SJ News - шаблон joomla Авто

Cavab: İslam alimləri intiharın böyük günah olduğu və intihar edənin dindən çıxmadığı məsələsində həmfikir olmuşlar.

Bu səbəbdən intihar edənin cənazəsinin digər cənazələr kimi yuyulub, müsəlmanların qəbiristanlığına dəfn edildiyi məsələsində də həmfikir olmuşlar.

 Lakin cənazə namazının qılınıb-qılınmadığı məsələsində isə fikir ayrılığına düşmüşlər. Belə ki, Hz. Peyğəmbərimizin (s.ə.s) intihar edənin cənazə namazını qılmamasını (Müslim, Cənaiz, 107) dəlil gətirən bəzi alimlər intihar edənin cənazəsinin qılınmadığı qənaətinə gəlmişlər. Ancaq alimlərin əksəriyyətinə görə, Hz. Peyğəmbərin (s.ə.s) cənazə namazını qılmamasının səbəbi başqalarını intihardan çəkindirmək və intiharın Allah dərgahında nə qədər böyük günah olduğunu vurğulamaq idi. Ona görə də, intihar edənin cənazə namazı da fərzi-kifayə olduğu üçün, qılınmalıdır. Bundan əlavə, əgər intihar edənin cənazə namazı qılınmasaydı, Hz. Peyğəmbərimiz (s.ə.s) orada olan əshabələrinə də cənazə namazı qılmağa icazə verməzdi. Onlara mane olmadığına görə qadağan edilməmiş hesab olunur.

Cənazə namazında, halallıq alınarkən bir nəfər haqqını halal etmədiyini bəyan edərsə, cənazə namazı qılınarmı?

Cavab:Cənazı namazı əsnasında kiminsə vəfat edən şəxsə halallıq verməməsi cənazə namazının qılınmasına mane deyil. Dinimizə görə, qul haqqı böyük günahlardan sayılsa da, bunun ölənin cənazə namazının qılınmasına əngəl olan bir tərəfi yoxdur. Çünki nəticə etibarilə, qul haqqı olan şəxs günahkar sayılır, dindən çıxmış sayılmır. Bundan əlavə, təbii ki, cənazənin yaxınları həmin şəxsdən halallıq almalıdırlar. Ölənin hansı baxımdan həmin adama qarşı qəbahəti varsa, həmin məsələyə müvafiq olaraq halallıq alınmalıdır (borcu varsa borcu ödənərək və s.). Odur ki, bir müsəlman nə qədər günahkar olursa olsun, açıq-aşkar dindən çıxmış halda ölməyincə onun cənazə namazı qılınmalıdır.

 Dəllallar (maklerlər) vasitəsilə edilən alış-verişlərdə əvvəlcədən “beh” verilir. Əgər bu alış-veriş tutmasa və ya alan vaz keçsə, bu beh geri qaytarılmır. Dəllalların aldığı bu pul halaldırmı?

Cavab:Hər hansı daşınmaz əmlakın alğı-satqısı zamanı “beh” adı ilə müştəri tərəfindən əvvəlcədən, yəni müqavilə bağlanan zaman ödənilən müəyyən məbləğin, daha sonra müştərinin həmin müqavilədən birtərəfli şəkildə imtina etməsi nəticəsində, verdiyi “beh”in satıcıya qalması məsələsi tarix boyunca müzakirə obyekti olmuşdur. Qurani-Kərimdə bu mövzu ilə bağlı hər hansı məlumat olmamaqla yanaşı, Sünnədə həm caiz olduğuna, həm də caiz olmadığına dəlalət edən hədislər vardır. Belə ki, bir hədisdə belə qeyd olunur: “Rəsulullah (s.ə.s) beh verilən satışı qadağan etdi”(Malik, “Müvəttə”, II, 151). Digər hədisdə isə belə buyurulur: “Rəsulullahdan (s.ə.s) beh verilərək edilən alğı-satqının hökmü soruşuldu. O, halal olduğunu bildirdi”(Şövkani, “Neylül-övtar”, V, 232).

