SJ News - шаблон joomla Авто

Son zamanlar xəbərlərdə tez-tez intahar hallarının baş verdini eşidirik.

 

Çox təəssüflənəcək bir hadisə olmaqla yanaşı əsasən gənclərin bu addımı atması insanı həqiqətən kədərləndirir. Axı ömrünün ən gözəl çağında, bütün gələcəyi qarşısında olan bir insan niyə görə belə bir addım atır? Əlbəttə, normal psixoloji vəziyyəti olan bir insanın belə bir addım atması mümkün deyil. Mütəxəssislər bunlara səbəb olaraq depressiyanı görürlər.

Dünya Səhiyyə Təşkilatı (WHO) depressiyanı gələcəyin ən böyük sağlamlıq problemi olaraq elan etdi. ABŞ-da hər il yetkin əhalinin  l0%-i depressiya keçirir, iş qabiliyyətinin itirilməsinə səbəb olan faktorlardan ürək xəstəliklərindən sonra ikinci sırada depressiya dayanır. Dünyada hər gün depressiya səbəbindən mindən çox insan intihar edir. İngiltərədə intihar edənlər, yol qəzalarında ölənlərdən daha çoxdur. Hazırda Türkiyədə 3,5 milyon insan depressiyadan əziyyət çəkir. Azərbaycanda isə depresiya müşahidə olunan insanlar təxminən 10-15 % təşkil edir. Təbii ki, bu psixiatrlara müraciət edən xəstələrin rəsmi göstəricisidir. Nəzərə alsaq ki,  insanlar qeyri-ixtisas həkimlərinə - kardioloqa, terapevtə, nevropatoloqa müraciət edirlər ki, onlar da depressiya pozuntusundan əziyyət çəkən şəxs kimi rəsmi qeydiyyata götürülmürlər, ya da heç bir həkimə müraciət etmədən çıxış yolunu intaharda tapan insanlar da az olmur. Düşünürəm ki, problemin ciddiliyini təxmin etmək mümkündür.

Depressiya nədir?

Depressiya bir xəstəlikdir.

İnsanın özünü dəyərsiz və lazımsız görməsi, pis hiss etməsi günah və zəiflik deyil. Bu duyğular depressiyaya çevrildikdə dərman müalicəsi və psixoterapiya ilə aradan qaldırıla bilər. Hər insanın həyatının bir məqamında depressiyanın olma ehtimalı 20%-dir.

Dünyada depressiya keçirənlərin böyük əksəriyyəti qadındır. Təəssüf ki, bunların təxminən üçdə ikisi ehtiyacları olan köməyi görmürlər. Ümumiyyətlə, qadınlarda depressiv simptomlar çox yayğındır. Qadınların depressiyanın müşahidə olunma ehtimalı kişilərdən iki qat çoxdur. Hər dörd qadından biri həyatının bir dönəmində ciddi bir depressiv pozuntu keçirir.

Depressiya nədir?

Depressiya ciddi psixoloji pozuntudur. Kədər, ümidsizlik, çarəsizlik və dəyərsizlik hissinə səbəb olur. Depressiya iştahsızlıq, ünsiyyət çətinliyi, özünə güvənsizlik və yorğunluq kimi yüngül və orta şiddətli simptomlarla müşahidə oluna bilər. Və ya daha da şiddətli ola bilər.

 Həddi-büluğ çağından əvvəl, qızlar və oğlanlar arasındakı depressiya nisbəti təxminən eynidir. Bununla yanaşı, həddi-büluğa çatdıqdan sonra bu nisbət qızlarda iki qat artır.

Qadınlar depressiyada olarkən daha çox günahkarlıq hiss edərlər və intihara meyl edərlər. Mütəxəssislər qadınların əsasən şantaj məqsədi ilə bu addımı atdığını deyirlər. Qadınlar diqqət cəlb etmək üçün çox zaman sui-qəsdə əl atsalar da insanların onları qurtarmasını gözləyirlər və bu çox zaman da belə olur.

Əsasən işləyən və tək başına uşaq yetişdirən qadınlar depressiya simptomlarını tətikləyən stresslə qarşı-qarşıyadır. Riski artıran digər faktorlar:

·        Ailədə psixoloji pozuntuların mövcud olması.

