SJ News - шаблон joomla Авто

Digər ibadətlərdə olduğu kimi namaz hökmlərində də  bəzi fərqliliklər var. Təkbir əsnasında əllərin səviyyəsinin iki cür olması, qiyamda əllərin vəziyyətinin üç cür olması, təhiyyatın oxunuşu, oturuşda ayaqların halı və sair sünnələrin iki və daha çox şəkli var.

 

      Ən əsası odur ki, namaza dair bu müxtəlif sünnələr hər biri müsəlmanlar tərəfindən eyni vaxtda yerinə yetirilmiş olur. Həzrət Peyğəmbərin namaza dair bu fərqli sünnələri məzhəblər vasitəsilə eyni vaxtda işlənmiş olur. Məsələn, əllərin bağlanmasına dair (üç-dörd bağlanma şəkli) bir neçə rəvayətlə nəql edilmişdir ki, möminlər onların hər birini eyni vaxtda tətbiq edirlər.  

     Məlumdur ki, hər bir müctəhid bu rəvayətlərdən birinə istinad etmiş və ən ixlaslı ibadət halı kimi namazda bu cür tətbiq edilməsini münasib bilmişdir. Ancaq digərlərinə qarşı da hörmətlə yanaşaraq, onların -digər rəvayətlərin- də sünnə əməl olduğunu qəbul etmişdir.

     Qeyd edək ki, özünün istinad etdiyi hədis xaricində digərlərini rədd edən məzhəbçilik mövqeyinə dində yer yoxdur. Çünki bilərək hədis uydurmaq nə qədər günahdırsa, qərəzlə bir hədisi inkar etmək də günahdır.

     Əgər müctəhid ictihad səlahiyyətinə sahibdirsə onun hər bir məsələ haqqında verdiyi hökm digər anlayışın əksinə görünsə belə əsli etibarilə dinə uyğundur. Necə ki səhabələr eyni əməli fərqli yerinə yetirdikləri barədə soruşanda Allah Rəsulu hər ikisini də müjdələmişdir.  Hədislərin müxtəlifliyi və ya səhabələrdən gələn rəvayətlərin zahir-batin cəhəti müxtəlif hökmlər doğurmuşdur. Namaz əhkamında bu daha çox  görülür. Qeyd edəcəyimiz bir neçə hədis var ki, bunlardan çıxan hökmlər elmihallarda namazın tərkib hissəsi kimi göstərilmiş, ancaq dəlili birbaşa verilmədiyi üçün haqqındakı hökmlər də zənnə məruz qalmışdır. Əslində səhabələr tərəfindən rəvayət edilən bu hədislər eyni zamanda üləmanın istinad etdiyi və onlara istinadən elmihallardakı həmin hökmün qaynaqlarıdır. Onlardan bir neçəsini belədir:

     1) Vail ibn Hucrdən (r.a.) rəvayət edilir ki, Allah Rəsulu (s.ə.s.) namazın başında iki əlini qaldırıb təkbir alarkən əllərini qulaq yumşaqlarına dəyəcək qədər qaldırdığını gördüm. (Buxari, Aməl fis-Səlat, 316; Məvaqit, 24; Müslüm, Səlat, 25; Məsacid 225; Əbu Davud,Səlat 115.)  

     2) Həzrət Əli (r.a.) rəvayət edərək demişdir ki: “Sağ əlin sol əl üstündə göbəyin altında bağlanması sünnədir” (Əbu Davud, Səlat, 118; Əhməd bin Hənbəl, Müsnəd, 1/110. )

     3) Ənəs (r.a)ın belə dediyi nəql edilir:  “Rəsulullah (s.ə.s), Hz. Əbu Bəkir, Hz. Ömər və Hz. Osmanla birlikdə namaz qıldım. Onlardan heç birini bəsmələ çəkəneşitmədim\" (Əhməd b. Hənbəl, Müsnəd, III/ 264, 273, 275, 278).

     4) Cabir bin Abdullah (r.a.) Həzrət Peyğəmbərin belə dediyini rəvayət etmişdir: “Kim imama tabe olarsa, imamın qiraəti onun qiraətidir” (İbn Macə, İqamə 13.) Abdullah ibn Ömərdən soruşdular ki, imamın arxasındakılar oxumalıdır, ya yox? Cavab verdi ki: “Sizdən biri imamın arxasında qılırsa, imamın oxuması ona kifayətdir. Ancaq tək qılırsa oxusun.” (İmam Malik, Muvatta, 1/93.) 

