SJ News - шаблон joomla Авто

İnsan cəmiyyət halında yaşayan bir varlıqdır. Cəmiyyətdə həmcinsləri ilə birlikdə xoşbəxt yaşamaq hər bir ağıl sahibinin arzusudur. Çünki insanı yaradan ona yaxşılığa və pisliyə meyil etmə qabiliyyəti vermişdir.

Bunlar qarşısında seçim haqqına sahibdir insan. Bundan başqa ağıl, göz, qulaq, düşünmə və danışma nemətinə sahib olan insan dəyərlərinin məsuliyyətini hiss etdiyi nisbətdə şərəfini qoruyur.

 Xoşbəxtlik əlindəki nemətləri fərq edə bilməkdir, həmin an əlində olan nemətləri hiss etməyin verdiyi həzzdir. Bədbəxtlik isə əlindəki nemətləri dərk edə bilməməkdir, nemətlərin həzzini dadmamaqdır.

Allah insanı mələklər kimi yalnız xeyirxahlıq və rəhmət çərçivəsi içində deyil, arzularına hakim olub olmamağı yoxlamaq məqsədilə imtahan üçün yaratmışdır. Beləcə əsas etibarilə məxluqatın ən gözəli olan insanın fani ləzzətlərə düşkünlük, unutqanlıq, xəsislik, eqoistlik, təkəbbür və inkarçılıq kimi bəşəri acizliklər səbəbiylə “bəlum-ədal / heyvandan daha aşağı” səviyyəyə düşməyi də mümkündür. Lakin ülvi xislətlərə: etibar, vəfa, hörmət və sevginin əsasını təşkil edən iman, elm, qardaşlıq və mərhəmətə sahib olan insan “əşrəfi-məxluqat / məxluqatın əşrəfi” səviyyəsini qorumağı bacarır.

Uca Allahın insanlara nümunə olaraq göndərdiyi Peyğəmbərlər bu ülvi xislətləri öz həyatlarında ən yüksək səviyyədə nümayiş etdirmişlər. Bizim Peyğəmbərimizdə bu əxlaqi keyfiyyətlər zirvədə idi. Həzrət Əli (r.a) Peyğəmbərimizin (s.ə.s) davranış şəklini belə tərif edir: “Ətrafındakılara qarşı daim gülərüzlü idi. Çox danışmazdı. Sözləri acı və kobud deyildi. Mərhəmətli və ürəyi yumşaqdı. Heç kimlə mübahisə etməzdi. Çığır-bağır salmağı heç xoşlamazdı. Danışarkən məclisdəkilər sanki başlarının üzərinə quş qonubmuş kimi səssiz və hərəkətsiz durardılar. Müxatəbi sözünü deyib qurtarana qədər onu səbirlə dinləyərdi. SƏhv danışmadığı müddətcə heç kimin sözünü yarıda kəsməzdi.”

Hər mövzuda zirvədə olan sevimli Peyğəmbərimiz mərhəmət mövzusunda da hamıdan öndə idi. Mərhəmət məxluqat içində zəyif, kimsəsiz və yardıma möhtac olan hər kəsə və hər şeyə qarşı hissiyyatlı olmaqdır. Mərhəmət məxluqata qarşı daxildən gələn bir sevgidir. Qulluğun zirvəsidir.

Mərhəmət Peyğəmbərimizin uca şəxsiyyətinin bir aynasıdır. Onun qədər mərhəmətli bir insan yer üzünə gəlməmişdir. Uca Allah sevimli Rəsuluna Öz adı olan “Rəhim” və “Rauf” sifətlərini vermişdir. Bu isə, Peyğəmbərimizin nə qədər mərhəmətli bir ürəyə sahib olduğunu göstərir. O, yaşadığı yüksək mərhəmət duyğularını bu hədisilərində də dilə gətirmişdir.

“Mərhəmət etməyənə mərhəmət olunmaz.”

