SJ News - шаблон joomla Авто

Həzrət Adəmdən sonra heç bir insan başqa varlıq olmadan dünyaya gəlməmişdir.

 

Bu da bir gerçəkdir ki, canlılar arasında valideynə ən çox ehtiyacı olan varlıq insandır. Məhz buna görə də demək olar ki, ailə qurumu insan varlığının vazkeçilməz ehiyaclarından biridir. Ailə elə bir atmosferdir ki, fərd ilk dəfə orada ata-anasıyla, bacı-qardaşı ilə münasibət quraraq psixo-sosialoji davranışlar sərgiləyir. Bunu üçün yeni yetişməkdə olan fərdlərin cəmiyyətdəki müxtəlifliyə tolerantlılıqla yanaşması və ya fərdiyyətçi olmasında ailənin rolu böyükdür.

Eyni ailənin mənsubları arasında hər nə qədər nəsəb yönündən yaxınlıq olsa da, fərdlərarası yaş, cins və psixoloji cəhətdən müxtəlifliklərin olduğu bu atmosferdə bəzi problemlərin olması normal haldır. Unutmamaq lazımdır ki, ailəni meydana gətirən üzvlər ata-ana, bacı-qardaş kimi bir-birinə yaxın fərdlər olsa da hər biri fərqli fitrət və psixologiyaya sahibdir. Bu səbəblə də ailə atmosferi olmasına baxmayaraq bir-birindən fərqli insanların olduğu bir məkanda fərqli düşüncə, anlayış və davranışların olması təbii haldır. Bu xüsus diqqətə alınmadıqda ailədaxili bir çox problemlərin baş verməsi mümkündür. 

Ailə fərdləri arasında olan bu fərqliliklərdən qaynaqlanan problemlərin bəzən düşmənçiliyə çevrilməsini müşahidə edirik. Bu cür halların yaşanmaması üçün ailədaxili ifrata meyl etmədən görüş fərqliliklərinə sevgi və tolerantla yanaşmaq lazımdır. Necə ki, Qurani-Kərimdə bu xüsus belə ifadə olunur: “Ey iman gətirənlər! Şübhəsiz ki, zövcələrinizdən və övladınızdan sizə düşmən olanlar vardır. Onlardan özünüzü gözləyin! Amma (tövbə edəcəkləri təqdirdə) onları əfv etsəniz, (təqsirlərindən) keçsəniz və bağışlasanız (daha yaxşı olar). Çünki Allah (günahları çox) bağışlayandır, rəhm edəndir!”(Təğabun 64/14)  Burada söhbət inanc və ya başqa bir yöndən ailədaxili ixtilaflardan gedir. Təfsir qaynaqlarında ayədə bəhs olunan ailənin quruluşu haqda fərqli görüşlər var. Lakin nəticə etibarı ilə ayənin ümumi mənasında ailənin təsis edilməsini təlqin edən yanaşım tərzi əsas alınmışdır. Bu səbəblə də Quran fuhşiyyat kimi iyrənc hal xaricində ailədə baş verən digər problemlərin müştərək anlayışla həll olunmasını istəmişdir. (Nisa 4/19, Talaq 65/1-2)

Bu nöqteyi-nəzərdən yola çıxaraq Quranın qadın-kişi ayrıseçkiliyi salmadan ailəni bütün olaraq ələ aldığını qeyd etmək yerində olar. Fərqli şəxslərdən meydana gəldiyi üçün ailə daxilində bəzən arzuolunmaz hadisələr baş verir ki, bu kimi halları sevgi və anlayışla yoluna qoymaq lazımdır. Çünki ailə yalnız bir qrupun deyil, eyni zamanda böyük bir cəmiyyətin nüvəsidir.

