SJ News - шаблон joomla Авто

Bəzən bir çətinə düşəndə və ya təyin olunmuş bir vaxtı gözləyənd “Sayılı günlər tez keçər” deyərik.

 Halbuki bu, yanılqıdan ibarət səhv bir düşüncə tərzidir. Çünki sayılı günlərin xaricində tutduğumuz saysız-hesabsız günlər sonsuzluq yalanına sürüyər insanı. Və sonu bilinməyən saysız günlərdə işləri sabahlara təxirə salmaq daha asandır, bizim üçün. Bu təxəyyüldə ömür də elə saysız günlərdən ibarətdir. Əslində sayılıb, amma bizə saysız kimi gəlir.

İnsan oğlu qarşısında saysız kimi dayanan günlərə güvənərək işləri, vəzifələri, hətta bəzi ibadətləri təxirə salır, sonraya buraxır. “Tələsik deyil, hələ vaxtımız var” deyir.

Bu vəziyyət əslində bir xəstəlikdir. Çünki söhbət vaxt israfından gedir.

Rəbbimiz (c.c) Əraf surəsinin 31-ci ayeyi-kəriməsində: “... israf etməyin! Çünki O, israf edənləri sevməz”, - buyurur. Rəbbimizin sevgisini itirməmək üçün , az olsun - çox olsun, hər cür israfı tərk etməyə çalışmaq doğru bir qərar olmazmı?!

Bir düşünək; indiyəcən nələri təxirə salmışıq?

“Bunu yazım, bunu kompüterə yukləyim, sonra baxarıq...”

“Hələ imtahana çox var, sonra çalışaram...”

“Hələ erkəndir, sonra evlənərəm...”

“Gələn həftə həll edərik...”

“Səhər həll edərik...”

“Sabah edərik...”

“Bu film bitsin, hara tələsirsən?!...”

Ya da oxumağı təxirə saldığımız kitabları düşünək. Nə qədər də çox təxirə salırıq, elə deyilmi?

Hətta bəzən ölümün bizə qəflətən gələ biləcəyini bildiyimiz halda, bunu heç bilmirmiş kimi hərəkət edirik. Məsələn, bütün mənəvi xəstəliklərə şəfa olan və həyatımızın bütün sahələrini özündə cəmləşdirən Quranımızı anlamağı belə, çoxu müvəqqəti (axirətdə payı olmayan) səbəblərdən ötəri təxirə salırıq.

Yaxud otuz növ yemək bişirməyi, on fərqli yoldan müştəriləri razı etmə yolunu, bir çox futbolçunu, siyasətçini və s. bildiyimiz, tanıdığımız halda namazlarda oxuduğumuz dua və surələrin mənalarını bilmir, ən pisi də öyrənməyi təxirə salırıq.

Hz. Peyğəmbərdən (s.ə.s) rəvayət olunan məşhur bir hədisdə: “Təxirə salanlar həlak olmuşdur” buyurulmaqdadır.

Məhəmməd Parisa həzrətləri təxirə salma səbəbini necə də gözəl ifadə etmişdir: “Qafil insanlar xeyirli bir iş üçün, “bu gün dursun, sabah həll edərik” deyər və beləcə özlərini aldada-aldada durarlar”. Odur ki, “Əgər dərhal deyilsə, nə vaxt?” düsturunu və “başlamaq bitirməyin yarısıdır” sözünü unutmayaq.

Faydalı bir işə girişmək üçün ən yaxşı vaxt “bu gün” və “indi” deyilmi?

Bilməliyik ki, “təxirə salmaq” zaman yeyərək qidalanan və bizim düşmənimiz olan bir canavardır.

Əgər həyatımız üçün faydalı, ağıllı, məntiqli bir seçim ediriksə, “O halda boş qaldınmı, yenə qalx, başqa bir iş və ibadətlə yorul ” (əl-İnşirah , 94/7), “Hər insan (sonunda) irəlisi üçün nəyi göndərdiyini və nəyi (arxa plana ) buraxdığını anlayacaqdır” (əl-İnfitar, 82/5) ayələrini haqqıyla anlamağa çalışmalı, əbədi xoşbəxtlik və ya əbədi zillətin qaçınılmaz olduğu axirətdə səadətə nail ola bilməyimiz üçün nələrin prioritetli olduğunu təyin etməli və onların haqqını verərək əda etdikdən sonra yenisinə keçməliyik.

Rəbbim, bizləri,  işlərini təxirə salmayan xeyirli qullarından eylə…! Ami

 

Elsevər Əhmədov

ÖNƏ ÇIXAN MƏQALƏLƏR

SUAL CAVAB

Sual: İslamda içki ...

Sual-Cavab

Sual: Şəfaət nə deməkdir? ...

Sual və Cavablar

Sual: Ana dildə namaz ...

Suallar və Cavablar

1. Həcc mərasiminin ...

Suala Cavab

Sual: Oruclu bir insanın ...

Saytda Olanlar

İndi saytda 44 qonaq var və üzv yoxdur

Template Settings

Color

For each color, the params below will be given default values
Blue Oranges Red

Body

Background Color
Text Color

Header

Background Color

Spotlight3

Background Color

Spotlight4

Background Color

Spotlight5

Background Color

Footer

Select menu
Google Font
Body Font-size
Body Font-family
Direction