Qeyd edək ki, İslam hüquqşünaslarının əksəriyyəti bu kimi müqavilənin etibarsız olduğuna və müqavilənin pozulması nəticəsində alınan behin geri qaytarılmasının vacibliyinə qərar vermişlər. Lakin İslam hüquqşünaslarının bəziləri də, bunun caiz olduğu fikrini irəli sürmüşlər. Xüsusilə, 1994-cü ildə İslam Fiqh Akademiyasının aldığı qərarlarda bunun caiz olduğu qərara alınmışdır. Belə ki, orada qeyd edildiyinə görə, “beh” vermək şərtilə bağlanan müqavilə bir qayda olaraq caizdir. Müştəri qərarından vaz keçməzsə, verdiyi “beh” qərarlaşdırdıqları digər məbləğə əlavə edilir. Əks təqdirdə, yəni müqavilədən imtina edərsə, verdiyi “beh” satıcının mülkiyyətinə keçir.

Nəticə etibarilə, qeyd etmək lazımdır ki, müştərinin alacağı daşınmazı satıcıdan müəyyən bir müddət öz adına gözlətməsini tələb etməsi, sonra da almaqdan imtina etməsi nəticəsində, əgər satıcı həqiqətən zərərə məruz qalıbsa, əvvəlcədən alınan “beh”in həmin zərəri ödəmək məqsədilə müştəriyə qaytarılmayaraq satıcıda qalması halaldır. Əks təqdirdə, əmlakı sadəcə olaraq bir müddət beh verən müştəri üçün saxlamasına baxmayaraq, sonradan bazar qiymətinə uyğun başqasına satarsa və ya həmin ərəfədə müştəri qaçırmayıbsa və hər hansı zərərə də məruz qalmayıbsa, artıq əvvəlki müştəridən aldığı beh ona halal olmaz və geri qaytarmalıdır. Çünki bu vəziyyətdə satıcının məruz qaldığı hər hansı zərər yoxdur və qaytarılmayan beh əsassız yerə başqasının pulunu mənimsəmək olduğu üçün, həm dini, həm hüquqi, həm də əxlaqi baxımdan düzgün deyildir.

 Eşşək südünün bəzi xəstəliklərin müalicəsi zamanı işlədildiyini eşidirik. İçilməsi caizdirmi?

Cavab:Heyvanların südü hökm baxımından onların ətinə tabedir. Belə ki, heyvanın ətinin mübah, məkruh və ya haram olmasına müvafiq olaraq südün hökmü də dəyişir. Odur ki, əti halal olan bir heyvanın südü halal, əti haram olan bir heyvanın südü isə haramdır. Uzunqulağın südünün hökmünə gəlincə, Hz. Peyğəmbərin (s.ə.s) hədisinə görə (Buxari, Zəbaih, 27; Müslim, Zəbaih, 36) ev uzunqulaqlarının əti haram olduğu üçün onların südü də bu hökmə daxildir. Onu da qeyd etmək lazımdır ki, əgər xəstəliyin müalicəsi üçün sözügedən südün istifadəsi nəzərdə tutularsa, müxtəlif hədisi-şəriflərdə (Əbu Davud, Tibb, 11) haram olan şeylərlə müalicənin qadağan edilməsini nəzərə alaraq bunun da caiz olmadığını vurğulamaq lazımdır. Ancaq bu südün istifadəsində zərurət yaranarsa, yəni başqa çarə olmazsa, müxtəlif ayə və hədislərə söykənərək İslam hüquqşünaslarının ortaya qoyduğu “zərurətlər haram olan şeyləri mübah edər” qaydasına əməl edilməlidir.

Saç əkdirmək olarmı?

Cavab:Saç tökülməsi bir xəstəlik nəticəsində olduğu və saç əkdirmək də bu xəstəliyin müalicəsi olduğu üçün dini cəhətdən hər hansı qadağa yoxdur. Tamamilə bir xəstəliyin müalicəsi hökmündədir və caizdir.

 

Anar QURBANOV / İrfan Jurnalı

Saytda Olanlar

İndi saytda 71 qonaq var və üzv yoxdur

Template Settings

Color

For each color, the params below will be given default values
Blue Oranges Red

Body

Background Color
Text Color

Header

Background Color

Spotlight3

Background Color

Spotlight4

Background Color

Spotlight5

Background Color

Footer

Select menu
Google Font
Body Font-size
Body Font-family
Direction