·        Daha əvvəl psixoloji problemlər yaşaması.

·        10 yaşından əvvəl valideynlərindən birinin vəfat etməsi. Sevdiyi kimsənin ölümü və ya itkin düşməsi səbəbi ilə keçirdiyi stres və ya həyəcanlar depressiya riskini artırır.

·        İşdən azad olunma, ünsiyyət problemləri, ayrılıq və ya boşanma kimi psixoloji və ictimai stress.

·        Uşaqkən yaşanan fiziki və ya cinsi təcavüz

·        Müəyyən dərmanların istifadəsi

·        Depressiya ailədə və dostlarla konflikt və ya anlaşılmazlıqlar nəticəsində ortaya çıxa bilər.

·        Yeni bir işə başlama, məzuniyyət və ya evlənmək kimi xoş hadisələr belə depressiyaya səbəb ola bilər.

 Köç, iş və ya gəlir itkisi, boşanma və ya təqaüdə çıxma da depressiyaya səbəb ola bilər.

Depressiyanın mövcudluğunu ümumi məlumatlarla test edə bilərik. Bunları maddələr halında sıralayaq:

1.       Sevdiklərinizin və maraq dairənizin azalması.

2.       Özünüzü kədərli, qəmgin və kefsiz hiss edirsiniz.

3.       Çəkinizdə sürətli azalma və ya artım müşahidə olunur.

4.       Yuxu pozuntusu və ya həddindən artıq yuxululuq var.

5.       Narahatlıq, yerində dayana bilməmək, qərarsızlıq.

6.       Özünü əhəmiyyətsiz, dəyərsiz, cinayət törətmiş kimi hiss edirsiniz.

7.       Diqqət, düşüncə konsentrasiyasında azalma.

8.       Enerji azlığı, yaşlanma hissi, iş və karyerada uğursuzluqlar.

9.       Təkrarlanan ölüm düşüncələri.

10.     Cinsi maraqda dəyişmə.

Bütün bu əlamətlərdən 2-3-ü iki həftə ərsində sizdə müşahidə olunursa, depressiyaya qarşı müalicə olunmağınız məsləhətlidir.

Qadınlarda müşahidə olunan depressiya dönəmlərindən biri də doğumdan sonrakı dövrə (Postpartum depressiya) təsadüf edir. Postpartum depressiyanın simptomları doğumdan sonra bütün anaların yaşadığı yuxusuzluq, qida rasionunun dəyişikliyi, həddindən artıq yorğunluq və daim dəyişən ruh halı kimi təcrübələrə bənzər, doğum sonrası depressiyada bütün bu simptomlara güclü depressiya simptomları yoldaşlıq edir. Bu cür depressiya simptomları isə aşağıdakılardır: melanxolik ruh halı (çökmüş rul halı), həzz itkisi, dəyərsizlik hissi, ümidsizlik və acizlik, ölüm və ya intahar düşüncələri.

Doğumdan sonra hormonlardakı sürətli eniş kimyəvi dəyişikliklərə səbəb olur. Lakin bilinən budur ki, qadın hormonlarının səviyyələri hamiləlik əsnasında on misli artır və doğumdan dərhal sonra düşür. Doğumdan sonrakı üç gün ərzində bu hormonların səviyyələri hamiləlikdən əvvəlki hala gəlir. Bu kimyəvi dəyişikliklərə əlavə olaraq, körpə sahibi olmaqla əlaqəli olan fiziki və psixoloji dəyişikliklər depressiya riskini artırır.

Depressiya, zəiflik, acizlik deyil müalicəsi mümkün olan bir xəstəlikdir. Depressiyanın müalicəsi zamanı əsas olan doğru mütəxəssisə müraciət edərək, düzgün müalicə almaqdır.

 

 

Gülnarə Seyidova  /   Bizim Ailə Jurnalı

Saytda Olanlar

İndi saytda 65 qonaq var və üzv yoxdur

Template Settings

Color

For each color, the params below will be given default values
Blue Oranges Red

Body

Background Color
Text Color

Header

Background Color

Spotlight3

Background Color

Spotlight4

Background Color

Spotlight5

Background Color

Footer

Select menu
Google Font
Body Font-size
Body Font-family
Direction