SJ News - шаблон joomla Авто

Bu dünyaya gəliş ananın bətnindən ayrılmaqla başlar.

 İnsanlar ananın bətnindən ayrılıb ananın qucağında tapar özünü.  Bir müddət qucaqlarda gəzmələr, yemələr və əzizlənmələr davam edər. Yaradılış mexanizmasına uyğun olaraq ona lazım olan hər şeyin başqaları tərəfindən yerinə yetirilməsinə razı olmayan körpə iməkləməyə can atar. Bununla, həyatında ikinici bir ayrılığa qədəm qoyar. Çox keçmədən iki ayağı üzərində durmağa və yeriməyə başlayar. Zaman-zaman ata-anasının əlindən tutsa da, tutduğu əllərdən də ayırar özünü. İlkin mərhələdə baxdığımız zaman bu ayrılıqlar baş verməsə, insanın yeriməsi və özünün təkbaşına yemək yeməsi kimi insan həyatında əlamətdar olan hadisələrin baş verməsi mümkünsüz görünür.  Bundan sonrakı mərhələlərdə bağçaya gedərkən sevdiklərindən bir neçə saatlıq ayrılıq, göz yaşları ilə yaşansa da, bir müddət sonra adi bir hal alır. İnsan həyatında bir çox şeyi öyrənmək üçün istəsə də, istəməsə də ayrılıq paradiqmasından istifadə edir. Bir müddət sonra bağça ayrılıqları özünü məktəb illərindəki ayrılıqlarla əvəz edir. Adət edilməyə başlayan bu ayrılıqlar bir gündə bir neçə saatlıq davam etsə də, universitet illərində öz müddətini çoxaldır.  Ayrılıqların müddəti saatdan günlərə, günlərdən həftələrə, həftələrdən aylara, aylardan illərə çevrilir. Bu minvalla yaşanan həyat, insanı bir an belə ayrılığına dözməyə gücünün yetmədiyi insanların əbədi ayrılığına adət etdirir.  

Bəzən insanı sevdiklərindən evliliklər ayırır. Bir sevgili digər sevdiklərindən ayrılmağa səbəb olur. İşlər, məşğuliyyətlər isə ayrılıqlara yol göstərən başqa faktorlardan bəziləridir. Fiziki ayrılıqlar mənəvi ayrılıqlara, mənəvi ayrılıqlar isə depressiyaya səbəb olur. Ayrılıqlarda antidepressiyanı yaşamaq üçün isə başqa bir bərabərliyə can atmaq əlimizdən tutur. Əks təqdirdə yaşadığımız ayrılıqlar həyatımızı məhv edə biləcək dərəcədə gücə sahibdir. Hər ayrılığı bir vüslətin başlanğıcı olaraq görmək isə həyatımıza yeni bir rəng qatar. Nəticədə hər zaman müvəqqəti ayrılığına adət etdiyimiz insanların əbədi ayrılığına dözüm gücünü də özümüzdə tapa bilirik. 

Bu bir həqiqətdir ki, ayrılmadan hər zaman birlikdə olduğun insanın qədrini tam mənasıyla dərk edə bilməzsən. Ayrılmadan başqalarını tanımaq, başqalarını düşünmək kimi şansın olmaz. Müvəqqəti ayrılıqları yaşamadan əbədi ayrılıqlara dözmək mümkün deyildir. Ayrılıqlar bəzən gələcəkdə baş verə biləcək müsibətlərin qarşısına atılan bir səddir. Müvəqqəti ayrılıqlar bizim həyatımızın ayrılmaz hissəsi və bizi həyata bağlayaraq növbəti ayrılıqlara hazırlayan pozitiv psixoloji mexanizmdir.

Bu gün sevdiyin insanlardan ayrılarkən yanaqlarından süzülən göz yaşları sabah qazandığın uğurlar üçün axıdılan sevinc göz yaşlarına yerini verər. Bunun üçün həyatımızda bizim də hər hansı bir iradəmiz olmadan baş verən ayrılıqlar qarşısında yeganə dözüm formulu baş verən ayrılıqlardan sonra qazanılan dərslərdir. Çünki insan bir müddət birlikdə olub adət etdiyi əşyanın və ya insanın müəyyən müddətdən sonra qədrini bilmir. Yaşanan bir ayrılıqdan sonra isə sahib olduqlarının nə qədər qiymətli olduğunun fərqinə varır. Onun üçün də bu gün sahib olduqlarımızdan və ya sevdiklərimizdən elə bu gün ayrılacağımızı düşünərək onlara sevgi bəsləmək həyatımıza daha çox məna qatacaqdır. Bu davranış sevdiklərimizi bizə, bizi sevdiklərimizə daha çox yaxınlaşdıracaq və aramızda olan yaxşı münasibəti daha çox möhkəmləndirəcəkdir.  Ayrılıq duyğusunu düşünmədən yaşadığımız zaman isə sevdiklərimizə dəyər verməyi çox zaman unuduruq. Bu da həyatımızda çox şeyi itirməyimizə, xüsusilə sevdiklərimizdən ayrılmağımıza səbəb olur.

Nəticə olaraq deyə bilərik ki, ayrılıq feili və ya duyğusu əslində neqativ bir şey deyil, sözün həqiqi mənasında insanları pozitivə kökləyən əlamətdar bir hadisədir.  Ayrılıqlar birliyin, birliklər ayrılıqların xəbərçisidir. Bu gün ayrılaraq itirdiyimiz hər şeyin qədir-qiymətini biliriksə,  eyni zamanda, sahib olub birlikdə yaşadıqlarımıza dəyər verə bilmiriksə, deməli, ayrılıqlar bizə dəyərlinin dəyərini bildirən ən gözəl vasitədir. 

Uca Allahdan təmənnam odur ki, hər biriniz sevdiklərinizdən ayrılmadan, ayrıldıqdan sonra verəcəyiniz və ya qazanacağınız dəyərə və hörmətə sahib olasınız.

 

Eldar KƏRİMOV

ÖNƏ ÇIXAN MƏQALƏLƏR

Sual-Cavab

Sual: Xalqın ...

Sual/Cavab

Sual: Diş dolğusu etdirmək ...

SUAL CAVAB

Sual: İslamda içki ...

Sual-Cavab

Sual: Şəfaət nə deməkdir? ...

Sual və Cavablar

Sual: Ana dildə namaz ...

Saytda Olanlar

İndi saytda 73 qonaq var və üzv yoxdur

Template Settings

Color

For each color, the params below will be given default values
Blue Oranges Red

Body

Background Color
Text Color

Header

Background Color

Spotlight3

Background Color

Spotlight4

Background Color

Spotlight5

Background Color

Footer

Select menu
Google Font
Body Font-size
Body Font-family
Direction