SJ News - шаблон joomla Авто

BismillahirRəhmanirRəhim

Allaha həmd, Onun Peyğəmbərinə salat və salam olsun.

“İman gətirən, xeyirli işlərgörən, namaz qılan, zəkat verən şəxslərin Rəbbi yanında mükafatları vardır. Onların (axirətdə) heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər!”(Bəqərəsurəsi, 2/277)

Qurani-Kərimdə iman və saleh əməl bir çox yerdə birlikdə keçir. Saleh əməlin başında da namaz var. Aləmlərin Rəbbinin imandan sonra bizdən istədiyi ilk şey namazdır. Bu səbəbdən namaz mövzusuna diqqət etməli və haqqıyla yerinə yetirməyə səy göstərməliyik. Bu ayəyə baxaq: “(Ya Rəsulum!) Quranda sənə vəhy olunanı oxuvə (vaxtı-vaxtında) namaz qıl. Həqiqətən, namaz (insanı) çirkin və pis əməllərdən çəkindirər. Allahı zikr etmək (Allahın cəlalını və əzəmətini həmişə, həryerdə yada salmaq), şübhəsiz ki, (savab etibarilə bütün başqa ibadətlərdən) daha böyükdür. Allah nə etdiklərinizi (bütün yaxşı və pis əməllərinizi) bilir!”(Ənkəbut surəsi, 29/45).Namazın bu xüsusiyyətinin bizim üzərimizdə təsirli ola bilməsi üçün də iki əsasa diqqət etmək lazımdır:

“O kəslər ki, namazlarında (hər şeyi unudaraq ruhən və cismən yalnız Allaha) müti olub (Ona) boyun əyərlər! (Allahın qarşısında kiçilərlər!)”(Muminun surəsi, 23/2);

“Namazlarına riayət edərlər (həmişə vaxtlı-vaxtında namaz qılarlar);” (Muminun surəsi, 23/9).

Mömin, namazını qorumalıvə namazında davamlı olmalıdır. Bunu unutmamaq lazımdır ki, bir müsəlmandan iman etdikdən sonra istənilən ibadət namaz olduğu kimi,məsul olduğu ilk ibadətdə namazdır. Namaz mövzusunda Peyğəmbərimiz (s.ə.s.) belə buyurur:

"Namaz qılmayanın dini sağlam deyil. Dində namazın yeri, bədəndə başın yeri kimidir"(Təbərani, əl-Mucəmus-Sağir, 107).

"Qu lilə küfr arasında namazın tərki vardır" (Əbu Davud, Sünnə, 14; Tirmizi, İman 9).

Ağlı başında olan, Allaha və axirət gününə iman edən bir müsəlman üçün namazın yeri məlumdur. Amma çox əfsuslar olsun ki, namaz qılanbir çox valideynlərin uşaqları namaz qılmır. Ana-ata namazlı, amma övlad namaz qılmır. Bu gün bir çox valideynlərin,bəlkədə ən böyük çətinliklərindən biri budur. Bu vəziyyətdə bizim yanaşmamız necə olmalıdır? Yalnız öz namazımızdanmı məsuluq? Yoxsa ev əhlinə, xüsusilə də övladlarımıza qarşı məsuliyyət daşıyırıq?

Bunu bilmək lazımdır ki, bir adam, özü Allaha qarşı məsul olduğu kimi ailə fərdlərindən də məsuldur. Quranda buyurulur ki:

“Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı elə bir oddan qoruyun ki, onun yanacağı insanlar və daşlar (daşdan düzəlmiş bütlər), xidmətçiləri isə Allahın onlara verdiyi əmrlərə asi olmayan, buyurduqlarını yerinə yetirən daşqəlbli (heçkəsə zərrəcə rəhm etməyən) və çox sərt təbiətli mələklərdir (zəbanilərdir)”(Tahrimsurəsi, 66/6).

Bu ayə müdhiş bir xəbərdarlıqdır. Yanacağı insanlar və daşlar olan bir atəş!

Demək ki,ailə fərdlərinin namaz qılmamasına laqeyd yanaşmaq olmaz. Yəni mən namazımı qılım, yoldaşım, uşaqlarım, anam, atam, qardaşlarım, qardaş oğullarım nə edirsə etsin, deyəbilmərik. Xüsusilə evin rəisi olan kişi, həyat yoldaşı və uşaqlarının namazı mövzusunda məsuldur. Ana, uşaqları mövzusunda məsuldur. Evdə kişi, yoldaşının yemək edibetmədiyindən və ya ev işlərindən əvvəl, xanımın namazını əhəmiyyətli görməli, bir axsaqlıq görsə ilk iş onun namazını nizama salmalıdır. Valideynlər uşaqların məktəbdə əldə etdiyi müvəffəqiyyətə əhəmiyyət verdikləri qədər,təəssüf ki, namaz mövzusuna vermirlər. Halbuki ailə, namazın öyrənildiyi ilk məktəbdir. Uşağın bütün əxlaqi təhsilinin ilk təməli evimiz olduğu kimi, namaz vərdişi da evdə verilməlidir.