Ailə nizamının pozulmaması üçün kişi və qadına çox məsuliyyətli vəzifələr düşür. Cəmiyyətin rifahının ailədən başlaması səbəbilə ailənin təməlini təşkil edən kişi-qadın əlaqələri müştərək sevgi və anlayış çərçivəsində cərəyan etməlidir. Buna görə də “Ey iman gətirənlər! Qadınlara zorla varis çıxmaq sizə halal deyildir! (Qadınlar) açıq-aşkar pis bir iş görməyincə, özlərinə verdiyiniz şeylərin (mehrin) bir hissəsini geri qaytarmaq məqsədilə onlara əziyyət verməyin. Onlarla gözəl (Allahın buyurduğu kimi) rəftar edin. Əgər onlara nifrət etsəniz (dözün). Ola bilsin ki, sizdə nifrət doğuran hər hansı bir şeydə Allah (sizdən ötrü) çoxlu xeyir nəzərdə tutmuş olsun.” (Nisa 4/19) ayəsində yer alan “Onlarla gözəl (Allahın buyurduğu kimi) rəftar edin. Əgər onlara nifrət etsəniz (dözün). Ola bilsin ki, sizdə nifrət doğuran hər hansı bir şeydə Allah (sizdən ötrü) çoxlu xeyir nəzərdə tutmuş olsun” düsturu qurulmuş ailənin bəzi kiçik maddi nöqsanlar səbəbilə yıxılmasının doğru olmadığını ortaya qoyur. Həzrət Peyğəmbər (s.ə.s) də hədisi-şərifində “Sizin ən xeyirliniz xanımına qarşı yaxşı davrananınızdır.”  buyuraraq ailədaxili məsələlərdə xoş rəftarı ön plana çəkir.

Tərəflər bir-birinə qarşı anlayışlı olduğu təqdirdə xoşa gəlməyən bəzi davranışların vaxt keçdikcə gözəl davranışlarla əvəz olunacağına ümid edilir. Unutmamaq lazımdır ki, hər hansı bir insanda istənilən bütün müsbət cəhətləri tapmaq mümkün deyil. Ailədə qadın-kişi də buna daxildir. Sevgi ilə yanaşdıqda və anlayış göstərdikdə qarşımızdakı adamda bəzi üstün cəhətləri kəşf etmək mümkündür. Yuxarıda qeyd etdiyimiz ayədən də göründüyü kimi bu cür yanaşma kişi ilə qadın arasında xeyirlərə vəsilə olacaqdır. (Nisa 4/19)

Quran fikirlərə və fərqliliklərə anlayışla  baxa bilmə düsturunu ailədə kişi ilə qadın arasından başlayaraq uşaqlara, qonum-qonşuya, ətrafdakı hər kəsə şamil olunmasını təlqin etməkdədir. Ayədə buyurulur ki:

“Ata-anaya qohum-əqrəbaya, yetimlərə, yoxsullara, yaxın və uzaq qonum-qonşuya, yaxın (yoldaş və) dosta, (pulu qurtarıb yolda qalan) müsafirə (yolçulara), əlinizin altında olana (sahib olduğunuz qul və kənizlərə) yaxşılıq edin!” (Nisa 4/36)  Bu ayəyə görə yaxşılıq edilməsi istənənlərdən biri, hətta ən əsası ailə üzvlərindən sayılan qadın və kişidir. Cəmiyyətin ailələrdən meydana gəldiyini düşünərsək, ailə münasibətlərinin tənzimlənləsi nəticəsində xoşbəxt cəmiyyətə sahib ola biləcəyimizi unutmayaq.

 

Prof. Dr. Ömər Aslan  / İrfan Jurnalı

ÖNƏ ÇIXAN MƏQALƏLƏR

Sual-Cavab

Sual: Xalqın ...

Sual/Cavab

Sual: Diş dolğusu etdirmək ...

SUAL CAVAB

Sual: İslamda içki ...

Sual-Cavab

Sual: Şəfaət nə deməkdir? ...

Sual və Cavablar

Sual: Ana dildə namaz ...

Saytda Olanlar

İndi saytda 18 qonaq var və üzv yoxdur

Template Settings

Color

For each color, the params below will be given default values
Blue Oranges Red

Body

Background Color
Text Color

Header

Background Color

Spotlight3

Background Color

Spotlight4

Background Color

Spotlight5

Background Color

Footer

Select menu
Google Font
Body Font-size
Body Font-family
Direction