SJ News - шаблон joomla Авто

Bərzəx həyatı nə deməkdir?

Cavab: “Bərzəx” lüğətdə “iki şey arasında olan maneə və yaxud pərdə” mənasına gəlir. Dini terminologiyada isə “ölümdən sonra başlayan və məhşərdəki dirilişə qədər davam edən qəbir həyatı” mənasına gəlir. “Bəlkə, (indiyə qədər) zay etdiyim ömrüm müqabilində yaxşı bir iş görüm! (Yaxud, bu günə qədər tərk etdiyim imana qayıdıb saleh bir əməl edim!) Xeyr, bu, onun dediyi boş (faydasız) bir sözdür. Onların önündə dirilib (haqq-hesab üçün Allahın hüzurunda) duracaqları günə (qiyamət gününə) qədər maneə (öldükdən sonra qiyamətədək qalacaqları bərzəx aləmi) vardır.” (əl-Muminun 100) ayəsində qeyd edilən “bərzəx” sözündə nəzərdə tutulan məna da məhz budur. Odur ki, ölən hər bir kəs bərzəx aləminə girəcəkdir. Hər bir insanın ölümü ilə axirət həyatı başlamış olur. Bərzəx həyatı da axirət həyatının ilk dayanacağıdır. Hz. Peyğəmbərin (s.ə.s) müxtəlif hədisi-şəriflərində bu məsələ açıq-aydın bəyan edilmişdir (Tirmizi, Zöhd 5). İnsanlar öldükdən sonra iman və əməllərinə görə qiyamətə qədər ayrı bir həyat yaşayacaqlar. Belə ki, qəbir möminlər üçün cənnət bağlarından bir bağ, inkarçılar üçün isə cəhənnəm çuxurlarından bir çuxur olacaqdır.

Allah haradadır?

Cavab: Bir yerdə, bir məkanda olmaq yaradılanlara məxsus bir xüsusiyyətdir. Uca Allah isə yaradılmış bir varlıq yox, Yaradıcıdır. Belə olan halda Ona bir yer, yaxud bir məkan nisbət etmək düzgün deyildir. Allah-Təala varlıq aləmini yaradan, onların varlığını və hökmranlığını əlində tutandır (əl-Mülk 1). Göylərin ve yerin mülkü Onundur (əz-Zümər 44). Göylərdə və yerdə olan hər bir şey Ona məxsusdur (Yunis 66). Odur ki, Uca Allahın yaradıb idarə etdiyi və sahib olduğu aləmdə bir yerdə olduğunu iddia etmək düzgün bir yanaşma deyildir. Qurani-Kərimin bəzi ayələrində olan “Uca Allah ərşə istiva etmişdir” (Taha 5; əl-Hədid 4) və yaxud “Göydəkinin sizi yerlə bir etməyəcəyindən arxayın oldunuz?” (əl-Mülk 16) kimi ayələrdən yola çıxaraq Allahın göydə olduğunu iddia etmək əksər alimlər tərəfindən düzgün qəbul edilməmişdir. Çünki bu kimi ayələr və hədislər məcazi mənaya gəlir və Allah-Təalanın ucalığına işarə edir. Odur ki, Günəş öz şüası ilə hər yerdə olduğu kimi, Allah-Təala da təcəlla edən isim və sifətləri ilə hər yerdədir. Zatına gəlincə isə, O, bütün idrak və təsəvvürlərin fövqündədir. Bizim vəzifəmiz iman və əməllərimizlə Ona yönəlib ibadətlərimizi yerinə yetirməyə səy göstərməkdir.

İman şərtlərinin sadalandığı “Əməntu”da yer alan “xeyir və şər Allahdandır” ifadəsini izah edə bilərsinizmi?

Cavab: Qeyd edilən ifadə “bunların hər birini yaradanın Uca Allah olduğu” mənasına gəlir. İnsan baxımından isə xeyir və şər ona verilən cüzi iradə ilə seçilir. Məhz bu səbəbdən insanlar xeyir və şər, yaxşı və pis olmaqla bütün hərəkətlərdən və davranışlardan məsul olurlar. Başqa sözlə, imanın əsaslarının sadalandığı “aməntu”da qeyd edildiyi kimi hər bir müsəlman qədərə, xeyir və şərin Allahdan olduğuna inanmalıdır. Yəni aləmlərin yaradıcısı olan Uca Allah xeyri də, şəri də külli iradə ilə diləyər və yaradar. Çünki hər bir şey onun iradə, təqdir və qüdrəti altındadır. İnsan xeyri də, şəri də öz cüzi iradəsi ilə seçir. Uca Allahın xeyrə razılığı vardır, ancaq şərə isə yoxdur. Xeyri seçən mükafata nail olacaq, şəri seçən də cəzaya məruz qalacaqdır. Şərin Uca Allahdan olması insanın hərəkətinin meydana gəlməsi üçün Allahın təkvini (yaradıcılıqla bağlı) iradəsinin və yaratmasının həyata keçməsi deməkdir. Yəni insan cüzi iradəsi ilə seçib icra edir, Allah-Təala da onu yaradır. Bundan əlavə, İslam alimlərinə görə şəri iradə edib onu yaratması onun pis və çirkin olması demək deyildir. Lakin insanın şərlə məşğul olması, onu seçib onunla tövsif edilməsi isə pis və çirkindir. Məsələn, bir rəssam ustalıqla çirkin bir adam şəkli çəksə, onu təqdir etmək və onun peşəkarlığına heyranlığı dilə gətirmək məqsədi ilə “Nə qədər də gözəl şəkil çəkib!” deyirlər. Məhz burada şəkli çəkilənin çirkin olması şəklin də çirkin olması ilə nəticələnmir. Uca Allah mütləq mənada hikmətli və nizam-intizamlı olan yeganə varlıqdır. Onun şəri yaratmasında bir sıra gizli və açıq hikmətlər var. Canlı ölüdən, yaxşı pisdən, xeyir də şərdən ayırd edilsin deyə Allah-Təala əşyanı zidləri ilə yaratmışdır. Eyni zamanda insana şər və pis şeylərdən qorunma yollarını göstərmiş, eləcə də ondan çəkinmək üçün güc və qüvvət vermişdir. Onu da qeyd etmək lazımdır ki, Uca Allahın qüdrəti ilə meydana gələn hər bir işdə ya özümüz, ya başqaları, ya da cəmiyyət üçün bilmədiyimiz bir sıra faydalar ola bilər. Bizim şər və ya xeyir olaraq gördüyümüz hər şey nəticə etibarı ilə gördüyümüz kimi olmaya bilər. Bir ayədə Uca Allah bununla bağlı belə buyurur: “Bəzən xoşlamadığınız bir şey sizin üçün xeyirli, bəzən də xoşladığınız bir şey sizin üçün zərərli ola bilər. (Onu) Allah bilir, siz bilməzsiniz” (əl-Bəqərə 216). 

 

Anar QURBANOV

Saytda Olanlar

İndi saytda 78 qonaq var və üzv yoxdur

Template Settings

Color

For each color, the params below will be given default values
Blue Oranges Red

Body

Background Color
Text Color

Header

Background Color

Spotlight3

Background Color

Spotlight4

Background Color

Spotlight5

Background Color

Footer

Select menu
Google Font
Body Font-size
Body Font-family
Direction