Əhlinə (əhli-beytə və ümmətinə) namaz qılmağ ıəmr et, özün də ona (namaza) səbrlə davam et (yaxud məişət çətinliklərinə döz). Biz səndən ruzi istəmirik, (əksinə) sənə ruzi verən Bizik. (Gözəl) aqibət təqva sahiblərinindir (müttəqilərindir)!(Taha surəsi, 20/132).

Ailəmizə namazı öyrətməklə əmr olunduq. İslam yuvasında hərfərdin namaz əhli olması üçün böyüklər maksimum dərəcədə səygöstərməlidir. Yoxsa heç fərqinə varmadan uşaq böyüyər və namazsız olaraq qarşımıza çıxar. Evimizdə namaz şüuru olmalı, evimiz namazgahımız olmalı və uşaq da bu mühitdə böyüməlidir.

Quran bizə cənnət əhli ilə cəhənnəm əhlinin bir dialoqundan bəhs edir:

“Sağ tərəf sahibləri (əməl dəftərləri sağ əllərinə verilənlər) istisna olmaqla! Onlar cənnətlərdədirlər; bir-birindənsoruşacaqlar; Günahkarlar barəsində (və sonra həmin günahkarlara müraciət edib belə deyəcəklər): Sizi Səqərə (Cəhənnəmə) salan nədir?” Onlar deyəcəklər: “Biz namaz qılanlardan deyildik; Yoxsulu da yedirtməzdik; Batilə dalanlarla birlikdə biz də dalardıq; Haqq-hesab gününü yalan sayardıq. Ölüm bizi haqlayana qədər (bu vəziyyətdə qaldıq)”(Müddəssirsurəsi, 74/39-47).

Maraqlıdır ki, ayədə "Səqərə" olaraq adlandırılan bu əzaba düşənlərin ilk xüsusiyyəti namaz qılmamış olmalarıdır. Əlimizlə böyütdüyümüz uşaqlarımıza mı bu sualı verəcəyik yoxsa? Bunu düşününcə insan dəhşətə gəlir. Özü namaz qılan, amma uşaqları namaz qılmayan ana-atalar Müddəssir surəsinin bu ayəsini bir dəfə daha düşünsünlər.

Bir evdə namaz şüuru necə meydana gəlir?

1-DUA: Hər mövzuda olduğu kimi ailədə namaz təlimi dua iləbaşlayır.

“Ey Rəbbim! Mənidə, nəslimdən olanları da (vaxtlı-vaxtında, lazımınca) namaz qılan et. Ey Rəbbimiz! Duamı qəbul buyur!” (İbrahimsurəsi, 14/40).

Qurani-Kərim bizə İbrahim (ə.s.)ın dili ilə yalnız uşaqlarımızın deyil,nəsillərimizin namazlarına dua etməmizi öyrədir. Bu mövzuda ilk edəcəyimiz şey duadır. Bu dua nə zaman edilir? Bir insan duanı şüurlu olaraq dərkedirsə, bu duaya subaykən başlayır. Hələ evlənmədən bunun duasını edir. Demək ki, hələ evlənmədən əvvəl doğulmamış uşaqların namaz təlimi başlayır. Ana-atalar hər fürsətdə uşaqları üçün dua edir və Rəbbindən kömək istəyir.

2-YOLDAŞ SEÇİMİ: Gözümüzün işığı olan övladlarımız üçün saleh, salehə yoldaş seçimi əhəmiyyətlidir. Eyni dili danışan cütlüklərin yuvaları da imanın rəngini hər sahədə göstərir. Bu yuvada namaz şüuru təbii ki, daha rahat dərk edilir. Tək tərəfli bir model kafi olmaya bilər.

“Və o kəslər ki: “Ey Rəbbimiz, bizə zövcələrimizdən və uşaqlarımızdan (sənə itaət etməklə bizi sevindirib) gözümüzün işığı (bəbəyi) olacaq övladlar ehsan buyur və bizi müttəqilərə imam (rəhbər) et! – deyərlər”(Furkan 25/74).

Özü namaz qılan, amma evlənərkən namazın şərtlərinə laqeyd yanaşan biri uşaqlarının namazını ən başdan riskə atmış kimsədir.

3 – HAMİLƏLİK DÖVRÜ: Bir insanın dünyaya gəlişinə hazırlıq dövründə ana, maddi və mənəvi olaraq özünə diqqət etməlidir. Yediklərinə, içdiklərinə diqqət etməlidir. Halal vətəmiz qidalarla qidalanmalıdır. Gözünü, qulağını, ağzını qorumalıdır. Çünki o, yer üzünün ən qiymətli əmanətini daşıyır. O əmanəti hər tərəfli qorumağa çalışır. Və salehəməllərini artırır. Ana,təhsilin bu mərhələsininə əhəmiyyətli dövr olduğunu bilməlidir.

4 – KÖRPƏLİK DÖVRÜ: Uşaq doğulanda ona aid səccadəsi təmin edilir. Camaatla və yaxud tək də qılınsa, artıq ona da namaz hiss etdirilməlidir. Ana namaza başlayanda səccadəsinə körpəsini yatırır, namazını onun yanında qılır. İlk aylardan etibarən bu vərdiş yerləşdirilməyə başlayır. Körpədir nə biləcək, deyilməməli,səccadə ilə ünsiyyət qurulmalıdır.

