SJ News - шаблон joomla Авто

Bütün bəşəriyyətə qurtuluş yolunu göstərmək üçün Uca Allah tərəfindən nazil olunan Qurani-Kərimdə möminlərə belə buyurulur: “(Ey iman gətirənlər!) Bilin ki, aranızda Allahın Peyğəmbəri vardır.” (əl-Hucurat, 7)

Bu ayeyi-kərimə bir çox nöqteyi-nəzərdən diqqət cəlb edir. Ən əsası isə ondan ibarətdir ki, ayə indiki zaman zərfindədir. Yəni hal-hazırda Allahın Rəsulu aranızdadır. Bu ayə yanlız bir dövrü deyil, qiyamətə qədər olan hər əsri, hər anı, hər zamanı əhatə edir. Bu ayəni oxuyan hər bir müsəlman həyatı boyu Allahın Rəsulu yanındaymış kimi davranmalıdır. Ayənin bu gerçəyini dərk edən hər bir mömin heç şübhəsiz ki, ömrünü bu istiqamətdə formalaşdırmağa çalışar. Bu ayənin fərqinə varan müsəlman eyni surədə keçən “Allahdan və Peyğəmbərindən önə keçməyin, Səsinizi Peyğəmbərin səsindən artıq qaldırmayın və bir-birinizlə ucadan danışdığınız kimi onunla ucadan danışmayın!..” (əl-Hucurat, 1-2) əmrlərinə tabe olaraq, yer üzündə yüksək səslə danışa bilərmi heç? Dualarında Rəsulullahın adını çəkərkən qəlbi titrəməzmi? Bir harama meyil etdiyi zaman Rəsulullahın ilahi nurla baxdığı gözlərindən yayına bilməyəcəyini düşünməzmi? Sözünü etdiyimiz bu duyğular imandan doğar. Madam ki, bizim salət və salamlarımız ona çatdırılıır və o bizə cavab verir, demək ki, aramızdadır, bizimlədir. Digər tərəfdən “İnsan sevdiyiylə bərabərdir” hədisinə əsasən Peyğəmbərimizin hər zaman sevdiyi ümmətinin arasında olduğunu düşünmək gərəkməzmi? Bunu dərk edən mömin hər zaman Rəsulullahla bir rabitə halında həyata davam edər.

Ayədə diqqət çəkən başqa bir xüsussa Allahın bizə olan xəbərdarlığıdır. Ayənin davamında buyurulur: “Əgər o, bir çox işlərdə sizə uysaydı, siz (çətinliyə düşər) əziyyət çəkərdiniz.” Bu o deməkdir ki, ey inananlar siz həyatınızı Rəsulullaha görə tənzimləyin, yoxsa öz etdiyiniz əməllərə don geydirmək məqsədilə Rəsulullahın həyatından yararınıza olan nöqtələri götürərək “Rəuslullah da belə edirdi” deməyin. Siz öz həyatınızı Rəsulullahın sünnəsi işığında formalaşdırın. Bu ayədə ən çox tükürpərdici xüsussa bundan ibarətdir:

Ayədə zikr olunan “əziyyət çəkərdiniz” sözü ərəbcə “ləanittum” kəlməsiylə ilə ifadə edilir. Anətə feilindən törəyən bu kəlmə qədim ərəblərdə sınmış sümüyün bitişməsindən sonra yenidən sınması üçün işlənirdi. Və məhz sınmış sümüyün bitişdikdən sonra bir daha sınması öncəkindən daha ağrılı olurmuş. Allah təala burada sanki bəşəriyyətin Rəsulullahla tanışmadan əvvəlki halını sınmış sümüyə, onunla tanışdıqdan sonrakı dövrü sümüyün düzəlməsi və bərpa olunması mərhələsinə bənzədir. Və xüsusilə bundan sonra Rəsulullaha tabe olmaq əvəzinə onu özümüzə tabe etdirəcəyimiz zaman daha şiddətli ağrı çəkəcəyimizi bildirir. Yenidən qopacağımızı, iztiraba düşəcəyimizi xəbər verir. Elə isə hər kəs bu ayənin dərinliyi üzərində baş sındırsın. Həyatımızın nə qədəri onunla keçdi və ya onu öz aramızda nə qədər hiss edə bilirik? Çünki imanın zirvəsi məhz bu əyarla ölçülür.

Heç şübhəsiz ki, bu ayəni diqqətlə oxuyub dərk etdiyimiz zaman ömrümüzdən onsuz keçən dəqiqələrin, saatların, günllərin nə qədər zərərdə olduğunu görəcəyik. Elə isə yenə Rəsulullaha üz tutaq. Çünki Uca Yaradan “Onlar özlərinə zülm etdikləri zaman dərhal sənin yanına gəlib Allahdan bağışlanmaq diləsəydilər və Peyğəmbər də onlar üçün əfv istəsəydi, əlbəttə, Allahın tövbələri qəbul edən, mərhəmətli olduğunu bilərdilər.” (ən-Nisa, 64) -buyurur. Bəzi təfsirçilər bu ayənin münafiqlərlə bağlı olduğunu bildirsə də bir gerçək var ki, əgər Allah münafiqlərin belə Rəsulullaha üz tutduqları üçün bağışlana biləcəyini xəbər verirsə, demək ki, müsəlmanlar bir addım öndədirlər.

Gəlin hər birimiz bu mübarək doğum həftəsinin yaşandığı günlərdə Rəsulullaha yönələk. Allahın hüzuruna onunla bərabər çıxaq.

Nurlan MƏMMƏDZADƏ

ÖNƏ ÇIXAN MƏQALƏLƏR

SUAL CAVAB

Sual: İslamda içki ...

Sual-Cavab

Sual: Şəfaət nə deməkdir? ...

Sual və Cavablar

Sual: Ana dildə namaz ...

Suallar və Cavablar

1. Həcc mərasiminin ...

Suala Cavab

Sual: Oruclu bir insanın ...

Saytda Olanlar

İndi saytda 39 qonaq var və üzv yoxdur

Template Settings

Color

For each color, the params below will be given default values
Blue Oranges Red

Body

Background Color
Text Color

Header

Background Color

Spotlight3

Background Color

Spotlight4

Background Color

Spotlight5

Background Color

Footer

Select menu
Google Font
Body Font-size
Body Font-family
Direction