     5) Alqamə Abdullah ibn Məsud (r.a) dan rəvayət edərək dedi ki, o bizə: “Sizə Allah Rəsulunun namazını qıldırım mı?” dedi və əllərini ilk qaldırışından sonra qaldırmadı. (Əbu Davud,  Səlat, 119; Tirmizi, Salət, 191.) 

     6) Rəvayət edildiyinə görə Abdullah bin Məsud (r.a) belə demişdir: “İmam dörd şeyi gizli oxuyar: a) İstiazə;  b) Bəsmələ; c) Amin; d) Rabbəna ləkəl-hamd. (Müstədrək, 1/204; Səraxsi, əl-Məbsut, I/48; Təbyinu`l-Haqaiq, II/58; İbn Hümam, Fethu`l-Qadir, I/204.)

     7) Vail ibn Hucr (r.a)dan rəvayət edilir ki: “Allahın Rəsulunu səcdəyə gedərkən əllərdən qabaq dizlərini yerə qoyduğunu, duranda isə dizlərdən qabaq əllərini qaldırdığını gördüm.” (Əbu Davud, Salət, 137- 141; Nəsai, İftitah, 128; Tirmizi Salət, 84-199.) Əbu Hüreyrə (r.a.) rəvayət edir: “Rəsulullah (s.ə.s) buyurdu ki: “Biriniz səcdə edəndə, dəvənin çöküşü kimi yerə çökməsin, yəni əllərini dizlərindən əvvəl yerə qoymasın.” (Əbu Davud, Salət 141; Tirmizi, Salət 200; Nəsai, İftitah 128.)

     8) Ubey bin Kaab (r.a)dan rəvayət edildi ki: “Həzrət Peyğəmbər əleyhissalam vitr namazını üç rükət qılar, rükudan əvvəl qunut oxuyardı.” ( Əbu Davud, Salət, 340; Müsnəd,, 5/123; Daraqutni, 2/31.)  

     9) Hz. Safiyyədən gələn rəvayətdə deyilir ki: “Rəsulullah (s.ə.s.) otağıma gəldi. Qabağımda 4000 toxum vardı. Onlarla təsbih (zikr) edirdim. Rəsulullah mənə: “Sən bunlarla təsbih etdin? Ancaq bundan daha çox sa­yılacaq bir təsbihi sənə öyrədim mi?” deyə soruşdu. Mən də, “bəli” dedim. Sonra belə buyurdu: “De ki, Sübhanəllahi adədə xalqihi” (Tirmizi, Dua 103/113; Əbu Davud, Vitr 24; Əhməd İbn Hənbəl, Müsnəd, I/252-258. )

     Nəticə olaraq din Allah tərəfindən Həzrət Peyğəmbər əleyhissalama bildirilən vəhyin özüdür, ilahi qaydalardır. Ancaq din anlayışı isə bu ilahi qaydaların və vəhyin insan tərəfindən sahib olduğu düşüncə və içində olduğu şərtlərə uyğun anlayıb yorumlama şəklidirOna görə də dini mətinlərin və qaynaqların anlaşılmasındakı fərgliliklər tarix boyu fərqli anlayışların, müxtəlif məzhəblərin meydana gəlməsinə səbəb olmuşdur. Elə isə burdan belə bir nəticəyə gəlmək olar ki;

     a) Din, vəhyə istinad edir, dini anlayış isə, insanların düşüncəsi və yorumlarına, yəni ağla və ictihada dayanır. b) Din, bütün insanlara müraciət etdiyi üçün cahanşümuldur, din anlayışı (ictihad) isə fərdidir. c) Din tək və vahid ikən, din anlayışları fərqli və müxtəlifdir. d) Din sabit olduğu halda, din anlayışı şəxslərə və zamana görə dəyişə bilər.

     Özünün şəxsi anlayışını (məzhəbini) din yerinə qoyub, ona bağlanmağı fərz bilən və digər üləmaya bağlanmağı haram bilənlər onu da bilsinlər ki, din içində din meydana gətirərək qütbləşməyə səbəb olurlar.

Saytda Olanlar

İndi saytda 47 qonaq var və üzv yoxdur

Template Settings

Color

For each color, the params below will be given default values
Blue Oranges Red

Body

Background Color
Text Color

Header

Background Color

Spotlight3

Background Color

Spotlight4

Background Color

Spotlight5

Background Color

Footer

Select menu
Google Font
Body Font-size
Body Font-family
Direction