5 - UŞAQLIQ DÖVRÜ: Yeddi yaşına qədər olan dövr uşaq üçün həm vizual dövrdür, ana-atadan görür, həmçinin də ruhən, fiziki olaraq öyrəşmə dövrüdür və çox əhəmiyyətli bir müddətdir. Sevgi ilə, oyunla uşağa vaxt hissiyyatı, davamlılıq vərdişi yerləşdirilir. "Əvvəlcə namazımızı qılaq, sonra oyunumuza davam edək" kimi bir yanaşma, "demək ki,əvvəl namaz sonra başqa işlər..." şəklində uşağın zehninə yerləşdirilir. Namaz qılarkən səccadəni açıb iki yaşındakı uşağına "oyuncaqlarını burada oyna, məndə yanında namaz qılım",-deyərək namaz bərabərliyinigöstərmiş olursunuz. Mümkün olduğu qədər, uşaqlarısıxmadan bunu davamlı hala gətirəbilərik. Həttabəzənalçaqsəslə namazımızı ədaedərək uşağımıza qulaq aşinalığı qazandırabilərik.

6 - YEDDİ YAŞ: Artıq namaz yaşı gəlmişdir. Bundan sonra iş möhkəm tutulur. Təşviq, mükafat, nəlazımdırsa uşağımıza dəstək olmalıvə bu müddətdəartıq ciddi bir namaz intizamı yaratmalıyıq. Ana-ata yumşaq, amma qərarlıdavranaraquşaqlarında namazı canlı tutarlar. Namaz günü edin, qohumu, dostu dəvət edin, həttaxüsusilə o gün hədiyyəgətirmələriniistəyin. Yeddi yaşı uşağın yaddaşında namaz günü kimi gözəl bir günün keçirildiyi il olaraq qalsın. Namaza təşviq üçün evinizdə namaz lövhəsi düzəldin. Analar bacarıqlıdır bu mövzuda, çox şeylər edə bilərlər. Ana deyirik, çünki ilk yaşlarda ana uşaqla daha çox bərabər olur.

7-ON YAŞ: Artıq iş asandır! Yalnız xatırlatsanız bəs edəcək.

Əlhəmdülillah! Artıq uşaq həddi-büluğ yaşına namaz tərbiyəsini almış və hazır hala gəlmiş olaraq qovuşacaq.

İndi "bura qədər gecikdim, indi nə edəcəyəm?" - dediyinizi eşidirəm. Övladlarımız hansı yaşda və hansı halda olursa olsun, o nöqtədən başlamalıyıq. Allahın (c.c.) köməyini istəyərək, yəni dua edərək, gecələri ağlayaraq uşaqlarımızı namazsızlıqdan xilas edəcəyik. Sevgiylə, şəfqətlə və mərhəmətlə yanaşsaq, o ürəyi yaradan Allah (c.c.) o ürəyə namaz eşqin də verəcək inşallah...

Rəbbimiz belə buyurur: "Oğlum! Namaz qıl, (insanlara) yaxşı işlər görməyi əmr et, pis işləri qadağan elə. (Bu yolda) sənə üz verəcək müsibətlər ədöz. Həqiqətən, bu (dediklərim) vacib əməllərdəndir!"(Loğman surəsi, 31/17).

Uşaqlarımızın hər yaşda namaz əhli insanlarla bərabər olmalarını artıraraq, namaz əhli olduqları zaman da dəstəyimizi əskik etməməliyik. Namaz qılan qonşu, namaz qılan yoldaş və qohumhər zaman dəstəkdir. Sadiq dostlar bizdən çox uşağın işinə yarayır.

"Və belədeyərlər: “Ey Rəbbimiz! Cəhənnəm əzabını bizdən sovuşdur. Şübhəsiz ki, onun əzabı həmişəlikdir! Doğrudan da, o, nə pis məskən, nə pis yerdir!" (Furqan surəsi, 25 / 65-66.)

Nəhayət!

Bizim qurda quşa,hələ cəhənnəmə qapdıracaq uşağımız olmasın deyə cəhd edəcəyik!

 

Nəslihan Günəş

ÖNƏ ÇIXAN MƏQALƏLƏR

Sual-Cavab

Sual: Xalqın ...

Sual/Cavab

Sual: Diş dolğusu etdirmək ...

SUAL CAVAB

Sual: İslamda içki ...

Sual-Cavab

Sual: Şəfaət nə deməkdir? ...

Sual və Cavablar

Sual: Ana dildə namaz ...

Saytda Olanlar

İndi saytda 16 qonaq var və üzv yoxdur

Template Settings

Color

For each color, the params below will be given default values
Blue Oranges Red

Body

Background Color
Text Color

Header

Background Color

Spotlight3

Background Color

Spotlight4

Background Color

Spotlight5

Background Color

Footer

Select menu
Google Font
Body Font-size
Body Font-family
Direction