“Yerdəkilərə mərhəmət edin ki, Allah da sizə mərhəmət etsinlər.”

Peyğəmbərimizin mərhəməti təkcə insanlarla məhdudlaşmamışdır. Onun bütün məxluqata qarşı mərhəmətini bu kiçik yazımda əhatə etmək qeyri-mümkündür. Ancaq bir neçəsini çox qısa şəkildə qeyd etmək kifayətdir: Balasına süd verən bir iti incitməmək üçün İslam ordusunun yolunu dəyişdirmiş, sahibinin zülmündən qaçıb ona sığınan dəvəni sakitləşdirmiş, sahibini çağıraraq dəvəni ac saxlamamağı və yeməyini vaxtlı-vaxtında verməyi tapşırmış, bir itə su verən günahkar bir qadının cənnətə gedəcəyini xəbər vermiş və s.

Təəssüf ki, müasir dünyamız mərhəmətin yalnız adını yaşadır. Qidaların genləri ilə oynandığı kimi, mərhəmətin də genləriylə oynanılır. Adı mərhəmət, özü zülm, yanlışlıq, qəflət, acımasızlıq və qəddarlıq olan bir davranış içərisində əzilir bugünkü insanlıq. Bu əzilən davranışlarla, könül qalaları da bir-bir yıxılır.

Bu gün vicdanın da həqiqi bir mərhəmət yoxdur, əxlaqın da. Ağılların da mərhəməti qalmayıb. Evələrin də mərhəməti yoxdur, küçələrin də. Hələ elektron dünyanın mərhəməti heç yoxdur. Könüldən məhrum edilən əllərin, beyinlərin, pul kisələrinin və ciblərin də mərhəməti yox olub. Bu gün ancaq hər kəs mərhəmətdən bəhs edir. Ancaq həqiqi mənada baxıldıqda o ağzı dolduran kəlmənin dibində nə qədər boşluq olduğu aşkar görünür. Bu gün əxlaqsızlıq aşılayanlar uşaqların əxlaqına müdaxilə etməməyi mərhəmət olaraq görürlər. Ailəni parçalayacaq, ailə münasibətlərini qoparacaq zəhərli tədbirləri mərhəmət şüarları bəzəyir.

İnsanların mənəvi damarlarına virus salıb sonra da onları müalicə etməməyin yollarını axtarmağın mərhəmət olduğunu kim iddia edə bilər? Əməliyyat olunacaq bir xəstəyə müdaxilə etməməyin mərhəmət olduğunu kim deyə bilər? Pisliklərə, xətalara və günahlara qarışmamağın mərhəmətlə nə əlaqəsi var? Şər gətirən, psilik doğuran bir mərhəmət, mərhəmət ola bilərmi? İnsanı insan etməyən bir mərhəmət mərhəmət ola bilərmi?

Bu gün insanlığın möhtac olduğu mərhəməti hər bir müsəlman dininin bir gərəyi olaraq yaşamalıdır. Peyğəmbərin izində olmağı arzu edən hər bir müsəlman mərhəmət xüsusiyyətinin həyatının bir parçası halına gətirməlidir. Belə ki, Peyğəmbərimiz mərhəmət göstərən insanları cənnətlə müjdələyir: “Üç şey var ki, kimdə cəm olarsa Allah-Təala onun ölümünü asanlaşdırar: Gücsüz və çarəsiz kimsələrə kömək etmək, ata-anaya qarşı mərhəmətli və əli altındakı işçilərə yaxşılıq etməkdir.”

 

İrfan Jurnalı  / Zəki ŞAHİN 

Saytda Olanlar

İndi saytda 75 qonaq var və üzv yoxdur

Template Settings

Color

For each color, the params below will be given default values
Blue Oranges Red

Body

Background Color
Text Color

Header

Background Color

Spotlight3

Background Color

Spotlight4

Background Color

Spotlight5

Background Color

Footer

Select menu
Google Font
Body Font-size
Body Font-family
Direction