SJ News - шаблон joomla Авто

İnsanın öz-özünü qıdıqlaması mümkün deyil. Sadəcə bəzi şizofreniyalı xəstələr, öz özlərini qıdıqlamağı bacarır!

 

Dünyada psixoloqlar tərəfindən müəyyən edilən 400-dən çox fobiya növü var!

Aparılan bir araşdırmaya görə, profil səhifələrinə daha çox sayda “selfie” yükləyən kişi istifadəçilərin, psixopat və narsistik şəxsiyyət pozuqluğuna sahib olma ehtimalı olduğu ortaya çıxmışdır.

Dinlədiyiniz musiqi növü, dünyanı necə qavramağınıza təsir edir.

“Aşiq olmaq” ilə ” Məcburi aludəçilik (Obsessive-compulsive) şəxsiyyət pozuqluğuna sahib olmaq” bədəndə eyni biokimyəvi təsiri yaradır.

Araşdırmalara görə, pulu fiziki olaraq bir şeylərə “sahib olmaq” üçün deyil, “təcrübə qazanmaq” üçün xərcləmək, insanı daha çox xoşbəxt edir.

Son araşdırmalara görə, fobiyalar əslində DNT vasitəsilə nəsildən nəsilə köçürülən xatirələrdən ibarətdir.

Daha əvvəl “Yürüyən Cəsəd Sindromu” deyə bir xəstəlik eşitdinizmi? Bu ruhi pozuqluğa sahib olan xəstələr; ölü olduqlarını, ətlərinin çürüdüyünü, orqan və qanlarının olmadığını düşünür!

Televiziyaların və məşhur mədəniyyətin həyatımıza girməsiylə ortaya çıxan bir digər ruhi pozuqluq da “Truman sindromu” dur. Bu xəstəliyə tutulanlar, həyatlarının hər mərhələsinin eynilə filmdəki kimi gizlicə kameraya yazılıb televiziyada göstərildiyini zənn edir.

Bir mahnının “ən sevdiyiniz mahnı” olmasının səbəbi, onu həyatınızdakı “romantik bir an” ilə eyniləşdirməyinizdən irəli gəlir.

Edilən araşdırmalar, cahil insanların özlərini mükəmməl görməyə; ağıllı insanların isə qabiliyyətlərini xəfifə almağa meylli olduğunu göstərir.

Paris sindromu, xüsusilə Yaponların tutulduğu qəribə bir psixoloji narahatlıqdır. Parisə gəlmədən əvvəl şəhərlə əlaqədar böyük xəyalları olan kəslər, şəhərin həqiqi üzüylə qarşılaşdıqları zaman depressiyaya girir.

Qüds sindromu da yenə ədəbiyyata keçən bir başqa maraqlı narahatlıqdır. Qüdsü ziyarət edən hacı və turistlərdən bəziləri, buradakı müqəddəs atmosferə özlərini qapdırıb, böyük bir dini lider olduqlarına inanmağa başlayır. Daha da irəli gedib özünü Məsih Hz. İsa və ya Hz. Musa zann edib, Qırmızı dənizi yarmağa çalışanlar da var!

Anadangəlmə gözləri görməyən insanlar, şizofreniya xəstəliyinə tutulmur!

Cib telefonunu itirməyin, artıq bir fobiya olaraq ədəbiyyata düşdüyünü bilirdinizmi? Nomofobiya, cib telefonu və əlaqəsini itirmə qorxusu deməkdir.

Birinə 20 saniyədən daha çox sarıldığınız zaman, beyində “ictimai bağlanma” şüurunu yaradan oksitosin hormonu ifraz olunur və beləcə bu adamın sizə daha çox güvənməsini təmin edirsiniz.

İnsanlar fiziki baxımdan yorğun olduqları zaman dürüst olmağa daha meyllidirlər. Bu səbəblə gecə gec saatda edilən söhbətlər əsnasında etiraflar daha tez olur.

Fərqli ərazilərdə yaşayıb fərqli dilləri danışsaq da, yer üzündə yaşayan bütün insanlar bu 6 duyğu üçün eyni üz ifadəsi və mimikaları istifadə edir: xoşbəxtlik, hirs, kədər, qorxu, təəccüb və iyrənmə.

Rədd edilmək, beyin tərəfindən fiziki bir acı olaraq qəbul edilir.

Hədəflərinizi hər zaman özünüzə saxlayın! Çünki aparılan bir araşdırmaya görə, hədəflərinizi başqalarına elan etdiyinizdə, onları həyata keçirmə ehtimalınız aşağı düşür.

Sevdiyiniz birini gördüyünüz zaman, göz bəbəkləri böyüyür. Eyni şey, nifrət etdiyiniz birini gördüyünüzdə də baş verir.

Bu gün orta məktəbə gedən sıravi bir şagird, 1950-ci illərdə psixiatrik müalicə görən orta bir xəstə ilə eyni qayğı səviyyəsinə sahibdir!

Son vaxtlar araşdırmaçılar arasında internet asılılığının da artıq bir ağıl xəstəliyi olub-olmaması haqqında davam edən bir mübahisə var.

 

Eldar Kərimov

ÖNƏ ÇIXAN MƏQALƏLƏR

Sual-Cavab

Sual: Xalqın ...

Sual/Cavab

Sual: Diş dolğusu etdirmək ...

SUAL CAVAB

Sual: İslamda içki ...

Sual-Cavab

Sual: Şəfaət nə deməkdir? ...

Sual və Cavablar

Sual: Ana dildə namaz ...

Saytda Olanlar

İndi saytda 80 qonaq var və üzv yoxdur

Template Settings

Color

For each color, the params below will be given default values
Blue Oranges Red

Body

Background Color
Text Color

Header

Background Color

Spotlight3

Background Color

Spotlight4

Background Color

Spotlight5

Background Color

Footer

Select menu
Google Font
Body Font-size
Body Font-family
Direction