı olan müxtəlif araşdırmaları analiz ediblər. Nəticədə məlum olub ki, 40 yaşından böyük olan kişilərin uşaqlarında autizm və şizofreniyanın inkişafı riski daha cavan kişilərin uşaqları ilə müqayisədə daha böyükdür.

Atanın yaşı 50-dən çoxdursa, onun uşağında ürək xəstəlikləri və Daun sindromu riski yüksək olur.

Əgər ata alkoqolizmdən əziyyət çəkirsə, onun uşağında da bu pozulmanın inkişafı riski artmış olur.

Piylənmədən əziyyət çəkən kişilərin uşaqlarında şəkərli diabetin və piylənmənin inkişafı riski sağlam kişilərin uşaqları ilə müqayisədə daha çoxdur.

Araşdırmanın nəticəsində alimlər belə qərara gəliblər ki, ataların sağlamlığına və həyat tərzinə daha böyük diqqət edilməlidir. Bu gələcək nəsillərin sağlamlığı üçün olduqca vacibdir.

 

Mənbə: saglamheyat.com

Saytda Olanlar

İndi saytda 98 qonaq var və üzv yoxdur

Template Settings

Color

For each color, the params below will be given default values
Blue Oranges Red

Body

Background Color
Text Color

Header

Background Color

Spotlight3

Background Color

Spotlight4

Background Color

Spotlight5

Background Color

Footer

Select menu
Google Font
Body Font-size
Body Font-family
Direction